Məhkəmə qərarları › İş №2(076)-1489/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1489/2023

07.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1489/2023 07.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 18 aprel 1962-ci il tarixdə doğulmuş əri X4 27 noyabr 1998-ci il tarixdə Ukrayna Respublikasının Odessa şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, əri X6 18 aprel 1962-ci il tarixdə Şəmkir rayonu Engelskənd kəndində anadan olmuşdur. X16 xx.xx.1998-ci il tarixdə Ukrayna Respublikasının Odessa şəhərində vəfat etmişdir. Ancaq ərinin vəfatı müvafiq icra hakimiyyəti orqanı olan Şəmkir rayonu Qeydiyyat Şöbəsində qeydiyyata alınmamış və ona ölümü haqqında şəhadətnamə verilməmişdir. Ona görə mərhum X14 vərəsəlik hüququndan istiadə edə bilməmişdir. X14 ölümünün rəsmi qeydə alınması, ölümü haqqında şəhadətnamə verilməsi üçün mŞəmkir Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, ancaq onun ölümü ilə bağlı ölüm haqqında şəhadətnaməni müvafiq icra hakimiyyəti orqanından əldə edə bilməmişdir. Məhkəmə iclasında Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək və ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, 18 aprel 1962-ci il tarixdə doğulmuş əri X4 27 noyabr 1998-ci il tarixdə Ukrayna Respublikasının Odessa şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Şəmkir Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin, Şöbənin rəisi ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılıb qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirdi ki, Ərizəçi onun qardaşı yoldaşıdır. Qardaşı X2 Respublikasının Odessa şəhərində uzun müddət yaşamış, 27 noyabr 1998-ci il tarixdə Ukrayna Respublikasının Odessa şəhərində vəfat etmişdir. Qardaşı vəfat edərkən ölüm haqqında şəhadətnaməsinin əldə edilməsi üçün müvafiq sənədi Ukrayna Respublikasının Odessa şəhərindən əldə edə bilməmişlər. Bu səbəbdən də Şəmkir Rayon Qeydiyyat Şöbəsinə təqdim edə bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 şahid X7 ifadəsinə uyğun ifadə verərək X4 1998-ci ildə Ukrayna Respublikasının Odessa şəhərində vəfat etməsini bildirmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi əri X4 27 noyabr 1998-ci il tarixdə Ukrayna Respublikasının Odessa şəhərində ölməsi faktı müəyyən edilməlidir. İş materiallarına əlavə edilmiş Şəmkir rayon Qeydiyyat şöbəsinin 01 mart 2023-cü il tarixli, 051Q-74 nömrəli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları “X1 Sistemi üzrə yoxlama aparılmış X4 ölümü barədə məlumat aşkar olunmamışdır. Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən 05 may 1962-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X6 18 aprel 1962-ci il tarixdə Şəmkir rayonunda doğulmuşdur. V-ЖГ № 497061 nömrəli 16 noyabr 1992-ci il tarixli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 ilə X8 16 noyabr 1992-ci il tarixdə Şəmkir Rayonu Engelskənd kəndi İcra Nümayəndəliyi İnzibati Ərazi Dairəsində nikaha daxil olmuş, bu barədə 9 nömrə ilə qeydiyyat aparılmışdır. Nikaha daxil olduqdan sonra ərə Ələkbərov, arvada Ələkbərova soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X6 ərizəçinin əridir. X6 18 aprel 1962-ci ildə Şəmkir rayonunda doğulmuşdur. 27 noyabr 1998-ci il tarixdə Ukrayna Respublikasının Odessa şəhərində ölmüş, Şəmkir rayonunda dəfn olunmuşdur. Bu fakt şahidlərin bir-biri ilə və ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri ilə, eyni zamanda işdə olan fotoşəkillərlə təsdiq olunur. Ölüm qəfil baş verdiyi üçün ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni almamış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində aparılması mümkün olmamışdır. Fəxrədin Ələkbərovun ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə mərhum ərindən qalan mirasın vərəsələr tərəfindən qəbul edilməsi üçün lazımdır. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli və X5 27 noyabr 1998-ci il tarixdə Ukrayna Respublikasının Odessa şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. 18 aprel 1962-ci il tarixdə Şəmkir rayonunda doğulmuş X4 27 noyabr 1998-ci il tarixdə Ukrayna Respublikasının Odessa şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar