Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-1203/2023 13.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmalədin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi tələbinə dair iş üzrə ərizəsinə baxaraq, müəyyənetdi: Ərizəçi (Maraqlı şəxs) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 xx.xx.2005-ci ildə Şəmkir rayonu, A.Seyfəli kəndində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olduqdan sonra ərizənin məhkəmə icraatı mümkün hesab edilmiş, Maraqlı şəxsnə yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə ərizəçinın tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxs iştirakı olamdan işə baxılmasını mümkün hesab etmişdir. Bundan sonra, ərizəçi məhkəmə iclasında ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini, məhkəməyə təqdim etdiyi sənədlərin əslini ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəçi tərəfindən verilən ərizəni nəzərdən keçirərək hesab edir ki, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən Ərizəçi tərəfindən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanıla bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi (Maraqlı şəxs) ölüm faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1203/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-1203/2023
13.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver