Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2222/2024 25.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs X11) “şəxsin ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1962-ci ildə Şəmkir rayonunun Ağavaşlı kəndində doğulmuş X10nun xx.xx.2020-ci il tarixdə Krım Muxtar Respublikasında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o və onun ailə üzvləri birlikdə Şəmkir rayonu Qılıncbəyli kəndində yaşayırlar. X4 onun əridir. X10 xx.xx.1962-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. O İrşad Həsənovla xx.xx.1993-cü ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. Ailə qurduqdan sonra bir neçə il Azərbaycan Respublikasında yaşasalar da, sonradan əri İrşad Həsənov işi ilə əlaqədar Krım Muxtar Respublikasında yaşamışlar. X10 xx.xx.2020-ci oldə Krım Muxtar Respublikasında vəfat etmiş və Azərbaycan Respublikasına gətirilərək Şəmkir rayonu Ağlavaşlı kənd qəbirstanlığında dəfn olunmuşdur. Mərhum X10 haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, həmin orqan mərhum ərinin ölümünü qeyd etməkdən imtina etmişdir. Mərhum ərinin ölüm faktını başqa qaydada əldə edə bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, X17 onun atasıdır, o 2020-ci ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 bildirdi ki, X17 onun qardaşıdır, 2020-ci ildə vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi X10nun xx.xx.2020-ci il tarixdə Krım Muxtar Respublikasında ölməsi faktı müəyyən edilməlidir. Belə ki, iş materiallarında olan X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1220 nömrəli arayışdan görünür ki, X17 və X3 nikahı haqqında xx.xx.1993-cü il tarixdə 31 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahdan bağlandıqdan sonra ərə “Həsənov”, arvada “Həsənova” soyadı verilmişdir. X1 xx.xx.2020-ci ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm xx.xx.2023-cü ildə 85 nömrəli akt qeydi ilə xarici ölkədə qeydə alınmış aktlarda dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1220 nömrəli arayışdan görünür ki, X17 xx.xx.1962-ci ildə Şəmkir rayonunun Ağavaşlı kəndində anadan olmuşdur. X2, anası X6 qeyd olunmuşdur. Qed edilmişdir xx.xx.2020-ci ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm xx.xx.2023-cü ildə 85 nömrəli akt qeydi ilə xarici ölkədə qeydə alınmış aktlarda dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-1051 nömrəli məktubundan görünür ki, X17 barəsində ölüm haqqında şəhadətnamə yazılması barədə müraciətə baxılmış, məlum olmuşdur ki, Krım Muxtar Respublikası ərazisində Ukrayna suvereniteti və Ukaryna qanunvericiliyi qüvvədədir. Rusiya Federasiyası hakimiyyət orqanları tərəfindən verilmiş Krım Muxtar Respublikası ilə bağlı tərtib edilmiş sənədlər etibarsızdır, bilavasitə və dolayı yolla təqdim edilməsindən asılı olmayaraq heç bir hüquqi nəticə yaratmır. İş materiallarında olan Şəmkir rayon X8 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 2/40/426 nömrəli məktubundan görünür ki, Şəmkir rayonu Çinarlı qəsəbə sakini təvəllüdlü X12 ölüm haqqında məlumat Şəmkir rayon Mərkəzə xəstəxanasına daxil olunmamışdır. Ona görə də, ölüm haqqında tibbi arayış verilməsi mümkün deyildir. İş materiallarında olan Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Ağavaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 148 nömrəli arayışdan görünür ki, X4 həqiqətən xx.xx.2020-ci ildə Rusiya Fedarasiyasında rəhmətə getmişdir, Şəmkir rayonu Ağavaşlı kənd qəbirstanlığında yoldaşı Ərizəçi verdiyi məlumata əsasən xx.xx.2020-ci ildə dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1962-ci ildə doğulmuş X12 xx.xx.2020-ci il tarixdə ölməsi tam sübuta yetirilir. Bu fakt şahidlərin bir-biri ilə və ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri ilə təsdiq olunur. Ölüm Krımda baş verdiyi üçün tibbi şəhadətnaməni almamışlar, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində aparılması mümkün olmamışdır. X12 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd ərizəçiyə mərhum valideynlərindən qalan mirasın vərəsələr tərəfindən qəbul edilməsi üçün lazımdır. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X12 xx.xx.2020-ci il tarixdə Krım Muxtar Respublikasında ölməsi faktı müəyyən edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum əri X9 qalan mirasın vərəsələr tərəfindən qəbul edilməsi ilə bağlı mərhum ərinin ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X12 xx.xx.2020-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1962-ci ildə Şəmkir rayonu Ağlavaşlı kəndində doğulmuş X12 xx.xx.2020-ci il tarixdə Krım Muxtar Respublikasında ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2222/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2222/2024
25.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver