Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-1751/2025 29.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh İB-nin X10 İstismar İdarəsinə qarşı işdən çıxarılma əmrininin ləğv edilməsi, işə bərpa, məburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsini məhkəmənin hazırlıq iclasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-nin X10 İstismar İdarəsinə qarşı iddia qaldıraraq, onunla bağlanmış əmək müqaviləinin ləğv edilməsinə dair 10 fevral 2025-ci il tarixli, 14-2-2-13/3-1K- 14 nömrəli əmri ləğv edilməklə əvvəlki vəzifəsinə bərpa edilməyi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2006-cı il tarixdən xx.xx.2025-ci il tarixədək X10 istismar idarəsinin Şəmkir xidmət sahəsi üzrə Kargüzarlıq və inzibati təsərrüfat xidmətinin 8-ci dərəcəli texnik vəzifəsində işləmişdir. xx.xx.2025-ci il tarixdə X10 İstismar idarəsinin Şəmkir xidmət sahəsinə təhkim olunmuş "xxxx" MMC-nin sosial işçisi X6 üzrsüz səbəb göstərmədən işə saat 10:30 radələrində gec gələrək ona həvalə edilmiş işə davamiyyət kitabına imza etmək istədikdə o, Yeganə Əzimovaya işə davamiyyət tabelinə imza etməyə icazə vermədiyini və idarə rəisinin müavini Səbuhi Əliyevə işə gec gəlməsi barədə məlumat verməli olduğunu bildirmişdir. Bu zaman Yeganə Əzimova onu təhqir etməyə, nalayiq sözlər işlətməyə başlamış, aralarında söz mübahisəsi yaranmış, həmçinin əl-qol ataraq ona xəsarət yetirmişdir. Yeganə Əzimova onun barəsində Şəmkir RPŞ-nə şikayət etdikdən sonra o da Yeganə Əzimovanın ona xəsarət yetirməsi barədə Şəmkir RPŞnə ərizə ilə müraciət etmişdir. Həmçinin, Yeganə Əzimovanın özü, atası Namiq Rəsulov və əri X1 Regional Qaz istismar idarəsinin rəisi Taleh Şamradovun qəbulunda olaraq onun barəsində həqiqətə uyğun olmayan yalan məlumatlar vermiş və onun işdən çıxarılmağını tələb etmişlər. Bundan sonra Şəmkir RQİİ-nin idarə rəisinin müavini Səbuhi Əliyev ona gizli şəkildə onların onunla bağlı etdiyi şikayətə görə X10 istismar İdarəsində onun iştirakı ilə Həmkarlar Təşkilatının iclası olacağını və onların qərarı ilə onun günahsız olacağını bildirmişdir. Lakin, Səbuhi Əliyevin dediyi kimi olmadı. xx.xx.2025- ci il tarixdə X10 İstismar idarəsinin icraya X2 şöbə rəisi Xəlilova Sevinc ilyas qızı daxili telefon vasitəsilə onunla əlaqə yaradaraq ondan X10 İstismar İdarəsinin inzibati binasına işçilərin işə davamiyyət tabelinin gətirilməsini tələb etmişdir. Sevinc Xəlilovanın tələbinə əsasən o, X10 istismar İdarəsinə yaxınlaşmış, binaya daxil olar-olmaz Şəmkir RQİİ-nin Həmkar təşkilatının sədri Mansır Musayev onun əlinə bir kağız parçası uzadaraq “tez bununla tanış ol, imza at, mənə ver”demişdir. O oraya çatanda saat 16:00 olmuşdur. Sonradan ona məlum olmuşdur ki, kağız onunla bağlı Həmkarlar Təşkilatının iclasının qurulması barədə xəbərdarlıq imiş. Tabel adı ilə onu regiona çağırmışlar, lakin həmin gün saat 16:30 da Həmkarlar təşkilatı qurulmuş və həmin iclasda iştirak etmişdir. Mansır Musayevin ona həmin qərarda iş vaxtı iş ahəngini pozduğu üçün onu Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə guya əmək funksiyasını yerinə yetirmədiyinə görə onun işdən azad edildiyi bildirilmişdir. İşəgötürənin 10 fevral 2025ci il tarixli, 14-2-2-13/3-1K-14/2025 nömrəli əmri ilə işçi ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasən xitam verilmişdir. Əmrdə qeyd olunmuşdur ki, X10 istismarı İdarəsinin Şəmkir rayonu üzrə Kargüzarlıq və inzibati təsərrüfat xidmətinin texniki X3 xx.xx.2025-ci il tarixdən (son iş günü) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə asasən (işçi özünün əmək funksiyasını yerinə yetirmədikdə) xitam verilsin". Hesab edir ki, onun barəsində Cavabdeh İB X10 istismar İdarəsinin işdən çıxarılmasına dair 10 fevral 2025-ci il tarixli, 14-2-2- 13/3-1 K-14/2025 nömrəli əmri qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, işəgötürən onu işdən azad edərkən onun şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini nəzərə almamışdır. O, işlədiyi müddətdə daim nizam-intizama riayət etmiş, rəhbərliyin göstərişlərini yerinə yetirmişdir. Onun işdən azad olunmağı ailə vəziyyətimin daha da ağır vəziyyətə düşməyinə səbəb olur. Belə ki, onun himayəsində 4 azyaşlı övladı var, həyat yoldaşı heç yerdə işləmir, o, ailəyə yeganə qazanc gətirən şəxsdir. Ailənin dolanacaq xərclərini təmin etmək üçün Bankdan kredit belə götürmüşdür. Hazırda onun Banka 17358 manat məbləğində borcu vardır. Lakin, işəgötürən tərəfindən bunların heç bir nəzərə alınmamışdır. O, 2006-cı ildən xx.xx.2025-ci il tarixə kimi işlədiyi müddət ərzində əmək qanunvericiliyinin tələblərinə qəti şəkildə riayət etmişdir. Odur ki, onunla bağlanmış əmək müqaviləinin ləğv edilməsinə dair 10 fevral 2025-ci il tarixli, 14-2-2-13/3-1K-14 nömrəli əmri ləğv edilməklə əvvəlki vəzifəsinə bərpa edilməyi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki mülki iş ərazi aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmənin hazırlıq iclası zamanı İddiaçı mülki işin Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Cavabdehnə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, Cavabdeh ünvan 1 ünvanında yerləşir. Azərbaycan Respublikası MPM–in 35.1–ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2–ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1–ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 40.2–ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Həmin Məcəllənin 40.3–cü maddəsinə əsasən saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Həmin Məcəllənin 40.4–cü maddəsinə əsasən mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1-40.3-cü maddələrinin qaydaları tətbiq oluna bilməz. Həmin Məcəllənin 45.2–ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21–ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3–cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, hazırki mülki iş üzrə cavabdeh olan Cavabdeh ünvan 1 ünvanında yerləşir, bu səbəbdən hazırki mülki iş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 263, 264, 267 və 268– ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçı Cavabdehnə qarşı işdən çıxarılma əmrininin ləğv edilməsi, işə bərpa, məburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-1751/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-1751/2025
29.04.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver