Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-189/2024 20.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçıların qanuni nümayəndəsi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar X6, X7, X3 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı “xx.xx.2019-cu il taixli 4Ə-2574 reyestr nömrəli alqı-satqı müqaviləsinin, xx.xx.2021-ci il tarixli 4Ə-1813 reyestr nömrəli alqı-satqı müqaviləsinin, xx.xx.2021-ci il tarixli 4Ə-1812 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsiz hesab olunması və həmin müqavilə əsasında tərtib olunmuş mülkiyyət hüququna dair çıxarışın ləğv olunması, miras əmlakdan pay” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar X6, X7, X3 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən xx.xx.2019-cu il taixli 4Ə-2574 reyestr nömrəli alqı-satqı müqaviləsinin, xx.xx.2021-ci il tarixli 4Ə-1813 reyestr nömrəli alqı-satqı müqaviləsinin, xx.xx.2021-ci il tarixli 4Ə-1812 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsiz hesab olunması və həmin müqavilə əsasında tərtib olunmuş mülkiyyət hüququna dair Çıxarışın ləğv olunması, iddiaçılar X6, X7, X3 mərhum Gürzalı Alyarovdan miras qalmış Şəmkir rayonun Ələsgərli kəndində yerləşən 8.91 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 1/5 hissəsinə qanun üzrə vərəsə tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun qaynanasıdır. İddiaçı onun mərhum oğlu X14 ilə 2008-ci ildə faktiki ailə qurmuşdur. Aralarında olan nikah rəsmi qeydə alınmayıb. Gürzalı Alyarovla fakitiki nikahlarından üç uşağı xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X10 doğulmuşdur. Mərhum əri X14 ilə onun vəfatına qədər bir ailədə yaşamışlar. X14 15 mart 2022-ci ildə cəzaçəkmə müəsisəsində vəfat etmişdir. X22 Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəza almışdır. Ərinin vəfatından sonra o rəsmi qaydada hazırkı iddiada iddiaçı olan yetkinlik yaşına çatmamış uşaqların adından Şəmkir 1 saylı Notariat Ofisinə müraciət etmiş və Şəmkir 1 saylı Notariat ofisi onun uşaqlarını qanun üzrə vərəsə tanımışdır. Lakin məlum oldu ki, mərhum əri Gürzalı Alyarova məxsus olan pay torpaq sahəsi Cavabdeh1 tərəfindən digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 satmışdır. Belə ki, həm onun mərhum ərinə, həm də onun ailə üzvülərinə Şəmkir rayon Aqrar İslahat Komissiyasının 17 oktyabr 1997-ci il tarixli 43 nömrəli qərarı ilə Şəmkir rayonunun Ələsgərli kəndində 8.91 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətə verilmişdir. Həmin torpaq sahəsinə görə mərhum əri Gürzalı Alyarovun və onun ailə üzvlərinin adına JN 165 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib olunmuşdur. Həmin Dövlət aktında göstərilən torpaq sahəsi hissə-hissə olmaqla Cavabdeh1 tərəfindən digər cavabdehlərə satılmışdır. Həmin alqı-satqı müqavilələrində göstərilən imzalar Gürzalı Alyarova məxsus deyildir. Cavabdeh Şəmkir rayon Notariat Ofis saxtarkarlıq etmiş, onun adından imza edənin şəxsiyyətini müəyyən etməmişdir. Hesab edir ki, mübahisə predmeti olan, alqı-satqı müqavilələri etibarsız hesab olunmalı, Həmin müqavilə əsasında cavabdehlərin adına üçüncü şəxs tərəfindən tərtib olunmuş mülkiyyət hüququna dair Çıxarış ləğv olunmalıdır. Qeyd olunanlara əsasən xx.xx.2019-cu il taixli 4Ə-2574 reyestr nömrəli alqı-satqı müqaviləsinin, xx.xx.2021-ci il tarixli 4Ə-1813 reyestr nömrəli alqı-satqı müqaviləsinin, xx.xx.2021-ci il tarixli 4Ə-1812 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsiz hesab olunması və həmin müqavilə əsasında tərtib olunmuş mülkiyyət hüququna dair Çıxarışın ləğv olunması, iddiaçılar X6, X7, X3 mərhum Gürzalı Alyarovdan miras qalmış Şəmkir rayonun Ələsgərli kəndində yerləşən 8.91 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 1/5 hissəsinə qanun üzrə vərəsə tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların qanuni İddiaçıların qanuni nümayəndəsi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Şəmkir raton 1 saylı Notariat ofisi və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdehlər və üçüncü şəxs məhkəmə iclasında iştirak etmədiklərindən, Azərbaycan Respublikası MPM-nin 147 və 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materialında olan AZ-İİ seryalı 269850 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X14 17 fevral 2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan AZ-İİİ 169566 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 27 may 2010-cu il tarixdə Şəmkir şəhərində anadan olmuşdur. Ata qrafasında X14, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ 169567 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 23 mart 2012-ci il tarixdə Şəmkir şəhərində anadan olmuşdur. Ata qrafasında X14, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ 647231 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 08 oktyabr 2015-ci il tarixdə Şəmkir şəhərində anadan olmuşdur. Ata qrafasında X14, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Ələsgərli kəndində yerləşən 2.9878 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 tam mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Ələsgərli kəndində yerləşən 0.4028 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 tam mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 4Ə-1813 saylı reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şəmkir rayonu, Ələsgərli kəndində yerləşən 2.9878 ha olan torpaq sahəsi mülkiyyətçisi Cavabdeh1 tərəfindən Cavabdeh3 5000 manat qiymətinə satılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 4Ə-1812 saylı reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şəmkir rayonu, Ələsgərli kəndində yerləşən 2.1999 ha və 0.4028 ha olan torpaq sahələri mülkiyyətçisi Cavabdeh1 tərəfindən Cavabdeh3 satılmışdır. İş materiallarında olan 23 aprel 2003-cü il tarixli 4Ə-179 saylı notariat işində olan müqavilədən görünür ki, Şəmkir rayonu, Aqrar İslahat Komissiyasının 17 oktyabr 1997-ci il tarixli 43 nömrəli qərar ilə verilmiş 8.91 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən X1. İş materiallarında olan JN-165 KOD 50403018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiqli surətintən görünür ki, Şəmkir rayonu, Ələsgərli kəndində yerləşən 8.91 ha torpaq sahəsi Şəmkir rayonu, Aqrar İslahatl Komissiyasının 17 oktyabr 1997-ci il tarixli 43 nömrəli qərar ilə Cavabdeh1 Cəmil qızının, X15, X11, X8 və X12 mülkiyyətinə verilmişdir. İş materiallarında olan 23 aprel 2003-cü il tarixli 4Ə-179 saylı notariat işində olan ərizənin surətindən görünür ki, X14 anası Cavabdeh1 Cəmil qızına məxsus olan 8.91 ha torpaq sahəsinin satılmasına etiraz etməmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 4/1380 nömrəli xx.xx.2024cü il tarixli ekspert rəyində göstərilir ki, Şəmkir rayonu 1 saylı dövlət notariat ofisində xx.xx.2003-cü il tarixdə 4Ə-179 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işində olan xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı- satqı müqaviləsinə əlavə edilmiş X5 adından olan xx.xx.2003-cü il tarixli ərizədə “İmza” qrafasındakı imza X13 tərəfindən icra olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, xx.xx.2003-cü il tarixli 4Ə-179 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Cəmil qızının və ailə üzvlərinin mülkiyyətində olan Şəmkir rayonu Ələsgərli kəndi ərazisində yerləşən 8.91 ha torpaq sahəsi Cavabdeh1 Cəmil qızı tərəfindən ailə üzvlərinin razılığı ilə X2, daha sonra Tutu İbadullayeva tərəfindən xx.xx.2019-cu il tarixli 4Ə-2574 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsi Cavabdeh2 satılmışdır. Bundan başqa xx.xx.2021-ci il tarixli 4Ə-1813 nömrəli və 4Ə-1812 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Cəmil qızının mülkiyyətində olan (********** qeydiyyat nömrəli və ********** qeydiyyat nömrəli Çıxarışlar) Şəmkir rayonu Ələsgərli kəndi ərazisində yerləşən 2.9878 ha və 0.4028 ha torpaq sahəsi Cavabdeh1 Cəmil qızı tərəfindən Cavabdeh3 satılmışdır. Hal-hazırda iddiaçılar həmin müqaviləni bir əsasla mübahisələndirirlər.
1. xx.xx.2019-cu il tarixli 4Ə-2574 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli 4Ə- 1813 reyestr nömrəli və xx.xx.2021-ci il tarixli 4Ə-1812 reyestr nömrəli alqı-satqı müqavilələri imzalanarkən ataları X14 razılıq ərizəsi verilməmiş, onun tərəfindən imzalanmamışdır. Məhkəmə, iddiaçıların əsaslandığı hala münasibət bildirərək aşağıdakıları qeyd edir: İş materiallarından və işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, hazırki mülki iş üzrə mübahisələndirilən alqı-satqı müqavilələri əsasında X9 yalnız özünün mülkiyyətində olan 8.91 ha torpaq sahəsini, Cavabdeh1 Cəmil qızı yalnız özünün mülkiyyətində olan (torpaq sahələri paylı və ya birgə mülkiyyətdə deyil) torpaq sahələrini özgəninkiləşdirmişlər. Belə ki, mübahisəli torpaq sahəsi olan Şəmkir rayonu Ələsgərli kəndi ərazisində yerləşən 8.91 ha torpaq sahəsi xx.xx.2003-cü il tarixli 4ə-179 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Cəmil qızı tərəfindən ailə üzvlərinin razılığı ilə X1. Həmin müqavilə Notariat Orqanında qeydə alınarkən X14 8.91 hatorpaq sahəsinin satılmasına Notarial qaydada təsdiq olunmuş ərizə ilə razılıq vermişdir. (Məhkəmə Ekspertiza Mərkəzinin 4/1380 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyi) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Qeyd edilən normanın məzmunun görünür ki, mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, iddiaçılar məhkəmə prosesi zamanı müqavilələr bağlanarkən X8 hansı əsasla razılığının tələb olunmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş müqavilənin etibarsızlığı üçün əsas olan halları təsdiq edən sübutlarını təqdim etməlidir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələblərini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə təqdim etməsini yoxlamışdır, lakin iddiaçı tələbini əsaslandıran sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu mənada, məhkəmə hesab edir ki, mübahisənin faktiki halları ilə bağlı yalnız iddiaçı tərəfin izahatlarına əsaslanmaqla iddia tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə iş materiallarında olan sənədləri və tərəflərin izahatlarını nəzərə alaraq hesab edir ki, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, həmçinin iddianın mübahisəli torpaq sahəsinə dair çıxarışların ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsassızdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinə dair verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqavilələrindən törənmişdir. Buna görə də mübahisəli torpağa dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılmasına dair hissədə təmin edilmədiyindən, törəmə hüquq münasibəti olan mübahisəli torpağa dair cavabdehin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməməli, mübahisəli torpaq sahəsi üzərində iddiaçıların 1/5 hissədə qanun üzrə vərəsə tanınmasına dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddiaçılar X6, X7, X3 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı “xx.xx.2019-cu il taixli 4Ə-2574 reyestr nömrəli alqı-satqı müqaviləsinin, xx.xx.2021-ci il tarixli 4Ə-1813 reyestr nömrəli alqı-satqı müqaviləsinin, xx.xx.2021-ci il tarixli 4Ə-1812 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilə əsasında tərtib olunmuş mülkiyyət hüququna dair Çıxarışın ləğv olunması, miras əmlakdan pay” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Həvayət Məhəmmədi