Məhkəmə qərarları › İş №2(076)-1756/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1756/2025

20.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1756/2025 20.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X11 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, 1914–cü il təvəllüdlü anası X4 22 avqust 2022–ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin dəlillərini müdafiə edərək, əsasən ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, anası X9 1914–cü il tarixdə Gədəbəy rayonu, Daryurd kəndində doğulmuşdur. Lakin anası ürək çatışmamazlığından 22 avqust 2022–ci il tarixdə yaşadıqları Şəmkir rayonu, Çinarlı qəsəbəsində vəfat etmiş və qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Mərhum anasının ölümü müvafiq orqanlarda qeydiyyata alınmamış və ona ölüm haqqında şəhadətnamə verilməmişdir. Bu səbəbdən anasının ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Belə ki, o, bəzi sənədləşmə işləri aparmaq istəmiş, anasının ölümünə görə dəfn pulu almaq istəmiş, lakin anasının vəfatına dair ölüm haqqında şəhadətnamə təqdim edə bilmədiyindən buna nail ola bilməmişdir. Bu məqsədlə Maraqlı şəxsnə müraciət etsə də, həmin orqan mərhum anasının ölüm qeydinin bərpa edilməsindən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mərhum anasının ölüm faktını başqa qaydada əldə edə bilmir. Əlavə olaraq qeyd edir ki, anası 1914–cü il tarixdə doğulmuş, lakin qəbir daşının üzərinə onun doğum tarixini nəvələri səhvən 1916–cı il olaraq qeyd etdirmişlər. Odur ki, 1914–cü il təvəllüdlü anası X4 22 avqust 2022–ci il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Gədəbəy rayonunda qeydiyyatda olsa da, hazırda Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayır. Ərizəçi onun qonşusudur və yaxın münasibətləri vardır. Ərizəçinin mərhum anası Kübrə Əsgərova 22 avqust 2022–ci il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində ev şəraitində vəfat etmiş və qəsəbə qəbirstanlığında dəfn edilmişdir. O, özü də yas mərasimində yaxından iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Dəllər–Cəyir kəndində qeydiyyatda olsa da, Qədimqala kəndində müəllim işləyir və Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayır. Ərizəçini də yaxından tanıyır. Ərizəçinin mərhum anası Ərizəçi himayəsində yaşamış və 2022–ci ilin yay aylarında vəfat etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, hazırda Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayır. Ərizəçinin mərhum anası Kübrə Əsgərova 22 avqust 2022–ci il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində ev şəraitində vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi, atası X7, anası X9 olmaqla, 09 noyabr 1967–ci il tarixdə Gədəbəy rayonu, Daryurd kəndində doğulmuşdur. İşdə olan AZE 03159933 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1914–cü il tarixdə Gədəbəy rayonu, Daryurd kəndində doğulmuşdur. İşdə olan qəbir daşına aid fotoşəkildən görünür ki, X9 1916–cı il tarixdə doğulmuş, xx.xx.2022–ci il tarixdə vəfat etmişdir. İşdə olan və Şəmkir rayonu, Çinarlı qəsəbəsində xx.xx.2024–cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, həqiqətən X9 oğlu Ərizəçi ilə birlikdə yaşamış, 22 avqust 2022–ci il tarixdə vəfat etmiş və Şəmkir rayonu, Çinarlı qəsəbə qəbirstanlığında dəfn edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli məktubdan görünür ki, X4 ölümünün qeydiyyata alınmasından imtina edilmişdir. İşdə olan Şəmkir Rayon Mərkəzi X5 Şəxsinin xx.xx.2024–cü il tarixli məktubundan görünür ki, X4 ölümü haqqında məlumat Şəmkir Rayon Mərkəzi Xəstəxanasına daxil olmamışdır. Bu səbəbdən ölüm haqqında tibbi arayışın verilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, mərhum X9 xx.xx.1914–cü il tarixdə Gədəbəy rayonu, Daryurd kəndində doğulmuş, 22 avqust 2022–ci il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində vəfat etmiş və qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Lakin, dövlət qeydiyyatını aparan orqanların ölümü vaxtında qeydiyyata alınması üçün müvafiq sənədləşmə aparmamaları səbəbindən onun ölümü qeydiyyata alınmamışdır. X1 Ərizəçi anası olduğu təsdiq olunur. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8–ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İş materialları ilə müəyyən olunur ki, anasının ölüm faktının təsdiq edilməsi ərizəçiyə müvafiq sənədlər almaq üçün lazımdır. Anasının ölümü ilə bağlı hər hansı tibbi sənəd olmadığından Maraqlı şəxs ərizəçinin mərhum anasının ölümünə dair hüquqi sənəd verilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, ərizəçinin tələbi haqlıdır və bu səbəbdən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1914–cü il tarixdə Gədəbəy rayonu, Daryurd kəndində doğulmuş X4 22 avqust 2022–ci il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar