Məhkəmə qərarları › İş №2(076)-1353/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1353/2023

07.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1353/2023 07.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Məhkəmə iclasının katibi İbrahimova Türkan Qulu qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi Nümayəndə Bayram oğlunun iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan, 31.000 (otuz bir min) manat dəyərində əmlakının və ya əmlakın dəyəri olaraq həmin pulun və 142 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh1 onun sabiq əri, Cavabdeh2 onun keçmiş qayınanasıdır. O, (iddiaçı) Cavabdeh1 ilə 2010-cu ildə faktiki evlənməklə, nikahlarını xx.xx.2010-cu il tarixində Şəmkir rayon Yeni-həyat kənd İƏD üzrə nümayəndəlikdə 06 nömrə ilə rəsmiləşdirmişlər. Cavabdeh1 ilə xx.xx.2022-ci il tarixinədək birgə yaşamışlar. Birgə nikahlarından üç uşaqları doğulmuşdur. Cavabdeh1 ilə evlənərkən toy günü onun yaşadığı Şəmkir rayonu Yeni Həyat kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Ailə qurduqdan sonra bir müddət mehriban ailə şəraitində yaşamışlar. Cavabdeh1 xx.xx.2022-ci ildə onu döymüş və uşaqlarla birlikdə evdən qovmuşdur. Cavabdeh1 ilə birgə nikahlarının pozulması barədə Şəmkir rayon məhkəməsinə ərizə ilə müraciət etmişdir. Hazırda iddia ərizəsi məhkəmə baxışındadır. Ona (iddiaçıya) məxsus əmlakı və cehiz əşyaları cavabdehlərdə qalmışdır. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq könüllü olaraq qaytarmaqdan imtina edirlər. Cavabdehlərdə qalan cehiz əşyalarının siyahısı aşağıdakı kimidir: Mebel qonaq dəsti (2 ədəd servant, 1 ədəd altı mebelli televizor, 1 ədəd qamot, 8 nəfərlik stol, skamya, yataq otağı mebeli, 1 ədəd qoşa kravat, 1 ədəd şkaf, 1 ədəd güzgü qamot, 1 ədəd pastelniça) - 10 000 manat; yataq otağı üçün ağ rəngli mebel dəsti (1 ədəd qoşa kravat, 1 ədəd qoşa kravat, 1 ədəd şkaf, 1 ədəd güzgü kamot, 1 ədəd güzgü stolu, 1 ədəd tək kravat)- 5 000 manat; 2 ədəd divan-kreslo- 1500 manat; 1 ədəd yazı stolu- 150 manat; 4 dəst döşək- 600 manat; 5 dəst yorğan- 300 manat; 8 dəst balınc- 400 manat; 3 ədəd adyal-100 manat; 1 ədəd pakrıval-50 manat; 5 ədəd gəvə- 1000 manat; 1 ədəd daroşka gəvə- 150 manat; 3 ədəd lüstur-800 manat; qapı ayna pərdələri- 1500 manat; 2 ədəd qabaq stolları-800 manat; nahar dəsti (servis)-350 manat; Çay dəsti (servis)-1200 manat; Kofeyni dəsti servis-100 manat; 36 ədəd rumka- 200 manat; 4 dəst kampotniça- 500 manat; 2 dəst gül qabı- 100 manat; ütü stolu-84 manat; televizor-1500 manat; 1 ədəd sandıq-50 manat; uşaq çarpayısı-200 manat; uşaq kolyaskası-50 manat; 4 ədəd meyvə qabı-70 manat; 4 ədəd ləpə qabı-30 manat; 15 ədəd rumka-30 manat; turubuçka qabı-30 manat; mikser-30 manat; paltaryuyan maşın-500 manat; sokçəkən maşın- 80 manat; ütü- 30 manat; elektrik sobası-100 manat; mikrodalğalı soba-150 manat; mikser-30 manat; İran istehsalı qaz peçi-200 manat; tozsoran-100 manat; 4 ədəd uşaq ədyalı-80 manat; uşaq yorğanı-30 manat; pakrıval-80 manat; 6 dəst qazan- 900 manat; 4 ədəd boşqab dəsti- 500 manat; qaşıq-çəngəl dəsti - 100 manat; 6 ədəd ləyən - 110 manat; 7 ədəd padnos- 50 manat; 15 ədəd pastel dəsti- 500 manat; 20 ədəd məhrəba-200 manat; 1 ədəd qaz peçi- 100 manat; 4 ədəd tava -200 manat; 9 ədəd stol örtüyü-96 manat; cəmi 31 000 manat cavabdehdə qalmışdır. Hazırda cavabdeh həmin əşyaları ona könüllü olaraq qaytarmaqdan imtina edir. Ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1la 2010-cu ildə faktiki evlənmişdir. İddiaçıya məxsus Mebel qonaq dəsti (2 ədəd servant, 1 ədəd altı mebelli televizor, 1 ədəd qamot, 8 nəfərlik stol, skamya, yataq otağı mebeli, 1 ədəd qoşa kravat, 1 ədəd şkaf, 1 ədəd güzgü qamot, 1 ədəd pastelniça) - 10 000 manat; yataq otağı üçün ağ rəngli mebel dəsti (1 ədəd qoşa kravat, 1 ədəd qoşa kravat, 1 ədəd şkaf, 1 ədəd güzgü kamot, 1 ədəd güzgü stolu, 1 ədəd tək kravat)- 5 000 manat; 2 ədəd divan-kreslo- 1500 manat; 1 ədəd yazı stolu- 150 manat; 4 dəst döşək- 600 manat; 5 dəst yorğan- 300 manat; 8 dəst balınc- 400 manat; 3 ədəd adyal-100 manat; 1 ədəd pakrıval-50 manat; 5 ədəd gəvə- 1000 manat; 1 ədəd daroşka gəvə- 150 manat; 3 ədəd lüstur-800 manat; qapı ayna pərdələri- 1500 manat; 2 ədəd qabaq stolları-800 manat; nahar dəsti (servis)-350 manat; Çay dəsti (servis)-1200 manat; Kofeyni dəsti servis-100 manat; 36 ədəd rumka- 200 manat; 4 dəst kampotniça- 500 manat; 2 dəst gül qabı- 100 manat; ütü stolu-84 manat; televizor-1500 manat; 1 ədəd sandıq-50 manat; uşaq çarpayısı-200 manat; uşaq kolyaskası-50 manat; 4 ədəd meyvə qabı-70 manat; 4 ədəd ləpə qabı-30 manat; 15 ədəd rumka-30 manat; turubuçka qabı-30 manat; mikser-30 manat; paltaryuyan maşın-500 manat; sokçəkən maşın- 80 manat; ütü-30 manat; elektrik sobası-100 manat; mikrodalğalı soba-150 manat; mikser-30 manat; İran istehsalı qaz peçi-200 manat; tozsoran-100 manat; 4 ədəd uşaq ədyalı-80 manat; uşaq yorğanı-30 manat; pakrıval-80 manat; 6 dəst qazan- 900 manat; 4 ədəd boşqab dəsti- 500 manat; qaşıq-çəngəl dəsti - 100 manat; 6 ədəd ləyən - 110 manat; 7 ədəd padnos- 50 manat; 15 ədəd pastel dəsti- 500 manat; 20 ədəd məhrəba-200 manat; 1 ədəd qaz peçi- 100 manat; 4 ədəd tava -200 manat; 9 ədəd stol örtüyü-96 manat; cəmi 31 000 manat cavabdehdə qalmışdır. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçının tələbi ona hədiyyə edilmiş əmlakla bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin bağışlama və mülkiyyət münasibətlərini tənzimləyən normalar tətbiq edilməlidir. Azərbaycan Repsublikasının Mülki Məcəlləsinin 666.1-ci madəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. İşdə olan aktdan müəyyən edilir ki, icra məmuru icra sənədinin icrası ilə əlaqədar borclulara məxsus evdə olmuşlar və icra sənədində qeyd edilən əşyalar naturada müəyyən edilərək üzərinə icra məmuru tərəfindən həbs qoyulmuşdur. Azərbaycan Repsublikasının Mülki Məcəlləsinin 152.1-ci madəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz qızıl-zinətini geri tələb edə bilər. Məhkəmə ilk növbədə tələb edilən cehiz əşyalarının mövcudluğu, dəyəri, çəkisi və kimdə qalması ilə bağlı məsələyə qiymət verərək, hesab edir ki, iddia ərizəsində göstərilən cehiz əşyalarının dəyəri və çəkisi real olmaqla həqiqətən də iddiaçıya məxsusdur. Bundan başqa tələb edilən cehiz əşyalarının dəyəri barəsində məsələyə də qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, həmin əşyaların dəyəri real olmaqla həqiqəti əks etdirir. Tələb edilən əşyaların kimdə qalması, çəkisi, dəyəri və mövcudluğu ilə bağlı məhkəmə iclasında izahatı alınmış iddiaçının iş üzrə verdiyi izahatını məhkəmə inandırıcı hesab edir və mötəbər sübut kimi qiymətləndirib nəzərə alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ərarvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslıdır, cavabdehdən iddiaçıya məxsus olan Mebel qonaq dəsti (2 ədəd servant, 1 ədəd altı mebelli televizor, 1 ədəd qamot, 8 nəfərlik stol, skamya, yataq otağı mebeli, 1 ədəd qoşa kravat, 1 ədəd şkaf, 1 ədəd güzgü qamot, 1 ədəd pastelniça) - 10 000 manat; yataq otağı üçün ağ rəngli mebel dəsti (1 ədəd qoşa kravat, 1 ədəd qoşa kravat, 1 ədəd şkaf, 1 ədəd güzgü kamot, 1 ədəd güzgü stolu, 1 ədəd tək kravat)- 5 000 manat; 2 ədəd divan-kreslo- 1500 manat; 1 ədəd yazı stolu- 150 manat; 4 dəst döşək- 600 manat; 5 dəst yorğan- 300 manat; 8 dəst balınc- 400 manat; 3 ədəd adyal-100 manat; 1 ədəd pakrıval-50 manat; 5 ədəd gəvə- 1000 manat; 1 ədəd daroşka gəvə- 150 manat; 3 ədəd lüstur-800 manat; qapı ayna pərdələri- 1500 manat; 2 ədəd qabaq stolları-800 manat; nahar dəsti (servis)-350 manat; Çay dəsti (servis)-1200 manat; Kofeyni dəsti servis-100 manat; 36 ədəd rumka- 200 manat; 4 dəst kampotniça- 500 manat; 2 dəst gül qabı- 100 manat; ütü stolu-84 manat; televizor-1500 manat; 1 ədəd sandıq-50 manat; uşaq çarpayısı-200 manat; uşaq kolyaskası-50 manat; 4 ədəd meyvə qabı-70 manat; 4 ədəd ləpə qabı-30 manat; 15 ədəd rumka-30 manat; turubuçka qabı-30 manat; mikser-30 manat; paltaryuyan maşın-500 manat; sokçəkən maşın- 80 manat; ütü-30 manat; elektrik sobası-100 manat; mikrodalğalı soba-150 manat; mikser-30 manat; İran istehsalı qaz peçi- 200 manat; tozsoran-100 manat; 4 ədəd uşaq ədyalı-80 manat; uşaq yorğanı-30 manat; pakrıval-80 manat; 6 dəst qazan- 900 manat; 4 ədəd boşqab dəsti- 500 manat; qaşıqçəngəl dəsti - 100 manat; 6 ədəd ləyən - 110 manat; 7 ədəd padnos- 50 manat; 15 ədəd pastel dəsti- 500 manat; 20 ədəd məhrəba-200 manat; 1 ədəd qaz peçi- 100 manat; 4 ədəd tava -200 manat; 9 ədəd stol örtüyü-96 manat; cəmi 31 000 manat dəyərində əmlak naturada, həmin əşyalar mövcud olmadıqda isə dəyəri alınıb iddiaçıya verilməlidir. İddia təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mebel qonaq dəsti (2 ədəd servant, 1 ədəd altı mebelli televizor, 1 ədəd qamot, 8 nəfərlik stol, skamya, yataq otağı mebeli, 1 ədəd qoşa kravat, 1 ədəd şkaf, 1 ədəd güzgü qamot, 1 ədəd pastelniça) - 10 000 manat; yataq otağı üçün ağ rəngli mebel dəsti (1 ədəd qoşa kravat, 1 ədəd qoşa kravat, 1 ədəd şkaf, 1 ədəd güzgü kamot, 1 ədəd güzgü stolu, 1 ədəd tək kravat)- 5 000 manat; 2 ədəd divankreslo- 1500 manat; 1 ədəd yazı stolu- 150 manat; 4 dəst döşək- 600 manat; 5 dəst yorğan- 300 manat; 8 dəst balınc- 400 manat; 3 ədəd adyal-100 manat; 1 ədəd pakrıval- 50 manat; 5 ədəd gəvə- 1000 manat; 1 ədəd daroşka gəvə- 150 manat; 3 ədəd lüstur-800 manat; qapı ayna pərdələri- 1500 manat; 2 ədəd qabaq stolları-800 manat; nahar dəsti (servis)-350 manat; Çay dəsti (servis)-1200 manat; Kofeyni dəsti servis-100 manat; 36 ədəd rumka- 200 manat; 4 dəst kampotniça- 500 manat; 2 dəst gül qabı- 100 manat; ütü stolu-84 manat; televizor-1500 manat; 1 ədəd sandıq-50 manat; uşaq çarpayısı-200 manat; uşaq kolyaskası-50 manat; 4 ədəd meyvə qabı-70 manat; 4 ədəd ləpə qabı-30 manat; 15 ədəd rumka-30 manat; turubuçka qabı-30 manat; mikser-30 manat; paltaryuyan maşın-500 manat; sokçəkən maşın- 80 manat; ütü-30 manat; elektrik sobası-100 manat; mikrodalğalı soba-150 manat; mikser-30 manat; İran istehsalı qaz peçi-200 manat; tozsoran-100 manat; 4 ədəd uşaq ədyalı-80 manat; uşaq yorğanı-30 manat; pakrıval-80 manat; 6 dəst qazan- 900 manat; 4 ədəd boşqab dəsti- 500 manat; qaşıq-çəngəl dəsti - 100 manat; 6 ədəd ləyən - 110 manat; 7 ədəd padnos- 50 manat; 15 ədəd pastel dəsti- 500 manat; 20 ədəd məhrəba-200 manat; 1 ədəd qaz peçi- 100 manat; 4 ədəd tava -200 manat; 9 ədəd stol örtüyü-96 manat; cəmi 31 000 manat dəyərində əmlak naturada, həmin əşyalar mövcud olmadıqda isə dəyəri alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 142 (bir yüz qırx iki) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar