Məhkəmə qərarları › İş №2(076)-1436/2023

Şəmkir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(076)-1436/2023

30.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1436/2023 30.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı və nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyaları tələbinə dair iddiası üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4300 manat dəyərində qızıl-zinət əşyalarının, həmin əşyalar mövcud olmadıqda isə dəyərinin, ödədiyi 50 manat mediasiya xərcinin, 13 manat dövlət rüsumunun və qızılların qiymətləndirilməsi ilə bağlı ödədiyi 80 manat rüsumun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, cavabdehlərdən Cavabdeh2 əri, Cavabdeh1 isə ərinin analığıdır. O, Cavabdeh2 ilə 2022ci ildə faktiki evlənməklə nikahlarını rəsmiləşdirmişlər. Cavabdeh2 ilə 05 mart 2022-ci ildə nişan mərasimləri olmuşdur. Cavabdeh2 ilə tanış olduqdan sonra 14 fevral 2022-ci il tarixdə sevgililər günü münasibəti ilə ona İtaliya istehsalı olan halqa formalı klonlu qızıl boyunbağı onun tərəfindən hədiyyə edilmişdir. Nişan mərasimində ona cavabdehlər tərəfindən dördkünc formalı, üzərində 4 ədəd böyük, kənarlarında xırda brilyant qaşları olan qızıl üzük hədiyyə edilmişdir. 11 iyun 2022-ci ildə qız toyları, 26 iyun 2022-ci ildə isə oğlan toyları olmuşdur. Qız toyundan əvvəl ona cavabdehlər tərəfindən 03 may 2022-ci il tarixdə dəyəri 3900 manat olan sallama gül formalı ağ qızıldan brilyant qaşlı qızıl üzüksırğa, boyunbağı, bilərzik dəsti hədiyyə edilmişdir. 26 iyun 2022-ci il tarixdə keçirilmiş oğlan toyu günü cavabdehlərin evində ona mərhum qayınanasının hədiyyəsi olan dəyəri 400 manat olan gül formalı brilyant qaşlı qızıl üzük hədiyyə edilmişdir. Onlarn birgə nikahından uşağı olmamışdır. Onlar toyundan sonra 2022-ci ilin avqust ayında əri Cavabdeh2la birlikdə Bakı şəhərinə getmişlər. Orada əri Seymur işləmiş və onlar kirayədə yaşamışlar. Onlar Bakı şəhərinə gedərkən ona və əri Seymura toy hədiyyəsi olaraq alınmış qızıl əşyalarını da özləri ilə aparmışlar. Kirayədə yaşadıqlarından onlar qızıllarını anası Nümayəndə saxlamaq üçün vermişlər. Evləndiyi ilk vaxtlarda ailə münasibətləri normal olsa da sonradan cavabdehlərin təqsiri ucbatından aralarında narazılıqlar yaranmışdır. Ona görə də 11 dekabr 2022-ci ildə o kirayə yaşadıqları evdən valideynlərinin yanına getmişdir. O valideynlərinin evinə getdikdən bir neçə gün sonra ərinin analığı Cavabdeh1 anasına zəng vuraraq onların evinə yığdığı və valideynləri tərəfindən ona toy hədiyyəsi olaraq verilmiş cehiz əşyalarını onların evindən çıxartmağı tələb etmişdir. Ona görə də onun qohumları X1, X4 və bacısı X5 23 dekabr 2022-ci il tarixdə cehiz əşyalarını çıxartmaq üçün cavabdehlərin evinə getmişlər. Orada cehiz əşyalarını çıxatmaq istəyərkən cavabdehlərdən Cavabdeh1 ona toy hədiyyəsi olaraq verilmiş qızıl əşyalarından sallama gül formalı ağ qızıldan brilyant qaşlı qızıl üzük-sırğa, boyunbağı, bilərzik dəstini və gül formalı brilyant qaşlı qızıl üzüyü onlara qaytarmasalar cehiz əşyalarını verməyəcəyini bildirmişdir. Hətta, cavabdeh ona onlar tərəfindən toy hədiyyəsi olaraq geyim əşyalarını da tələb etmişdir. Ona görə də anası Nümayəndə məcbur olub həmin qızıl əşyalarını və geyim əşyalarını aparıb vermiş və onun cehiz əşyalarını yığmışlar. Hətta orada qızıl əşyalarının və geyim əşyalarının şəklini də çəkmişlər. O sonradan dəfələrlə cavabdehlərdən ona məxsus onlarda olan qızıl əşyalarımı qaytarmasını tələb etmişdir. Lakin, cavabdehlər hər dəfə qızıl əşyalarını qaytarmaqdan imtina etmişlər. Hətta onlar qızıl əşyalarını nisyə aldıqlarını və qaytardıqlarını bildirmişlər. O qızıl tələbi ilə bağlı mediasiyaya da müraciət etmişdir. Cavabdehlər yenə də onun qızıllarını qaytarmamışlar. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə İddiaçı ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. İddiaçı məhkəməyə ərizə verərək, işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 238-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə izahatları dinləyib, şahid ifadələrini və iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dundidirilmiş şahid X5 ifadəsində bildirmişdir ki, iddiaçının bacısıdır. Cavabdeh1 onlara zəng vuraraq cehizi aparmalarını bildirmişdir. Baldızı Əsmər, dayısı qızı Bulqeyis cehizi gətirmək üçün getmışlər. Onlara cehizi verməmişlər ki, qızıl və geyim əşyalarını gətirin sonra verək. Ona görə anası Nəzakət qızıl əşyalarını gətirmişdir. Bacısının qaynatası Zakir gedib onun anasını gətirmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X4 ifadəsində bildirmişdir ki, Günel onun xalası qızıdır. Cehizi yığmağa getmişlər. Orada onlara qızılları gətirib cehizi aparmalarını bildirmişlər. Xalası Nəzakət qızılları Günelin qayınatası Zakirlə gətirmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X1 ifadəsində bildirmişdir ki, iddiaçı dayısı qızıdır. Onlar cehizi gətirəndə Günelin qayınanası qızılları gətirib sonra cehizi aparmalarını bildirmişdir. Ona görə də Günelin anası Nəzakət qızıl əşyalarını gətirib onlara vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, bir ədəd qarnitur (kolye, bilərzik, üzük, sırğa) briliyant sallama formalı ağ qızıldan 750 əyarlı, 4.6 karatlı, çəkisi 30 qramlı dəyəri 3900 manat, bir ədəd üzük Rusiya istehsalı köhnə ulduz formalı briliyant 583 əyarlı 0.18 karatlı çəkisi 4.2 qaramlı dəyəri 400 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh2 ilə 2022-ci ildə faktiki evlənməklə nikahlarını rəsmiləşdirmişlər. İddiaçıya cavabdehlər tərəfindən dördkünc formalı, üzərində 4 ədəd böyük, kənarlarında xırda brilyant qaşları olan qızıl üzük, dəyəri 3900 manat olan sallama gül formalı ağ qızıldan brilyant qaşlı qızıl üzüksırğa, boyunbağı, bilərzik dəsti, dəyəri 400 manat olan gül formalı brilyant qaşlı qızıl üzük hədiyyə edilmişdir. İddiaçıya məxsus bir ədəd brilyant sallama formalı ağ qızıldan 750 əyarlı, 4.6 karatlı, çəkisi 30 qramlı dəyəri 3900 manat olan qarnitur (kolye, bilərzik, üzük, sırğa) və bir ədəd Rusiya istehsalı briliyant qaşlı, 583 əyarlı 0.18 karatlı çəkisi 4.2 qaramlı dəyəri 400 manat olan köhnə ulduz formalı qızıl üzük cavabdehlərdə qalmışdır. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçının tələbi ona hədiyyə edilmiş qıızl-zinət əşyaları ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin bağışlama və mülkiyyət münasibətlərini tənzimləyən normalar tətbiq edilməlidir. Azərbaycan Repsublikasının Mülki Məcəlləsinin 666.1-ci madəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Repsublikasının Mülki Məcəlləsinin 152.1-ci madəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə ilk növbədə tələb edilən qızıl-zinət əşyalarının mövcudluğu, dəyəri, çəkisi və kimdə qalması ilə bağlı məsələyə qiymət verərək, hesab edir ki, iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının dəyəri və çəkisi real olmaqla həqiqətən də iddiaçıya hədiyyə olaraq verilmişdir. Qızıl-zinət əşyalarının mövcudluğu həm iş materialları, o cümlədən iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlərin ifadələri ilə təsdiq olunmuşdur ki, iddiaçıya bir ədəd brilyant sallama formalı ağ qızıldan 750 əyarlı, 4.6 karatlı, çəkisi 30 qramlı dəyəri 3900 manat olan qarnitur (kolye, bilərzik, üzük, sırğa) və bir ədəd Rusiya istehsalı briliyant qaşlı, 583 əyarlı 0.18 karatlı çəkisi 4.2 qaramlı dəyəri 400 manat olan köhnə ulduz formalı qızıl üzükdən ibarət qızıl-zinət əşyaları hədiyyə verilmişdir. Bundan başqa tələb edilən qızıl-zinət əşyalarının dəyəri barəsində məsələyə də qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, həmin əşyaların dəyəri real olmaqla həqiqəti əks etdirir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, bir ədəd qarnitur (kolye, bilərzik, üzük, sırğa) briliyant sallama formalı ağ qızıldan 750 əyarlı, 4.6 karatlı, çəkisi 30 qramlı dəyəri 3900 manat, bir ədəd üzük Rusiya istehsalı köhnə ulduz formalı briliyant 583 əyarlı 0.18 karatlı çəkisi 4.2 qaramlı dəyəri 400 manat təşkil edir. Məhkəmə hesab edir ki, tələb edilən qızıl-zinət əşyalarının dəyəri hər bir əşyaya münasibətdə qeyd edilən arayışda göstərilən dəyərlə müəyyən edilməlidir. Tələb edilən əşyaların kimdə qalması, çəkisi, dəyəri və mövcudluğu ilə bağlı məhkəmə iclasında izahatı alınmış iddiaçının iş üzrə verdiyi izahatını məhkəmə inandırıcı hesab edir və mötəbər sübut kimi qiymətləndirib nəzərə alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ərarvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslıdır, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada bir ədəd brilyant qaşlı, sallama formalı ağ qızıldan 750 əyarlı, 4.6 karatlı, çəkisi 30 qramlı dəyəri 3900 manat olan qarnitur (kolye, bilərzik, üzük, sırğa) və bir ədəd Rusiya istehsalı briliyant qaşlı, 583 əyarlı 0.18 karatlı çəkisi 4.2 qaramlı dəyəri 400 manat olan köhnə ulduz formalı qızıl üzükdən ibarət qızıl-zinət əşyaları naturada, həmin əşyalar mövcud olmadıqda isə dəyəri alınıb iddiaçıya verilməlidir. İddia təmin edildiyindən iş üzrə ödənilmiş 13 (on üç) manat dövlət rüsumu, 50 (əlli) manat mediasiya xərci və 80 (səksən) manat qızıl-zinət əşyalarının qiymətləndirilməsinə dair xərc cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada bir ədəd brilyant qaşlı, sallama formalı ağ qızıldan 750 əyarlı, 4.6 karatlı, çəkisi 30 qramlı dəyəri 3900 manat olan qarnitur (kolye, bilərzik, üzük, sırğa) və bir ədəd Rusiya istehsalı briliyant qaşlı, 583 əyarlı 0.18 karatlı çəkisi 4.2 qaramlı dəyəri 400 manat olan köhnə ulduz formalı qızıl üzükdən ibarət qızıl-zinət əşyaları naturada, həmin əşyalar mövcud olmadıqda isə dəyəri alınaraq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 13 (on üç) manat dövlət rüsumu, 50 (əlli) manat mediasiya xərci və 80 (səksən) manat qızıl-zinət əşyalarının qiymətləndirilməsinə dair xərc tutularaq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qiyabi qətnaməni aldıqları vaxtdan etibarən 10 (on) gün ərzində onun ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edə bilərlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar