Məhkəmə qərarları › İş №2(076)-1557/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1557/2023

18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1557/2023 18.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı MMC-in Cavabdeh qarşı “pul” tələbinə dair sadələşmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı MMC Cavabdeh qarşı sadələşmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2021-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 461.9 manat əsas, 69.2 manat cərimə cəmi 531.1 manat borc; xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 192.9 manat əsas, 28.9 manat cərimə, cəmi 221.8 manat borc; xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 111.9 manat əsas, 16.7 manat cərimə, cəmi 128.6 manat borc; xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 298.9 manat əsas, 44.8 manat cərimə, cəmi 343.7 manat borc, ümumilikdə dörd müqavilə üzrə 1065.6 manat əsas, 159.6 manat cərimə, cəmi 1225.2 manat borcun və 32.25 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh Oloddin qızı arasında bağlanmış müddətli (nisyə) alqı-satqı müqaviləsi (müqavilələri) barədə məlumat: Müqavilənin nömrəsi və tarixi: xx.xx.2021-ci il tarixli № ********* saylı müqavilə məbləği 929.90 manat, müqavilənin aylıq ödənişi 52,00 manat müddəti 18 ay, müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): "Ariston" markalı soyuducu. Son ödəniş məbləği və tarixi: 11,50 manat xx.xx.2023. Cavabdehnun müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 461,90 manat gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 692,00 manat. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90%.Cavabdeh tərəfindən ödənilməli cərimə: 69,20 manat. Tutulmalı olan cəmi məbləğ: 531,10 manat. Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № ********* saylı, müqavilə məbləği 399,90 manat, müqavilənin aylıq ödənişi 23 manat, müddəti 18 ay, müqavilə üzrə cavabdeh tərəfindən əldə edilən məhsul “Panasonic" markalı tozsoran və ütü masası. Son ödəniş məbləği və tarixi: 23 manat xx.xx.2022. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: ödənilməmiş əsas borc məbləği 192,90 manat gecikdirilmiş günlərə görə hesablanan 289,00 manat, nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90%. Cavabdeh tərəfindən ödənilməli cərimə: 28.90 manat, tutulmalı olan cəmi məbləğ: 221.80 manat. Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № ********* saylı. Müqavilə məbləği: 219,90 manat müqavilənin aylıq ödənişi, müddəti: 12,00 manat 18 ay, müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): “Tefal" markalı ütü. Son ödəniş məbləği və tarixi: 12,00 manat xx.xx.2022. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 111,90 manat. Gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği 167,00 manat Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90% cavabdeh tərəfindən ödənilməli cərimə: 16,70 manat. Tutulmalı olan cəmi məbləğ: 128,60 manat. Müqavilənin nömrəsi və tarixi: xx.xx.2022-ci il tarixli № ********* saylı müqavilə məbləği: 418,90 manat müqavilənin aylıq ödənişi, müddəti: 24,00 manat 18 ay müqavilə üzrə cavabdeh tərəfində əldə edilən məhsul(lar): "Zimmer" markalı qaz sobası. Son ödəniş məbləği və tarixi: 24,00 manat xx.xx.2022. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında yaranmış borc öhdəliyi barədə məlumat: Ödənilməmiş əsas borc məbləği: 298,90 manat. Gecikdirilmiş günlərə görə hesablanan 448,00 manat. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilon borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə məbləğinə tətbiq edilmiş güzəşt: 90%. Cavabdeh tərəfindən ödənilməli cərimə: 44,80 manat. Tutulmalı olan cəmi məbləğ: 343,70 manat. İstinad edilən hüquq norması: Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələri: MM 600.1; MM 600.4; MM 600.5; MM 443; MM 445; MM 447; MM 448. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələri: MPM 284-1; 284-2. İddia tələbi əsaslandırılır: Müddətli (nisyə) alqı-satqı müqaviləsi. Müddətli (nisyə) alğı-satqı müqaviləsinin 1 (bir) saylı Əlavəsi, ödəniş cədvəli, müştəri müraciəti üzrə ərizə-anket və maliyyə arayışı iddia tələbinin əsasıslığı məqsədi ilə sübut kimi təqdim edilir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı "Ariston" markalı soyuducuya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 52 manat olmaqla cəmi 929.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə sadə yazılı formada tərtib edilmiş və müqavilə iştirakçıları tərəfindən imzalanmışdır. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Panasonic" markalı tozsoran və ütü masasına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 23 manat olmaqla cəmi 399,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə sadə yazılı formada tərtib edilmiş və müqavilə iştirakçıları tərəfindən imzalanmışdır. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Tefal" markalı ütüyə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 12 manat olmaqla cəmi 219,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə sadə yazılı formada tərtib edilmiş və müqavilə iştirakçıları tərəfindən imzalanmışdır. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı "Zimmer" markalı qaz sobasına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 24 manat olmaqla cəmi 418,90 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə sadə yazılı formada tərtib edilmiş və müqavilə iştirakçıları tərəfindən imzalanmışdır. Tərəflər arasında tərtib xx.xx.2021-ci il tarixli № ********* saylı, xx.xx.2022-ci il tarixli № ********* saylı, xx.xx.2022-ci il tarixli № ********* saylı və xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə və onun əlavəsinə əsasən gecikdirilən aylıq borc məbləğinə cərimə kimi “Alıcı” tərəfindən “Satıcı” firmaya bütün xərclər eləcə də hər gün üçün 1 (bir) faiz cərimə ödənilməlidir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. İşin materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh "Ariston" markalı soyuducuya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 52 manat olmaqla, sonuncu ay isə 46 manat olmaqla cəmi 930 manat pulu İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İşin materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh “Panasonic" markalı tozsorana görə 18 ay ödəniş cədvəli üzrə hər ay 23 manat olmaqla, sonuncu ay isə 8.98 manat olmaqla cəmi 399,98 manat pulu İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İşin materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh “Tefal" markalı ütüyə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 12 manat olmaqla, sonuncu ay isə 15 manat olmaqla cəmi 219.99 manat pulu İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İşin materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh "Zimmer" markalı qaz sobasına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 24 manat olmaqla, sonuncu ay isə 10.99 manat olmaqla cəmi 418,99 manat pulu İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İşin materiallarına əlavə olunmuş, xx.xx.2023-ci il tarixli İddiaçı MMC tərəfindən Şəmkir Rayon Məhkəməsinə təqdim olunmuş Cavabdeh maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2021-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 461.9 manat əsas, 69.2 manat cərimə cəmi 531.1 manat borc, 18.01,2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 192.9 manat əsas, 28.9 manat cərimə, cəmi 221.8 manat borc, xx.xx.2022-ci il tarixli № ********* saylı Miiddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 111.9 manat əsas, 16.7 manat cərimə, cəmi 128.6 manat borc. xx.xx.2022-ci il tarixli № ********* saylı Müddətli(Nisyə) alqı-satqı müqaviləsi üzrə 298.9 manat əsas, 44.8 manat cərimə, cəmi 343.7 manat borc, ümumilikdə dörd müqavilə üzrə 1065.6 manat əsas, 159.6 manat cərimə, cəmi 1225.2 manat məbləğində İddiaçı MMC-yə borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi və iddia ərizəsi-ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh İddiaçı MMC ilə aralarında bağlanımış (Nisyə) alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun ümumilikdə dörd müqavilə üzrə 1065.6 manat əsas borcuna 159.6 manat cərimə borcu hesablanmışdır. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2021-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 461.9 manat əsas, 69.2 manat cərimə borcu; xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 192.9 manat əsas, 28.9 manat cərimə borcu; xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 111.9 manat əsas, 16.7 manat cərimə borcu; xx.xx.2022-ci il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 298.9 manat əsas, 44.8 manat cərimə borcu olmaqla ümumilikdə dörd müqavilə üzrə 1065.6 manat əsas, 159.6 manat cərimə borcu olmaqla, cəmi 1225.2 manat borc məbləği tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 32.25 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh ümumilikdə dörd müqavilə üzrə 1065.6 manat əsas, 159.6 manat cərimə borcu olmaqla cəmi 1225.2 (bir min iki yüz iyirmi beş manat iyirmi qəpik) manat borc məbləği və məhkəmə xərci qismində 32.25 (otuz iki manat iyirmi beş qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-in hesabına ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar