Məhkəmə qərarları › İş №2(076)-2050/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2050/2024

13.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2050/2024 13.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kamaləddin qızının sədrliyi Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, Ərizəçi Məmmədova (Abbasova) Tünzalə Qurban qızının barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi Məmmədova (Abbasova) Tünzalə Qurban qızı “Mediasiya prosesində (xx.xx.2023-cü il tarixdə 00626 saylı) bağlanmış uşaqların saxlanılması üçün Maraqlı şəxs aliment alınması barədə barışıq sazişinin təsdiq edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediasiya prosesində xx.xx.2023-cü il tarixdə MST/MT024/2023-00626 nömrəli bağlanılmış barışıq sazişinin, yəni 01 avqust 2023-cü il tarixdən başlayaraq xx.xx.2007-ci ildə anadan olmuş Gülçöhrə və xx.xx.2010-cü ildə anadan olmuş Şahin adlı uşaqların saxlanılması üçün Maraqlı şəxs hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat - cəmi 320 (üç yüz iyirmi) manat məbləğində alimenti X2 ödəməsinə dair bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 2006-cu ildə ailə qurmuş, birgə nikahlarından xx.xx.2007-ci ildə Gülçöhrə və xx.xx.2010-cu ildə Şahin adlı iki övladı olmuşdur. Cavabdehlə ailə qurduğu ilk vaxtlar ailə münasibətləri normal olmuş, lakin sonradan cavabdehin günahı üzündən ailəsində olan normal münasibətlər pozulmuş və ayrılmışlar. Ayrıldıqdan sonra o uşağı ilə birlikdə valideyinlərinin yanında yaşayır. 2023-cü ilin iyul ayında Maraqlı şəxs ilə birlikdə nikahın pozulması və uşaqların saxlanılması üçün alimentin müəyyən edilməsi barədə mübahisənin məhkəməyə qədər həlli üçün mediatora müraciət etmişlər. Mediasiya prosesində onun ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə MŞT/MT024/2023-00626 nömrəli barışıq sazişi bağlanıldı. Həmin barışıq sazişinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2007-ci ildə anadan olmuş Gülçöhrə və xx.xx.2010-cü ildə anadan olmuş Şahin adlı uşaqların saxlanılması üçün Maraqlı şəxs hər ay bir uşaq üçün 160 (bir yüz altmış) manat - cəmi 320 (üç yüz iyirmi) manat məbləğində alimentin ona ödəməsi barədə razılaşmışlar. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-2474/2023 saylı qətnaməsi ilə Maraqlı şəxs ilə aralarında olan nikah pozulmuş, lakin Maraqlı şəxs xx.xx.2023-ci il tarixdən başlayaraq uşaqların saxlanılması üçün öhdəsinə götürdüyü alimenti hazırkı vaxtadək heç bir məbləğini ödəməmişdir. Bir neçə dəfə Maraqlı şəxs alimenti ödəməsini xahiş etsə də, lakin sonuncu bəhanələr gətirərək bu günədək aliment ödəməkdən yayınmışdır. Hesab edir ki, onların arasında bağlanmış xx.xx.2023-cü il tarixdə MŞT/MT024/2023-00626 nömrəli barışıq sazişi məhkəmə qaydasında təsdiq edilməlidir. Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən ərizəçinin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Mediasiya Şurasının xx.xx.2023-cü il tarixli 00626 nömrəli barışıq sazışından görünür ki, tərəflərin aralarında olan nikah pozulduqdan sonra 04 iyul 2007-ci il təvəllüdlü Gülçöhrə və 09 fevral 2010-cu il təvəllüdlü Şahin adlı uşaqların anaları X1 yanında və himayəsində olmasına tərəflərin etirazı olmamış və bu barədə razılığa gəlmişlər. 01 avqust 2023-cü il tarixdən başlayaraq 04 iyul 2007-ci il təvəllüdlü Gülçöhrə və 09 fevral 2010-cu il təvəllüdlü Şahin adlı uşaqların yetkinlik yaşa çatanadək saxlanılması üçün hər ay hər uşağa 160 (yüz altmış) manat olmaqla cəmi 320 (üç yüz iyirmi) manat alimenti Maraqlı şəxs X1 hesabına ödəyəcəyi barədə öhdəlik götürməsi, 04 iyul 2007-ci il təvəllüdlü Gülçöhrə və 09 fevral 2010-cu il təvəllüdlü Şahin adlı uşaqlar ilə ataları Maraqlı şəxs hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 17:00-adək sərbəst ünsiyyətdə olmasına dair tərəflər razılaşmaya gəlmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Şəmkir rayon məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçı Maraqlı şəxs ilə cavabdeh X3 ilə aralarında olan 02 iyun 2005-ci il tarixdə Şəmkir rayon Çinarlı qəsəbə İƏD-i üzrə nümayəndəliyində 33 saylı qeydi ilə bağlanmış nikah pozulmuşdur. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, Mediasiya Şurasının xx.xx.2023-cü il tarixli 00626 saylı barışıq sazişinə əsasən Məmmədova (Abbasova) Tünzalə Qurban qızı və Maraqlı şəxs barışıq sazişi bağlamış, həmin sazişə əsasən Maraqlı şəxs 01 avqust 2023-cü il tarixdən başlayaraq 04 iyul 2007-ci il təvəllüdlü Gülçöhrə və 09 fevral 2010-cu il təvəllüdlü Şahin adlı uşaqların yetkinlik yaşa çatanadək saxlanılması üçün hər ay hər uşağa 160 (yüz altmış) manat olmaqla cəmi 320 (üç yüz iyirmi) manat alimenti Məmmədova (Abbasova) Tünzalə Qurban qızına ödəməyi öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs barışıq sazişini könüllü qaydada icra etməmiş, bu səbəbdən ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM–nin 305.1.17–ci maddəsinin tələblərinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355–23.1–ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2.1–ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355–24–cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1–ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355–25.1–ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355–25.2–ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355–25.3–cü maddəsinin tələblərinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355–26–cı maddəsində sadalanmış halların olub–olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1–ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3–cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4–cü maddəsinəəsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5–ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Məmmədova (Abbasova) Tünzalə Qurban qızı və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞT/MT024/2023-00626 saylı barışıq sazişi alimentə dair hissədə təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi X1 ərizəsi təmin edilsin. X3 və Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. 01 avqust 2023-cü il tarixdən başlayaraq 04 iyul 2007-ci il təvəllüdlü Gülçöhrə və 09 fevral 2010-cu il təvəllüdlü Şahin adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat aliment Maraqlı şəxs alınaraq Abbasova (Məmmədova) Tünzalə Qurban qızına ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar