Məhkəmə qərarları › İş №2(076)-1563/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1563/2025

20.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1563/2025 20.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh2, Üçüncü şəxs X9 iştirakları ilə, İddiaçı və üçüncü şəxs X9 cavabdehlər Cavabdeh1na, Cavabdeh2 və Cavabdeh3 qarşı qanun üzrə vərəsəlik hüququnun haqqında şəhdətnamənin ləğvi, miras əmlakın əvvəlki vəziyyətə qaytarılması və miras əmlaka qanun üzrə vərəsəliyin tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh2 və Cavabdeh3 qarşı qanun üzrə vərəsəlik hüququnun haqqında şəhdətnamənin ləğvi, miras əmlakın əvvəlki vəziyyətə qaytarılması və miras əmlaka qanun üzrə vərəsəliyin tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixdə verilən 2V-1239 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, miras əmlakın əvvəlki vəziyyətə qaytarılması, payların yenidən müəyyən edilməsi və onun miras payına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyini Cavabdeh1 üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X4 ilə anası Cavabdeh2 xx.xx.1951-ci il tarixdə nikaha daxil olmuşdurlar və o, İddiaçı xx.xx.1952-ci il tarixdə Şəmkir şəhərində anadan olmuşdur. Mərhum X4 xx.xx.1985-ci il tarixdə Şəmkir şəhərində vəfat etmişdir. Məlumat üçün qeyd etmək istəyir ki, 1976-cı ildən Şəmkir rayon Kür qəsəbəsində müəllim olaraq çalışmış və atası vəfat edəndən bəri anasına ata yurdunda o baxır və atasından qalan mirasa o vaxtdan faktiki sahiblik edir. Həmçinin hal-hazırda da rəsmi olaraq ata evində qeydiyyatdadır. Qardaşı Cavabdeh3 xx.xx.1958-ci il tarixdə anadan olmuşdur, Rusiya Federasiyası vətəndaşıdır və uzun illərdir ki, orada yaşayır və atası öləndən bəri heç zaman anasıla maraqlanmamışdır. O, xx.xx.2023-cü il tarixdə Azərbaycana, Şəmkirə gələndən sonra aralarında mübahisələr başlamışdır. Belə ki, o, anasına və ona təzyiq göstərərək ata yurdundan çıxmaqlarını və buranı satacağını bildirmişdir. O isə öz növbəsində əlilliyi olan şəxs olduğunu və gedəcək yerinin olmadığını və ata yurdunda qalmaq istədiyini bildirsə də, o, buna məhəl qoymadan xx.xx.2023-cü il tarixdə ona xəsarət yetirdi və o ekspert rəyi əsasında Şəmkir Rayon Polis İdarəsinə şikayət etdi. Bu hadisələrin gedişində qardaşı Cavabdeh3 gizli şəkildə və heç bir məlumat vermədən xx.xx.2023-cü il tarixdə 8İ-11116 reyestr nömrəli ərizə verərək, o öz adından və etibarından sui-istifadə etdiyi anası Cavabdeh2 adından Şəmkir rayon 1 saylı Notariat Ofisinə müraciət edərək, xx.xx.1985-ci ild tarixdə vəfal etmiş mərhum atası, X10 qalan miras əmlaka dair vərəsəlik işi açılmasını xahiş etmişdir. Məhz elə həmin gün 473 saylı vərəsəlik işi açılmış və (xx.xx.2023-cü il) 6 ay müddət gözlənilmədən və ata yurdunda yaşaya-yaşaya digər vərəsələr (bundan başqa bacı X22 (FİN: 386BMT1, AA1391426) çağırılmadan gizli şəkildə qardaşı Cavabdeh3 2V-1239 saylı reyestr nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Bu əsasla xx.xx.1985-ci il tarixdə vəfat etmiş mərhum X4nun vərəsələri kimi Cavabdeh2 və Cavabdeh3 atasından miras qalmış ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin (reyestr nömrəsi: **********77) onlara çatası hissədən 1/2 hissədə pay almışdırlar. Elə o gündə də bütün paylar planlı şəkildə qardaşı Cavabdeh3 tərəfindən (anasının ona başqa məqsədlə verdiyi etibanamədən də istifadə edilməklə) qızı X15 bağışlanılma edilmişdir. Bu qanunsuz əməllərdən xəbər tutduqdan dərhal sonra məhkəməyə müraciət edilmişdir. Belə ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-222/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinə uyğun olaraq Şəmkir Rayon 1 saylı Notariat Ofisində bağlanmış xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsi və onun əsasında verilən xx.xx.2023-cü il tarixli **********7710301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilmişdir. Odur ki, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixdə verilən 2V-1239 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və onun miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa, X22 məhkəməyə ərizə göndərirək,iş üzrə iddiaçı tərəfdən çıxış etməsi və hüquqlarına təsir edə biləcək məhkəmə qərarı onlar üçün müəyyən hüquq və vəzifələr yarada bilər, odur ki, üçünçü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. İddiaçı ərizəyə etiraz etməmiş və X9 üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə X9 üçüncü şəxs qismində tanınması barədə qərardad qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. X26 onun atası, Cavabdeh2 isə onun anasıdır. Əlavə olaraq qeyd etdi ki, mübahisəli torpaqda yerləşən fərdi yaşayı evi atasının mülkiyyətində olmuşdur. O, xx.xx.1976-cı ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirdikdən sonra mərhum X4nun təkidi ilə Şəmkir rayonunda müəllimlik fəaliyyətinə başlamışdır.X4 1985-ci ildə ölmüşdür. O, həmin evdə doğulmudur, atası rəhmətə getməmişdən əvvəl, o, ərə getmişdir, ər evi Ağstafa rayonunda olmuş, orada yaşamağa başlamışdır, daha sonra ərinin və özünün işi ilə bağlı Şəmkir rayonu Kür qəsəbəsində yaşamağa başlamışlar, uşaqları orada anadan olmuş və boya başa çatmışlar .Belə ki, xx.xx.1976-cı ildə nikahı Şəmkir rayon qeydiyyat şöbəsində bağlanmışdır, xx.xx.1976-cı ildə toyu Şəmkir rayonunda baş tutmuşdur, xx.xx.1977-ci il tarixdə oğlu X2 rayonunda dünyaya göz açmışdır. Atası öldüyü zaman o Ağstafa rayonunda gəlin köçdüyü evdə yaşamışdır. Həmin zaman mirasın qəbulu ilə notariusa müraciət etməmişdir. Ağstafadan olan keçmiş əri X14 Ağstafada ata yurdu olmuşdur. Heç bir zaman əri ilə birlikdə ünvan 2 ünvanında yaşamamışdır. xx.xx.1985-ci ildə atası vəfat edəndən sonra da əri ilə birgə Şəmkir rayonu Kür qəsəbəsində işləmiş və orada yaşamışdır. Daha sonra ailəvi problemlərlə əlaqədar keçmiş əri ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.1988-ci il tarixli qətnaməsi ilə boşanmışlar. Bütün bu qeyd edilənlər bir daha göstərir ki, o ata yurdunda yaşamış və ora onun evi olmuşdur. Hazırda mübahisəli evdə anası ilə birgə yaşayır, anasının heçkimi yoxdur, hazırda anasının qeydinə o qalır, qardaşı X32 Federasiyasındadır. Qardaşı Cavabdeh3 onlardan gizli vərəsəlik şəhadətnaməsi alaraq mübahisəli torpaq sahəsini öz adına rəsmiləşdirmişdir, notariusa digər vərəsələr barədə xəbər verməmiş və bununla da saxtakarlıq edərək atasının vərəsəsi kimi övladlarından yeganə olaraq özünü tanıtdırmışdır. Məhkəmə iclasında üçüncü şəxs X22 izahatında göstərdi ki, İddiaçı onun bacısı, Şövkər Qədimova anası, Cavabdeh3 isə qardaşıdır. X26 onların atası olmuşdur. o halhazırda Bakı şəhərində evladları ilə birgə yaşayır. Cavabdeh3 onların anasının etibarından sui-istifadə edərək və onun heç bir xəbəri və məlumatı olmadan adından qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və evi öz adına keçirmişdir. Cavabdeh3 fərdi yaşayış evini satmaq istəyir. Buna görə də iddiaçı və o vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsini və onların paylarının müəyyən olunmasını istəyirlər. O ailəlidir, uşaqları və əri Bakıda yaşayırlar. O, Bakıda peşə məktəbində işləmişdir. Atası xx.xx.1985-ci ildə rəhmətə gedən zaman o Bakı şəhərində yaşamışdır, belə ki, atasının ölümündən əvvəl ailə qurub ərə getmişdir, ər evi Bakı şəhərində olduğundan, ərə gedəndən sonra Bakı şəhərində yaşamağa başlamışdır, özü orada rəsmi işləmişdir, uşaqları da Bakı şəhərində anadan olmuşdur, orada böyüyüb başa çatmışlar, hazırda övladları Bakı şəhərində onunla birlikdə yaşayırlar. Ara-bir Şəmkirə anasının qanına baş çəkməyə gəlir. Hesab edir ki, mərhum atası Səlim Qədimovun vərəsəsədir və atasında miras qalan ünvan 3 ünvanında yerləşən torpaq sahəsindən atasına məxsus paydan ona qanun ilə çatacaq payı almalıdır. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, mərhum X26 onun həyat yoldaşı olmuşdur 1985-ci ildə ölmüşdür. Validə, Nabat və Nazim onun övladlarıdır. Qızlarından biri əri ilə boşanandan bəri onunla yaşayır və onun qeydinə qalır. Qızları Validə və Nabat mərhum əri Səlim Qədimov ölməmişdən əvvəl ailə həyatı qurmuşlar və ər evlərinə köçmüşlər, əri Səlim Qədimov 1985-ci ildə vəfat etmişdir. Həmin tarixlərdə onlar notariusa müraciət etməmişlər. 4 övladları olmuş, oğlanları Rusiya Federasiyasına əsgərliyə getdikdən sonra Azərbaycanda daimi yaşamamışlar, ona hər zaman iki qızı İddiaçı və Nabat Babayeva baxmışdır. Bunlar baş verən əsnada oğlu Cavabdeh3 09 iyun 2023-cü il tarixdə ona tamamilə başqa məqsədlə verdiyi etibarnamə əsasında onun adından Şəmkir rayon 1 saylı Notariat Ofisinə ərizə ilə müraciət etmiş və elə həmin gün əri Qədimov Səlimdən qalan miras əmlaka dair xx.xx.2023-cü il tarixli, 2V-1239 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Elə yenə həmin gündə etibarından sui-istifadə edərək bütün payları qızı Əminə Qədimovaya bağışlamışdır. Qeyd etmək istəyir ki, bütün bunlar onun xəbəri olmadan, planlı və gizli şəkildə həyata keçirilmişdir. Qeyd edilən qanun vərəsəlik hüququ haqqında şəhadətnamənin alınmasından və payların bölünməsindən və bağışlanmasından heç bir məlumatı və xəbəri olmamışdır. Hər şey aşkara çıxdıqdan sonra o Şəmkir Rayon Məhkəməsinə iddia əriazəsi ilə müraciət etmiş və 2(076)-222/2025 nörməli iş üzrə xx.xx.2025-ci il tarixdə çıxarılan qətnamə ilə payların bağışlanması etibarsız hesab edilmişdir. Hazırda qızları İddiaçı və X9 iddialarına heç bir etirazı yoxdur, hesab edir ki, qızları atalarının vərəsələri olduğundan onlarada mübahisəli torpaq sahəsindən qanun üzrə pay düşür. Məhkəmə iclasında iddiaçı tərəfdən şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, iddiaçı onun qohumu və qonşusudur. O, 1985-ci ildə Elpərəst Hüseynov küçəsinə gəlin köçmüşdür. O gəlin köçdüyü zaman mübahisəli fərdi yaşayış evində Şövkət və Səlim yaşayırdı. Qızları Nabat və Validə isə ərə getmişdilər. X26 1985-ci ildə vəfat etmişdir. Sonra orada Cavabdeh2 yaşamışdır. Qızları ara bir gəlib Şövkətlə birgə qalırdılar. Şövkətin oğlanları isə daimi olaraq Rusiya Federasiyasında yaşamışdır. X25 Bakıya ərə getmiş, lakin Validə isə ərindən boşanandan sonra mübahisəli evdə yaşamışdır. Validə müəllimədir və Ağstafada işləyirdi. Məhkəmə iclasında iddiaçı tərəfdən şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, iddiaçı ilə qonşudurlar. Mübahisəli evdə X26 və Cavabdeh2 ilə birlikdə yaşamışlardır. X26 1985-ci ildə vəfat etmişdir. Sonra həmin evdə Cavabdeh2 yaşamışdır. Onların 5 nəfər uşağı olmuş, onlardan 2 nəfər ölmüşdür. Qızları Nabat ailə qurana kimi orada yaşamış, lakin nikaha daxil olduqdan sonra Bakı şəhərinə köçmüşdür. Daha sonra isə ataları rəhmətə getmişdir. Nabat arada mübahisəli evə gəli-gedir. Validə isə atası rəhmətə getməmişdən qabaq ailə qurmuş, lakin sonra boşanmışdır. Validənin yoldaşı Ağstafadan idi, lakin onlar QES-də( Kür qəsəbəsində) yaşamışlar və işləmişlərdir. Validə ailəsi ilə birlikdə Kür qəsəbəsində 10-12 il yaşamışlar, Nabat isə ərə gedəndən bəri Bakı şəhərində yaşamışdır. Cavabdehlər Cavabdeh1na və Cavabdeh3 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1952-ci il tarixdə doğulmuşdur. X1r, anası Cavabdeh2dır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1958-ci il tarixdə doğulmuşdur. X1r, anası Cavabdeh2dır. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X26 ilə X23 arasında xx.xx.1951-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Qədimov, aravada Qədimova soyadı verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.1985-ci il tarixdə ölmüşdür. İşdə olan İddiaçı tərəfindən notarial qaydada verilmiş ərizənin surətindən görünür ki, mərhum X4 xx.xx.1985-ci il tarixdə vəfat etmişdir. Ondan qalan miras miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. İşdə olan Cavabdeh3 tərəfindən notarial qaydada verilmiş ərizənin surətindən görünür ki, mərhum X4 xx.xx.1985-ci il tarixdə vəfat etmişdir. Ondan qalan miras miras əmlaka dair vərəsəlik işi açılmasını və ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. İşdə olan Şəmkir Rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, mərhum xx.xx.1985-ci il tarixdə vəfat etmiş X10 miras qalmış əmlaka dair ünvan 5 ünvanında yaşayanlar X11 və Rusiya Federasiyası vətəndaşı Cavabdeh3 ərizəsi əsasında xx.xx.2023-cü il tarixdə 473 saylı vərəsəlik işi açılmış mərhumun vərəsəsinə 2V- 1239 saylı reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik huququ haqqında şəhadətnamə verilmişdir. Onun vərəsə olması və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1246-cı maddələri qaydasında miras əmlakın tərəfinizdən qəbulu barədə sübutlar təqdim olunmaması səbəbindən mərhum Səlim Qədimovun vərəsəsi kimi tanınmamışdır. Bu səbəbdən ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi qeyri-mümkündür. Odur ki, mərhum X10 miras qalmış əmlaka dair Şəmkir rayon 1 saylı dövlət notanat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2V- 1239 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi barədə məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********77 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Şəmkir şəhəri Yeni qaydalarla: Az 5705, ünvan 6 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi Cavabdeh3, X7, X8, X12, X6, Cavabdeh2, X13 ümumi birgə mülkiyyətindədir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-222/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, Şəmkir şəhəri ev-189 (Yeni qaydalarla: AZ 5705, ünvan 7 ünvanda yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin Cavabdeh3, Cavabdeh2, X20, X21 və X18 tərəfindən X15 bağışlanmasına dair Şəmkir rayon 1 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsi iddiaçı Cavabdeh2 aid hissədə etibarsız hesab edilməsi və həmin bağışlama müqaviləsi əsasında X12 adına verilmiş xx.xx.2023-cü il tarixli **********77-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilməsi qət edilmişdir. İşdə olan Şəmkir rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-1239 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Şəmkir şəhəri Yeni qaydalarla: AZ 5705, ünvan 7 ünvanda yerləşən 0.12 ha olan torpaq sahəsinə dair Cavabdeh2 və Cavabdeh3 adına Qanun üzrə vərəsəlik hüququ haqda şəhadətnamə verilmişdir. İşdə olan nikahın pozulması haqqında arayışın surətindən görünür ki, İddiaçı ilə X28 arasında olan nikah Şəmkir Rayon Məhkəməsinin xx.xx.1988-ci il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.1988-ci ildə 23 saylı akt qeydi ilə qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli əmlak – Yeni Qaydalarla, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsi İddiaçının X4na və digər şəxslərə ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olmuşdur. Mülkiyyətçi X26 14 may 1985-ci ildə ölmüşdür. X26 oğlu iddiaçı və üçüncü şəxsin atası, cavabdehlər Cavabdeh2 isə sonuncuların anası, digər Cavabdeh3 iddiaçının qardaşıdır. X10 miras qalmış əmlak, yəni Şəmkir şəhəri, Yeni Qaydalarla: AZ 5705, ünvan 9 ünvanında yerləşən 0, 12 ha olan torpaq sahəsinin ona düşən hissəsi xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında səhadətnamə əsasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 adına qeydiyyata alınaraq onlara bu barədə dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda iddiaçı həmin miras əmlakı faktiki qəbul etməyinin müəyyən edilməsi, mübahisəli əmlaka dair verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarın 3-cü bəndinə əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər arasında vərəsəlik hüquq münasibətləri iddiaçıya münasibətdə 1985-ci ildə yarandığından mübahisəyə 11 sentyabr 1964-cü il tarixli qanunla təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin normaları tətbiq edilməklə hüquqi qiymət verilməli, mübahisəyə 2000-ci il tarixdən sonra qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi və həmin Məcəllənin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarı tətbiq edilməməlidir. 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə əsasən isə vərəsəlik qanun üzrə və ya vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə həmin Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmık barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərərəlik açılan gündən 6 ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçan qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət 3 aydan az olduqda isə həmin müddət 3 aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 553-cü maddəsinə əsasən mirasın qəbul edilməsi üçün həmin Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir. Həmin Məcəllənin 554-cü maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır. Məhkəmə hesab edir ki, iddiaçı və üçüncü şəxs 1985-ci ildə atalarının ölümü ilə açılmış, miras əmlaka daxil olan torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi (faktiki və ya notariat orqanına müraciət etməklə) barədə məhkəməyə əsaslı şübhədənkənar mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Q şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” Vərəsəlik haqqında mülki qanunvericiliyin müddəalarına görə miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanılması üçün xərc çəkilməsi, vergi ödənilməsi və s. aid etmək olar. Nəzərə alınmalıdır ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə hesab edir ki, iddiaçı nə mirası faktiki olaraq qəbul etməsi, nə də miras açıldıqdan sonra notariat orqanına müraciət etməsinə dair məhkəməyə hər hansı mötəbər sübut (şahid ifadələri, həmin tarixə dair yaşayış yerindən arayış, notariat orqanına ünvanlanmış ərizə və s.) təqdim etmədiyindən iddia tələbi miras əmlakın iddiaçı tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tətqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı və üçüncü şəxs X22 atalarının ölümündən əvvəl el adəti ilə ailə həyatı quraraq mübahisəli evi tərk etmişlər, onlardan biri Şəmkir rayonu Kür qəsəbəsində, digəri isə Bakı şəhərində ailələri ilə birlikdə daimi yaşamağa başlamışlar. Atalarının ölümü ilə miras qalmış torpaqda yerləşən yaşayış evinə faktiki sahiblik etmək yönündə heç bir hərəkət icra etməmişlər. Əksinə məhkəmə iclasında dindirilən şahidlər və iddiaçı və üçüncü şəxs özləri bildirmişlər ki, miras açılan zaman İddiaçı və üçüncü şəxs X22 başqa ünvanda daimi işləmiş və yaşamışlar, mübahisəli torpaq sahəsində yerləşən fərdi evdə heç bir təsərrüfat aparmamışlar və ona sahib çıxmamışlar. Bununlada, iddiaçı mərhum atasından miras qalmış (1985-ci ildən xəbərdar olsa da) əmlakı qəbul etməyə yönələn hərəkətlər etməmiş və bununla da istər subyektiv vərəsəlik hüququnu, istərsə də mirasın cavabdeh tərəfindən qəbul faktını rəsmiləşdirən şəhadətnamənin etibarsızlığını mübahisələndirmək üçün nəzərdə tutulmuş bu hüququnu itirmişdir. Məhkəmə onu da qeyd edir ki, hazırki mübahisəyə tətbiq edilən 1964-cü il tarixli Mülki Məcəlləsinin tələblərinə görə həmin Məcəllə mirasdan imtina edilmədiyi halda, mirasın qəbul edilməsi prezumpsiyasını nəzərdə tutmurdu. Ümumiyyətlə, həmin Məcəllə mirası əldə etmək üçün yalnız mirasın qəbulu institutunu tanıyırdı, vərəsənin susmasını mirasın qəbul edilməsi prezumpsiyası kimi qəbul etmirdi. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh2 və Cavabdeh3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən mülki qanunvericiliyin tələblərinə əməl edilmişdir və həmin şəhadətnamənin etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı və üçüncü şəxs X9 cavabdehlər Cavabdeh2, Cavabdeh3 Şəmkir rayonu 1 saylı Notariat ofisinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onların miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində "Elektron məhkəmə”informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar