Məhkəmə qərarları › İş №2(076)-1389/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1389/2024

27.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1389/2024 27.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Şahin oğluna qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Şahin oğluna qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Şahin oğlundan və Cavabdeh2 ona məxsus 2100 manat dəyərində sırqa üzük bilərzik boyunbağı kulonla 19 qr çəkidə bir dəst komplekt, 1 ədəd brilyant qaşlı 800 manat dəyərində nişan üzüyü, 1 ədəd, 4.2 qr çəkidə qızıldan ayağa taxmaq üçün 250 manat dəyərində sep, 1 ədəd 400 manat dəyərində ağ qızıldan 4,8 qr tək qaş üzüyü, 1 ədəd 250 manat dəyərində 3 qr çəkidə qolbağı, 2 qr çəkidə 150 manat dəyərində halqa formalı sırqa, 1 ədəd 5 sadə qaşlı 150 manat dəyərində üzük, 900 manat dəyərində qızıldan reket formalı 11,5 qr. çəkidə qolbağı, 14 qr çəkidə 1000 manat dəyərində 1 ədəd sep və ürək formalı üstündə "Allah" yazılmış klon, 1 ədəd mələk formalı klonla birlikdə 15 qr çəkidə 1100 manat dəyərində İtaliya qızılından sep, 1 ədəd qızıldan 1 qr çəkidə 585 əyarlı 150 manat dəyərində sırğa, 1 ədəd qızıldan sadə ağ qaş və mirvari bəzəkli çəkisi 3 qr olan 200 manat dəyərində üzük, 1 ədəd 800 manat dəyərində 12 qr çəkidə 800 manat dəyərində üzüyün, 4 ədəd 25, 30 və 50 manat dəyərində ayaqqabılar, 1 ədəd 100 manat dəyərində kurtka, 1 ədəd 250 manat dəyərində palto, 1 ədəd 50 manat dəyərində çəkmə, 1 ədəd 200 manat dəyərində don, 4 ədəd 100 manat dəyərində klassik şalvarlar, 4 ədəd cəmi 200 manat dəyərində cins şalvarlar, 1 ədəd 180 manat dəyərində ziyafət donu, 1 ədəd 120 manat dəyərində ziyafət donu, 35 manat dəyərində qara don, 100 manat dəyərində yaşıl rəngli kostyum dəsti, 50 manat dəyərində cins don, 100 manat dəyərində krem rəngdə kurtka, 50 manat dəyərində qara rəngdə çəkmə, 250 manat dəyərində tünd qəhvəyi rəngli palto, 1 ədəd 300 manat dəyərində Samsung markalı tozsoran, 1 ədəd "Boch" markalı 150 manat dəyərində toster, 1 ədəd "Boch" markalı blender 50 manat dəyərində, 1 ədəd ət maşını "Boch" markalı 250 manat dəyərində, 1 ədəd “Tefal” elektron çaydan 50 manat dəyərində,1 ədəd sok çəkən "Samsung 100 manat dəyərində, 1 ədəd ütü "Philips" markalı 200 manat dəyərində, 1 dəst çay servizi 200 manat dəyərində, 1 dəst-6 ədəd ağ rəngli mavi güllü boşqablar 20 manat dəyərində, müxtəlif plastmas mətbəx qabları 50 manat dəyərində 1 ədəd ikinəfərlik döşək 250 manat dəyərində, tava dəsti 200 manat dəyərində əmlakın özləri və ya dəyərləri olan 11960 manat dəyərində qızıl, cehiz və geyim əşyalarının və ya onların dəyərinin, habelə ödədiyi 126 manat dövlət rüsumu və 50 manat mediasiya xərcinin, əşyalarının qaytarılmadığı halda cəmi 12.136 manat cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə qəbul xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Şahin oğlu ilə 2021-ci ilin iyun ayında nişanlanmışlar. Həmin ilin iyul ayının 21-də toyları olmuş, el adəti ilə evlənmişlər, lakin nikahlarını rəsmiləşdirilməmişlər, uşaqları olmamışdır. Toydan sonra Bakı şəhərinə getmişlər və onlar Mehdiabad qəsəbəsində yaşamışlar. Nişan və toydan sonra, eləcə də özünə məxsus, yəni qız vaxtında olan qızıllarını, toydan sonra anası və qohumları tərəfindən ona bağışlanan bütün qızıl əşyalarını özü ilə Bakıya aparmışdır. 2022-ci ilin yayında qaynanası olan Cavabdeh2 onlara gəlmiş və Şahlarla birlikdə bizneslərinin artırmaq üçün kreditə pul götürmək məqsədi ilə qızıllarını müvəqqəti olaraq, yəni kredit müddətinə ondan götürüb aparmışdır. Sonra ona bəlli oldu ki, həqiqətən qızıllarını Şəmkir rayonunda "Güvən" lombarda qirov qoyub pul götürmüşlər. Cavabdehlə xasiyyətləri tutmamışdır, heç bir səbəb olmadan onun qadın ləyaqətini alçaldaraq döyüb, söyüb, təhqir edirdi. Ailəsində qalması üçün əsaslı səbəb olmasa da kənardan olan təsirlər əsasında ailə dağılmışdır və 10 iyun 2023-cü ildə döyülərək evdən qovulmuşdur. Evliliklə bağlı ona məxsus cavabdeh tərəfin evində qalmış əmlakları, yəni onun atası evindən özünə gətirdiyi zinət əşyaları, cavabdeh və anası tərəfindən ona hədiyyə edilmiş qızıl zinət əşyaları, cehiz əşyaları və geyim əşyaları cavabdehin evində qalmışdır, onların könüllü gaytarılmasınını istəsə də, cavabdehlər əşyalarını hal hazıra kimi qaytarmır. Odur ki, əmlakının geri qaytarılması üçün məhkəmədə hazırki iddianı qaldırmağa məcbur olmuşdur. Odur ki, ona məxsus olan əşyalarının cavabdehlərdən alınaraq qaytarılması üçün hazırki iddianı qaldırmağa məcbur olmuşdur. Atası vəfat etmiş, anası gündəlik pula parniklərdə işə gedir, əlinin zəhməti ilə 2 uşağı dolandırır. Cavabdehin imkanı böyükdür. O, Bakı şəhərində cəzaçəkmə müəssisəsində ərzaq köşkü işlədir, 2 ədəd avtomaşını var, 40 ədəd iribuynuzlu heyvanı olan ferması, Bakı şəhərində 4 ədəd mağaza binasını icarəyə götürürüb hərəsinə işçi qoyub işlədir, torpaq sahəsi var. Bundan da artıq sərvəti olsun, o ona heç bir paxıllıq etmir, lakin cavabdehin özündən 13 yaş kiçik olan, zəhmətkeş ailədə böyüyən gənc bir qıza xoşbəxt həyat bəxş edəcəyini vəd edib, sözünə əməl etməməsini, buna heç bir əsas olmadan bədbəxt etməsini bağışlaya bilmir. Onun imkanı ola-ola onaməxsus qızıl əşyalarını, anasından qaytarmaq şərti ilə istə aldığı 1750 manat pulu, paltarlarını, cehiz əşyalarını könüllü qaytarmamaları böyük təəccüb doğurur. Ona görə, Cavabdeh1 Şahin oğlu və Cavabdeh2 ona məxsus 2100 manat dəyərində sırqa üzük bilərzik boyunbağı kulonla 19 qr çəkidə bir dəst komplekt, 1 ədəd briliant qaşlı 800 manat dəyərində nişan üzüyü, 1 ədəd, 4.2 qr çəkidə qızıldan ayağa taxmaq üçün 250 manat dəyərində sep, 1 ədəd 400 manat dəyərində ağ qızıldan 4,8 qr tək qaş üzüyü, 1 ədəd 250 manat dəyərində 3 qr çəkidə qolbağı, 2 qr çəkidə 150 manat dəyərində halqa formalı sırqa, 1 ədəd 5 sadə qaşlı 150 manata dəyərində üzük, 900 manat dəyərində qızıldan reket formalı 11,5 qr. çəkidə qolbağı, 14 qr. çəkidə 1000 manat dəyərində 1 ədəd sep və ürək formalı üstündə" Allah" yazılmış kulon, 1 ədəd mələk formalı kulonla birlikdə 15 qr çəkidə 1100 manat dəyərində İtaliya qızılından sep, 1 ədəd qızıldan 1qr çəkidə 585 əyarlı 150 manat dəyərində sırğa, 1 ədəd qızıldan sadə ağ qaş və mirvari bəzəkli çəkisi 3 qr. olan 200 manat dəyərində üzük, 1 ədəd 800 manat dəyərində 12 qr. çəkidə 800 manat dəyərində üzüyün, 4 ədəd 25, 30 və 50 manat dəyərində ayaqqabılar, 1 ədəd 100 manat dəyərində kurtka, 1 ədəd 250 manat dəyərində palto, 1 ədəd 50 manat dəyərində çəkmə, 1 ədəd 200 manat dəyərində don, 4 ədəd 100 manat dəyərində klassik şalvarlar, 4 ədəd cəmi 200 manat dəyərində cins şalvarlar,1 ədəd 180 manat dəyərində ziyafət donu, 1 ədəd 120 manat dəyərində ziyafət donu, 35 manat dəyərində qara don 100 manat dəyərində yaşıl rəngli kostyum dəsti, 50 manat dəyərində cins don, 100 manat dəyərində krem rəngdə kurtka, 50 manat dəyərində qara rəngdə çəkmə, 250 manat dəyərində tünd qəhvəyi rəngli palto, 1 ədəd 300 manat dəyərində Samsung markalı tozsoran, 1 ədəd "Boch" markalı 150 manat dəyərində toster, 1 ədəd "Boch" markalı blender 50 manat dəyərində, 1 ədəd ət maşını "Boch" markalı 250 manat dəyərində, 1 ədəd “Tefal” elektron çaydan 50 manat dəyərində,1 ədəd sok çəkən "Samsung 100 manat dəyərində, 1 ədəd ütü "Philips" markalı 200 manat dəyərində, 1 dəst çay servizi 200 manat dəyərində, 1 dəst- 6 ədəd ağ rəngli mavi güllü boşqablar 20 manat dəyərində, müxtəlif plastmas mətbəx qabları 50 manat dəyərində 1 ədəd ikinəfərlik döşək 250 manat dəyərində, tava dəsti 200 manat dəyərində əmlakın özləri və ya dəyərləri olan 11960 manat dəyərində qızıl, cehiz və geyim əşyaranın və ya onların dəyərinin, habelə ödədiyi 126 manat dövlət rüsumu və 50 manat mediasiya xərcinin, əşyalarının qaytarılmadığı halda cəmi 12.136 manat cavabdehlərdən alınıb ona verilməsinə barədə qətnamə qəbul xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh X2 etirazını məhkəməyə təqdim edərək bildirdi ki, iddiaçının iddia ərizəsindəki tələb çox şişirdilmiş, yalan və cəfəngiyyatlarla iddia qaldıraraq məhkəməni aldatmaq istəyir. Ona görə də iddia tələbi qismən təmin edilməlidir. İddiaçı onlardan qan xəstəsi olduğunu gizlətmiş və onların bundan toydan sonra xəbəri olmuşdur. Sonradan onlara məlum olmuşdur ki, iddiaçının anası, iddiaçının nikahsız ailə qurmağına məqsədli şəkildə razılıq vermişdir. Ona görə ki, iddiaçının irsi qan xəstəliyi mövcuddur. Əgər onlar nikahı gözləyəsi olsaydılar, iddiaçının xəstə olması ortalığa çıxacaqdır. Hal-hazırda iddiaçı yenidən onların başına gətirdiklərini digər bir şəxslə nişanlanaraq, yenə də nikah bağlanmasına məqsədli şəkildə mane olaraq bəhanə gətirirlər ki, qız oxuyur, nikah bağlansa qızın sosial yardım alması dayandırılacaq“. İddiaçının ümumilikdə sırqa üzük bilərzik boyunbağı kulonla və qolbağı ilə birlikdə brilliant qaşlı, 1 ədəd nişanda taxılmış nişan üzüyü qızıldan brilliant qaşlı, 1 ədəd halqa formalı sırqa, 1 ədəd sep və ürək formalı üstündə „Allah“ yazılmış kulon, 1 ədəd sep mələk formalı kulonla birlikdə, 1 ədəd xırda qaşlı sırqa, 1 ədəd ağ qaş və mirvari bəzəkli üzüyü olmuşdur və sadaladığı qızıl-zinət əşyalarını da verməyə razıdılar. Qaldı ki, iddiaçının iddia ərizəsindəki digər tələb etdikləri yalandır, cəfəngiyyatdır. İddiaçı cehiz və geyim əşyalarını 2023-cü ilin avqust ayında 1 ədəd qazel markalı yük maşını, 1 ədəd „Aynur“ Mebel salonunun yük maşını 3 fəhləsi ilə və 1 ədəd Vaz-21- 06 markalı “jiquli” avtomaşınları ilə son əşyasına qədər götürüb aparmışdır. İddiaçının tələb etdiyi Cehiz əşyalarından 1 ədəd 250 manat dəyərində Bosch markalı ət çəkən maşın, 1 dəst 20 manat dəyərində boşqablar və 50 manat dəyərində kauçuk qablar onlarda qalmışdır. Şəxsi geyim əşyalarından 3 ədəd ayaqqabı cəmi 105 manat dəyərində, 1 ədəd kurtka gödəkcə 100 manat dəyərində, 1 ədəd palto 250 manat dəyərində, 1 ədəd çəkmə 50 manat dəyərində, 1 ədəd don 200 manat dəyərində, adi qara don 35 manat dəyərində və cins don 50 manat dəyərində onlarda qalmışdır. Ona görə də iddianın sadalanan qızıl-zinət əşyalarından, geyim və cehiz əşyalarından başqa hissədə rədd edilməsini xahiş etmişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞG/1/MT007/2023-03426 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh1 Şahin oğlu xx.xx.2023-cü il tarixə saat 10:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. İş materiallarında olan 15366 nömrəli aktdan görünür ki, Cavabdeh2 "xxxx" MMCyə 3 ədəd komplekt 583 əyarlı 35 qram, 4 cüt sırğa 583 əyyarlı 13,4 qram , 3 ədəd 583 əyarlı 25,6 qram, 5 ədəd üzük 583 əyarlı 33,5 qram, 1 ədəd kolye 583 əyarlı 15,2 qram olan qızıl-zinət əşyaları qirov goymuşdur. Həmin qızlı-zinət əşyalarının dəyəri 9200 manat hesablanmışdır. Məhkəmə tərəfindən işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında 2021-ci ilin iyun ayında nişan mərasimi və toyları olmuşdur. Həmin nikah rəsmi qeydə alınmamışdır. Həmin mərasim zaman iddiaçıya bir sıra qızıl-zinət hədiyyə olunmuş, həmin faktı fotoşəkildə və tərəflərinin izahatlarında öz əksini tapır. Toyları olandan sonra İddiaçı və İsgəndərov X3 rayon, Mehdiabad qəsəbəsinə köçmüşlər. Lakin tərəflərin arasında narazılıq baş verdiyindən, onlar ayırlmışdılar. Hazırda İddiaçı həm keçmiş əri – Cavabdeh1, həmçinin onun valideyni – digər Cavabdeh2 qarşı cehiz, qızıl-zinət əşyaları həmçinin çəkdiyi xərclərinin əvəzi tələbləri barədə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iddia tələbinin cehiz əşyalarına dair hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, cavabdeh tərəfin təqdim etdiyi etiraz ərizəsində, eləcə də məhkəmə iclasında verdiyi izahatlarında cehiz və geyim əşyalarının bir hissəsinin onların yaşadığı evdə qaldığını etiraf etmişlər ki, həmin əşyalar – iddia ərizəsində göstərilən cehiz əşyaları bölümündə 4;9;13-cü sırada olan əşyalar, geyim əşyaları bölümündə 1;2;3;4;5;10;12-ci sırada olan əşyalardan ibarətdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi cehiz və geyim əşyalarından yalnız bir qismi, yəni cavabdehin etiraz ərizəsində və əlavə olaraq məhkəmə iclasında qeyd etdiyi əşyalar onda qalmışdır. Belə ki, iddiaçı Minarə Hüseynlinin iddiasının əsası kimi istinad etdiyi göstərilən cehiz əmlaklarının ona məxsus olması və ona gəlin köçərkən hədiyyə şəklində verilməsi, lakin həmin əşyaların yalnız bir qisminin cavabdeh tərəfdə olması məhkəmə iclasında iddiaçının izahatı, cavabdeh tərəfin qismən etirafedici ifadəsi və məhkəməyə sübut kimi təqdim edilmiş digər sənədlərlə sübut olunduğundan, həmin hissədə iddia tələbi qismən əsaslıdır. Buna görə də iddianın cehiz və geyim əşyalarının cavabdehlərdən alınaraq iddiaçıya verilməsinə dair hissəsi qismən təmin edilərək, cavabdeh tərəfin etiraf etdiyi hissədə göstərilən cehiz əşyaları cavabdehlərdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə, iddianın qızıl-zinət aid olan hissəsini işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, işdə olan sənədlərlə, tərəflərin izahatları və fotoşəkillərlə müəyyən olunur ki, İddiaçı (iddiaçı) ilə Cavabdeh1 Şahin oğlu ilə ailə quran zaman iddiaçıya qızıl-zinət əşyaları hədiyyə olunmuşdur. İddiaçı iddia edir ki, münasibətləri pozulduqdan sonra iddia ərizəsində göstərilən toy və nişan zamanı hədiyyə olunmuş ona məxsus qızıl-zinət əşyaları cavabdehlər tərəfindən lombarda girov qoyulduğundan ondan alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçıya məxsus qızıl-zinət əşyalarının mövcud olmasını və həmin əşyaların həqiqətən cavabdehlərdə olmasının həqiqiliyini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Hazırki iş üzrə cavabdeh tərəfin təqdim etdiyi etiraz ərizəsində, eləcə də məhkəmə iclasında verdiyi izahatlarında qızıl-zinət əşyalarının bir hissəsinin onlarda qaldığını etiraf etmişlər ki, həmin əşyalar – iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları bölümündə 1;2;4;7;8;9;10cu sırada olan qızıl-zinət əşyalarından, eyni zamanda 5-ci adda yazılmış halqa formalı sırqadan ibarətdir. Göründüyü kimi cavabdeh yalnız sırqa üzük bilərzik boyunbağı kulonla və qolbağı ilə birlikdə brilliant qaşlı, 1 ədəd nişanda taxılmış nişan üzüyü qızıldan brilliant qaşlı, 1 ədəd ağ qızıldan 4.8 qram tək üzük, 1 ədəd halqa formalı sırqa, 1 ədəd sep və ürək formalı üstündə „Allah“ yazılmış kulon, 1 ədəd sep mələk formalı kulonla birlikdə, 1 ədəd xırda qaşlı sırqa, 1 ədəd ağ qaş və mirvari bəzəkli üzük hissəsində etiraf etmiş, qalan qızıl-zinət əşyalarının mövcudluğunu və onlarda qalmasını mübahisələndirmişdir. İddia ərizəsində göstərilən digər qızıl-zinət əşyalarının həqiqətən də iş üzrə cavabdehlərdə olmasına dair sübutlarını iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı qeyd olunan hissədə təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Bir dəst komplekt-2100 manat dəyərində sırqa üzük bilərzik boyunbağı kulonla 19 qr çəkidə, 1 ədəd brilyant qaşlı 800 manat dəyərində nişan üzüyü, 2 qr çəkidə 150 manat dəyərində halqa formalı sırqa, 14,2 qr çəkidə 1000 manat dəyərində 1 ədəd sep və ürək formalı üstündə "Allah" yazılmış klon, 1 ədəd mələk formalı klonla birlikdə 15 qr çəkidə 1100 manat dəyərində İtaliya qızılından sep, 1 ədəd qızıldan 1 qr çəkidə 585 əyarlı 150 manat dəyərində sırğa, 1 ədəd qızıldan sadə ağ qaş və mirvari bəzəkli çəkisi 3 qr olan 200 manat dəyərində üzük, 3 ədəd 25, 30 və 50 manat dəyərində ayaqqabılar, 1 ədəd 100 manat dəyərində kurtka, 1 ədəd 250 manat dəyərində palto, 1 ədəd 50 manat dəyərində çəkmə, 1 ədəd 200 manat dəyərində don, 35 manat dəyərində qara don, 50 manat dəyərində cins don, 1 ədəd ət maşını "Bosch" markalı 250 manat dəyərində, 1 dəst-6 ədəd ağ rəngli mavi güllü boşqablar 20 manat dəyərində, 50 manat dəyərində müxtəlif plastmas mətbəx qablarından ibarət əşyaların natura şəklində, naturada mövcud olmazsa əşyaların cəmi dəyəri 6610 manat cavabdehlər Cavabdeh1 Şahin oğlu və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar