Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-1710/2023 05.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsininin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünü yoxlayaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Şəmkir rayon Məhkəməsinə müraciət edərək, mərhum atası X1 xx.xx.2005-ci il tarixdə Şəmkir rayonu Aşağı Seyfəli kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X2 onun atasıdır. O, 2005-ci ildə Şəmkir rayonu Aşağı – Seyfəli kəndində vəfat etmişdir. Həmin kənddə də dəfn olunmuşdur. Hazırda mərhum atasının ölüm haqqında şəhadətnaməsi yoxdur. Belə ki, həmin vaxt onun mərhum atasının tibbi sənədləri Şəmkir Rayon VVAQ-na təqdim edilməsi üçün ona verilməmişdir. O, bu barədə Maraqlı şəxsnə müraciət etmişdir. Lakin onun mərhum atasının ölüm haqqında müvafiq tibbi sənədləri ekspert rəyi və ya məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığı üçün həmin faktı müəyyən etmək mümmkün olmamışdır. Atasını ölüm haqqında şəhadətnaməsi olmadığı üçün dövlətdən atasına çatacaq dəfn xərclərinin ala bilməkdə çətinliklər çəkir. Çünki atasının ölüm haqqında şəhadətnaməsi olmadığı üçün problemlər yaşayır. Onların düzəlməsi üçün ondan atasının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Ölüm haqında şəhadətnamə olmadan başqa səndlərin alınması mümkün deyil. O da bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, Ərizəçi atası X2 xx.xx.2005-ci il tarixdə vəfat etmiş, ona “Ölüm haqqında tibbi şəhadətnamə” verilmişdir. (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X3 X4 Məntəqəsi tərəfindən verilən arayış) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmçinin, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 9.1-ci bəndində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Qeyd olunan qanunvericilik normalarını və Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyyələri nəzərə alaraq məhkəmə hesab edir ki, Ərizəçi mərhum atası X1 xx.xx.2005-ci il tarixdə Şəmkir rayonu Aşağı Seyfəli kəndində vəfat etməsi ilə əlaqədar “Ölüm haqqında tibbi şəhadətnamə” verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X3 X4 Məntəqəsi “Ölüm haqqında tibbi şəhadətnamə”-nin təkrar verilməsindən imtina edir. “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Hazırki hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi barədə ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1710/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-1710/2023
05.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver