Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1485/2024 30.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 30 oktyabr 1987-ci il tarixdə doğulmuş qızı X4 30 aprel 1988-ci il tarixdə Şəmkir rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. X3 ilə birgə nikahlarından X9, X10, X13, X11 və X6 adlı uşaqları doğulmuşdur. X2 30 aprel 1988-ci ildə vəfat etmiş və Şəmkir rayonunda yerləşən Sərxan qəbiristanlığında dəfn edilmişdir. Qızı vəfat edərkən 6 aylıq olmuşdur. Ona görə də o azyaşlı olduğundan dəfn olunarkən qəbir daşı şəkili qoyulmamışdır. Qızı Adilə vəfat etdikdən sonra o qanunu bilmədiyinə görə onun ölümü ilə əlaqədar müvafiq orqanlara müraciət etməmiş və ona ölüm haqqında şəhadətnamə almamışdır. Hazırda əri Valeh Həsənov vəfat etmişdir. O ərindən qalan miras əmlakı qəbul etmək üçün müraciət etdikdə, ondan qızının ölüm sənədini tələb etdilər. Lakin o ölüm haqqında şəhadətnamə almadığı üçün təqdim edə bilməmişdir. Bununla bağlı müvafiq orqanlara müraciət etmiş olsa da, qızı Adiləyə ölüm haqqında şəhadətnamə almadığı üçün tələbindən imtina edilmişdir. Şəmkir rayon Mərkəzi Xəstəxanasına da bununla bağlı müraciət etmişdir. Lakin, sənədlərin müddət bitdiyi üçün məhv edildiyindən ona hər hansı məlumat verilməsi mümkün olmamışdır. Bu məqsədlə Maraqlı şəxsnə müraciət etsə də, həmin orqan mərhum bacısının ölüm qeydinin bərpa edilməsindən imtina etmiş və məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mərhum övladının ölüm faktını başqa qaydada əldə edə bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən 30 oktyabr 1987-ci il tarixdə doğulmuş qızı X4 30 aprel 1988-ci il tarixdə Şəmkir rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, Ərizəçi ilə qonşuluqda yaşayır, Ərizəçi Valeh Həsənovla nikahda olmuş, onların birgə nikahından 5 övladları doğulmuşdu. Onlardan biri X13 1987-ci doğulmuşdur. Lakin xəstə olmuşdur və 6 ayında vəfat etmişdir. İş materiallında olan Maraqlı şəxs 27 fevral 2024-cü il tarixli, 517 nömrəli arayışından görünür ki, X13 30 oktyabr 1987-ci il tarixdə Şəmkir rayonunda doğulmuşdur. Atası- X12, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 2/40/2024 nömrəli “Şəmkir Rayon Mərkəzi Xəstəxanasının” Publik Hüquqi şəxs tərəfindən verilmiş məktubundan görünür ki, Şəmkir rayon Mərkəzi Xəstəxanasının 4-K nömrəli əmrinə əsasən Ərizəçi tələb etdiyi sənədlərin müddəti bitdiyi üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasını arxivdə saxlanılmadı. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-490 nömrəli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları “X1 Sistemi üzrə yoxlama aparılmış X4 ölümü barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X13 ərizəçinin doğma qızıdır. X13 30 oktyabr 1987-ci ildə ərizəçi ilə X5 nikahından doğulmuşdur. 30 aprel 1988-ci il tarixdə Şəmkir rayonda ölmüş, Şəmkir rayonunda dəfn olunmuşdur. Bu fakt şahidlərin bir-biri ilə və ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri ilə təsdiq olunur. Ölüm qəfil baş verdiyi üçün ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni almamış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində aparılması mümkün olmamışdır. X4 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə mərhum ərindən qalan mirasın vərəsələr tərəfindən qəbul edilməsi üçün lazımdır. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli və X4 30 aprel 1988-ci il tarixdə Şəmkir rayonunda ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 30 oktyabr 1987-ci il tarixdə Şəmkir rayonunda doğulmuş X4 30 aprel 1988-ci il tarixdə Şəmkir rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1485/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1485/2024
30.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver