Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-1802/2024 02.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı (maraqlı şəxs X9) “şəxsin ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 19 noyabr 1981-ci ildə Şəmkir rayon, Çinarlı qəsəbəsində doğulmuş X6nun 02 avqust 2017-ci il tarixdə Rusiya Federasiyasının Ulyanovsk vilayətində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o və onun ailə üzvləri birlikdə Şəmkir rayonu Yeni Həyat kəndində yaşayırlar. X4 ilə birgə nikahından X14 adlı uşağı doğulmuşdur. X6 02 avqust 2017-ci ildə Rusiya Federasiyasının Ulyanovsk vilayətində vəfat etmiş və o, Azərbaycan Respublikasına gətirilərək, Şəmkir rayonu Yeni Həyat kəndində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. X20 Azərbaycan Respublikasına gətirilib dəfn edildikdən sonra o qanunu bilmədiyinə görə onun ölümü ilə əlaqədar müvafiq orqanlara müraciət etməmiş və ona ölüm haqqında şəhadətnamə almamışdır. Onun ölümü ilə bağlı heç bir sənədi olmamışdır. Hazırda mərhum X6 ilə birgə mülkiyyətlərində olan torpaq sahəsini sənədləşdirmək üçün müraciət etdikdə, ondan oğlunun ölüm sənədini tələb etdilər. Lakin o ölüm haqqında şəhadətnamə almadığı üçün təqdim edə bilməmişdir. Bununla bağlı müvafiq orqanlara müraciət etmiş olsa da oğlu Elnura ölüm haqqında şəhadətnamə almadığı üçün tələbimdən imtina edilmişdir. Şəmkir rayon Mərkəzi Xəstəxanasına da bununla bağlı müraciət etdi. Lakin, oğlunun ölümü ilə bağlı Şəmkir rayon Mərkəzi Xəstəxanasına müraciət etmədiyindən ona oğlunun ölümü barədə tibbi arayışın verilməsi mümkün olmadı. Bu məqsədlə Maraqlı şəxsnə müraciət etsə də, həmin orqan mərhum oğlunun ölüm qeydinin bərpa edilməsindən imtina etmiş və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mərhum övladının ölüm faktını başqa qaydada əldə edə bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirdi ki, ərizəçi İddiaçı onun həmkəndlisi və qonşusu olmuşdur. Səkinənin 3 oğlu vardır. X15 bir müddət Rusiyada olmuş və xx.xx.2017-ci ildə orada vəfat etmişdir. Onun yas mərasimində iştirak etmişdir. Elnur kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 şahid X3 eyni məzmunlu ifadə vermişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq belə qənaətə gəlir ki, ərizə təmin edilməli, ərizəçi İddiaçı övladı X10 02 avqust 2017-ci il tarixdə Rusiya Federasiyasının Ulyanovsk vilayətində ölməsi faktı müəyyən edilməlidir. Belə ki, iş materiallarında olan X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 759 nömrəli arayışdan görünür ki, X14 xx.xx.1981-ci ildə anadan olmuşdur. X2, anası İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs 28 mart 2024-cü il tarixli, 3-16-5/8-648 nömrəli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları “X1 Sistemi üzrə yoxlama aparılmış X10 ölümü barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Şəmkir rayon X8 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 2/40/288 nömrəli məktubundan görünür ki, Şəmkir rayon Çinarlı qəsəbə sakini xx.xx.1981-ci il təvəllüdlü X10 ölüm haqqında məlumat Şəmkir rayon Mərkəzə xəstəxanasına daxil olunmamışdır. Ona görə də, ölüm haqqında tibbi arayış verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X14 ərizəçinin doğma oğludur. X14 19 noyabr 1981-ci ildə doğulmuşdur. O, 02 avqust 2017-ci ildə Rusiya Federasiyasının Ulyanovsk vilayətində ölmüş, sonra isə Azərbaycan Respublikasına gətirilmiş və Şəmkir rayonunda dəfn olunmuşdur. Bu fakt şahidlərin bir-biri ilə və ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri ilə təsdiq olunur. Lakin ərizəçi ölümü ilə əlaqədar müvafiq orqanlara müraciət etməmiş və ona ölüm haqqında şəhadətnamə almamışdır. X10 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə mərhum övladının mülkiyyətində olan əmlakı sənədləşdirmək üçün tələb edilir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı və X10 02 avqust 2017-ci il tarixdə Rusiya Federasiyasının Ulyanovsk vilayətində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 19 noyabr 1981-ci ildə Şəmkir rayonunun Çinarlı qəsəbəsində doğulmuş X10 02 avqust 2017-ci il tarixdə Rusiya Federasiyasının Ulyanovsk vilayətində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-1802/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-1802/2024
02.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver