Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1417/2024 16.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X14 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, bibisi X4 19 fevral 2011–ci il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində vəfat etməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin dəlillərini müdafiə edərək, əsasən ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, bibisi X7 23 yanvar 1967–ci il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində doğulmuşdur. Lakin bibisi 19 fevral 2011–ci il tarixdə vəfat etmiş və kənd qəbirstanlığında dəfn edilmişdir. Mərhum bibisinin ölümü müvafiq orqanlarda qeydiyyata alınmamış və ona ölüm haqqında şəhadətnamə verilməmişdir. Bu səbəbdən bibisinin ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Belə ki, o, bəzi sənədləşmə işləri aparmaq istəmiş, lakin, bibisinin vəfatına dair ölüm haqqında şəhadətnamə təqdim edə bilmədiyindən buna nail ola bilməmişdir. Bu məqsədlə Maraqlı şəxsnə müraciət etsə də, həmin orqan mərhum bibisinin ölüm qeydinin bərpa edilməsindən imtina etmişdir. Hazırda bibisinin ailəsi və yaxın qohumlarından yalnız o, qalmışdır. Bibisindən qalmış miras əmlakla bağlı ölüm haqqında şəhadətnamənin əldə edilməsi zəruridir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mərhum bibisinin ölüm faktını başqa qaydada əldə edə bilmir. Odur ki, məhkəmədən bibisi X4 19 fevral 2011–ci il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində vəfat etməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, hazırda Şəmkir rayonu, Qaracəmirli kəndində yaşayır. Ərizəçi ilə qonşudur, bu səbəbdən ərizəçini və ailəsini yaxından tanıyır. Həqiqətən, X7 ərizəçinin bibisi olmuş, o, Solmazla eyni məktəbdə təhsil almış və yaxın münasibətləri olmuşdur. X2 19 fevral 2011–ci il tarixdə vəfat etmiş və kənd qəbirstanlığında dəfn edilmişdir. O özü də yas mərasimində yaxından iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, hazırda Şəmkir rayonu, Qaracəmirli kəndində yaşayır. Həqiqətən ərizəçinin bibisi X7 19 fevral 2011–ci il tarixdə vəfat etmişdir. O özü də yaxın qonşu kimi yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan AZE 05779922 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X7 xx.xx.1967–ci il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində doğulmuşdur. İşdə olan Şəmkir RİHB–nın Qaracəmirli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli 341 saylı arayışdan görünür ki, Ərizəçi bibisi X7 19 fevral 2011–ci il tarixdə vəfat etmiş və kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan JN–187 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın surətindən görünür ki, Şəmkir Rayon AİK–nın xx.xx.1998–ci il tarixli 49 saylı qərarı ilə X5 və onun digər ailə üzvlərinə Şəmkir rayonu, Qaracəmirli kəndində 2.88 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi atası X11, anası X9 olmaqla, xx.xx.1998–ci il tarixdə doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamələrdən görünür ki, X10 xx.xx.2018–ci il tarixdə, X11 xx.xx.2019–cu il tarixdə, Ərizəçi Hacı oğlu xx.xx.2022–ci il tarixdə vəfat etmişlər. İşdə olan qəbir daşına aid fotoşəkildən görünür ki, X7 xx.xx.1967–ci il tarixdə doğulmuş, xx.xx.2011–ci il tarixdə vəfat etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli məktubdan görünür ki, X4 ölümünün qeydiyyata alınmasından imtina edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, mərhum X7 23 yanvar 1967–ci il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində doğulmuş, 19 fevral 2011–ci il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində vəfat etmiş və kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin, dövlət qeydiyyatını aparan orqanların ölümü vaxtında qeydiyyata alınması üçün müvafiq sənədləşmə aparmamaları səbəbindən onun ölümü qeydiyyata alınmamışdır. X1 Ərizəçi bibisi olduğu təsdiq olunur. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8–ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İş materialları ilə müəyyən olunur ki, bibisinin ölüm faktının təsdiq edilməsi ərizəçiyə müvafiq sənədlər almaq üçün lazımdır. Ölüm tarixindən uzun müddət keçdiyindən, bununla bağlı hər hansı tibbi sənəd olmadığından Maraqlı şəxs ərizəçinin mərhum bibisinin ölümünə dair hüquqi sənəd verilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, ərizəçinin tələbi haqlıdır və bu səbəbdən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 23 yanvar 1967–ci il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində doğulmuş X4 19 fevral 2011–ci il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X19
Məhkəmə qərarları › İş №2(076)-1417/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1417/2024
16.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver