Məhkəmə qərarları › İş №2(076)-1733/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1733/2023

16.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1733/2023 16.06.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Türkan Qulu qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Мüəyyənеtdi: Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1968-ci ildə anadan olmuş oğlu X4 xx.xx.2020-ci ildə RF-nın Moskva şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X5 onun doğma oğlu olmuşdur. Oğlu 10 iyun 1968-ci ildə Şəmkir rayonunda anadan olmuş, 01 oktyabr 2020-ci il tarixdə RF-nın Moskva şəhərində ürək tutmasından vəfat etmişdir. Mərhum oğlu Şəmkir şəhərində yerləşən “Morul” qəbiristanlığında dəfn edilmişdir. Lakin, onun ölümünün qeydiyyata alınması üçün müvafiq sənədlərlə vaxtında Maraqlı şəxsnə müraciət edilmədiyindən onlar tərəfindən lazimi sənədləşdirmə aparılmamışdır. Bununla bağlı mərhumun adına ölüm haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin, orada lazimi sənədlər təqdim edilmədiyindən mərhumun adına ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, xx.xx.1968-ci ildə anadan olmuş oğlu X4 xx.xx.2020-ci ildə RF-nın Moskva şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri, fotoşəkili və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi onun qonşusudur. Ərizəçinin oğlu Arif 2020-ci ilin oktyabr ayında Rusiyada vəfat etmiş və Azərbaycan Respublikasına gətirilərək Şəmkir şəhərində yerləşən “Morul” qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi onun qohumudur. Ərizəçinin oğlu Arif 2020-ci ilin oktyabr ayında vəfat etmiş. Onun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi onun qayınanasıdır. Ərizəçinin oğlu Arif 2020-ci ilin oktyabr ayında Rusiya Federasiyasında vəfat etmişdir. O, Şəmkir şəhərində yerləşən “Morul” qəbiristanlığında dəfn edilmişdir. İşdə olan xx.xx.1970-ci il tarixli, AZB 001108 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 xx.xx.1968-ci ildə doğulmuşdur, atası X1, X2r. İşdə olan X4 qəbir daşının fotoşəklindən görünür ki, X4 doğum tarixi xx.xx.1968-ci il, ölüm tarixi xx.xx.2020-ci il kimi qeyd edilmişdir. İşdə olan Maraqlı şəxs 07 aprel 2022-ci il tarixli 05/Q-1311 nömrəli məktubundan görünür ki, Maraqlı şəxs arxivində və “Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış X3 üzrə yoxlama aparılmış X4 ölümü barədə məlumat aşkar olunmamışdır. Ölüm haqqında həkimin tibbi şəhadətnaməsi və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi təqdim olunmadığından müraciətin təmin olunması mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8-ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İş materialları ilə müəyyən olunur ki, Maraqlı şəxs ərizəçinin mərhum oğlunun ölüm faktının müəyyən edilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, ərizəçinin tələbi haqlıdır və bu səbəbdən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 10 iyun 1968-ci ildə doğulmuş X4 01 oktyabr 2020-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HakimŞəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar