Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2064/2024 18.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs X7) “şəxsin ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1960-cı ildə Şəmkir şəhərində doğulmuş məhrum X4nun xx.xx.2022-ci il tarixdə Şəmkir şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o 21 noyabr 1989-cu il tarixdə X11 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. X4 xx.xx.1960-cı ildə Şəmkir şəhərində doğulmuşdur. Lakin o 24 aprel 2022-ci ildə Şəmkir şəhərində vəfat etmiş və o, Şəmkir şəhər qəbirstanlığında dəfn edilmişdir. Mərhum əri ölümü müvafiq orqanlarda qeydiyyata alınmamış və ona ölüm haqqında şəhadətnamə verilməmişdir. Bu səbəbdən ərinin ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Bu məqsədlə Maraqlı şəxs1nə müraciət etsə də, həmin orqan mərhum ərinin ölüm qeydinin bərpa edilməsindən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mərhum ərinin ölüm faktını başqa qaydada əldə edə bilmir. Hazırda bəzi sənədləşmə işləri aparmaq istəsə də buna nail ola bilmir. Qeyd edilənlərə əsasən xx.xx.1960-cı ildə Şəmkir şəhərində doğulmuş məhrum X4nun xx.xx.2022-ci il tarixdə Şəmkir şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs1nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, Ərizəçi onun baldızıdır. Zamanov Adil 2022-ci ilin aprel ayında vəfat etmişdir. O vəfat etdikdən sonra onlar qanun bilmədiyi görə müvafiq qurumlara müraciət etməmişlər, ona görə Adilin ölüm haqqında şəhadətnaməsini almaq üçün məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirdi ki, Ərizəçi və Zamanov Adil onun qaynanası və qayınatasıdır. Qayınatası 24 aprel 2022-ci ildə xəstəlikdən vəfat etmiş və Şəmkir rayon qəbiristanlıqda dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi X4nun xx.xx.2022-ci il tarixdə Şəmkir rayonda ölməsi faktı müəyyən edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Maraqlı şəxs1 08 dekabr 2023-cü il tarixli, 3- 16-5/8-88 nömrəli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları “X1 Sistemi üzrə yoxlama aparılmış X6 ölümü barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan V-ЖГ 263143 nömrəli xx.xx.1989-cu il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X11 və X3 ilə nikah bağlamaşdırlar. Nikah bağlanan sonra ərə “Zamanov”, arvada “Zamanova” soyadı verilmişdir. İş materiallarında olan Şəmkir rayon X5 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2/40/313 nömrəli məktubundan görünür ki, Şəmkir şəhər sakini təvəllüdlü X6 ölüm haqqında məlumat Şəmkir rayon Mərkəzə xəstəxanasına daxil olunmamışdır. Ona görə də, ölüm haqqında tibbi arayış verilməsi mümkün olması qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə Şəmkir Bələdiyyəsi tərəfindən verilmiş 269 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanda yaşamış xx.xx.1960-cı il təvəllüdlü mərhum Maraqlı şəxs2 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Şəmkir şəhərinin “Sərxan” qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X11 ərizəçinin əri olmuşdur. X11 xx.xx.1960-cı ildə Şəmkir şəhərində doğulmuşdur. O, xx.xx.2022-ci ildə Şəmkir şəhərində ölmüş və dəfn olunmuşdur. Bu fakt şahidlərin bir-biri ilə və ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri ilə təsdiq olunur. Lakin ərizəçi ölümü ilə əlaqədar müvafiq orqanlara müraciət etməmiş və ona ölüm haqqında şəhadətnamə almamışdır. X6 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə mərhum X6 mülkiyyətində olan əmlakı sənədləşdirmək üçün tələb edilir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı və X6 xx.xx.2022-ci il tarixdə Şəmkir şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1960-cı il tarixdə Şəmkir şəhərində doğulmuş X6 xx.xx.2022-ci il tarixdə Şəmkir şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2064/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2064/2024
18.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver