Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2223/2024 15.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X11 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, oğlu X2 29 fevral 2024–cü il tarixdə Şəmkir rayonu, Aşağı Seyfəli kəndində vəfat etməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin dəlillərini müdafiə edərək, əsasən ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, oğlu X3 27 mart 2000–ci il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində doğulmuşdur. Lakin oğlu 29 fevral 2024–cü il tarixdə yaşadıqları evin həyətində yerləşən köməkçi tikilidə özünü elektrik naqili ilə asaraq intihar etmiş və kənd qəbirstanlığında dəfn edilmişdir. Mərhum oğlunun ölümü müvafiq orqanlarda qeydiyyata alınmamış və ona ölüm haqqında şəhadətnamə verilməmişdir. Bu səbəbdən oğlunun ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Belə ki, o, bəzi sənədləşmə işləri aparmaq istəmiş, lakin, oğlunun vəfatına dair ölüm haqqında şəhadətnamə təqdim edə bilmədiyindən buna nail ola bilməmişdir. Bu məqsədlə Maraqlı şəxsnə müraciət etsə də, həmin orqan mərhum oğlunun ölüm qeydinin bərpa edilməsindən imtina etmişdir. Hazırda nəvəsinə valideyni itirməsi səbəbindən sosial müavinət müəyyən edilməsi üçün ölüm haqqında şəhadətnamənin əldə edilməsi zəruridir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mərhum oğlunun ölüm faktını başqa qaydada əldə edə bilmir. Odur ki, məhkəmədən oğlu X2 29 fevral 2024–cü il tarixdə Şəmkir rayonu, Aşağı Seyfəli kəndində vəfat etməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, hazırda Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yaşayır. Ərizəçi ilə qonşudur, bu səbəbdən ərizəçini və ailəsini yaxından tanıyır. Həqiqətən, X3 ərizəçinin oğlu olmuşdur. 28 fevral 2024–cü il tarixdən 29 fevral 2024–cü il tarixə keçən gecə ərizəçinin həyətində səs–küy eşitmiş və dərhal onlara getmişdir. Orada ərizəçinin oğlu Elnur Camalovun həyətdəki köməkçi tikilidə özünü asaraq intihar etməsini görmüşdür. X3 29 fevral 2024–cü il tarixdə kənd qəbirstanlığında dəfn edilmişdir. O, özü də yas mərasimində yaxından iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, hazırda Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yaşayır. Həqiqətən ərizəçinin oğlu X3 28 fevral 2024–cü il tarixdən 29 fevral 2024–cü il tarixə keçən gecə özünü asaraq intihar etmişdir. O, özü də yaxın qonşu kimi yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3, atası X4, anası Ərizəçi olmaqla, 27 mart 2000–ci il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində kəndində doğulmuşdur. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024–cü il tarixli qərardan görünür ki, X3 29 fevral 2024–cü il tarixdə saat 00:50 radələrində Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yaşadığı evin həyətində yerləşən köməkçi tikilinin dəmir borusundan elektrik naqili ilə özünü asaraq intihar etmiş, onun intihar etməsi faktında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan qəbir daşına aid fotoşəkildən görünür ki, X3 xx.xx.2000–ci il tarixdə doğulmuş, xx.xx.2024–cü il tarixdə vəfat etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli məktubdan görünür ki, X2 ölümünün qeydiyyata alınmasından imtina edilmişdir. İşdə olan Şəmkir Rayon Mərkəzi X8 Şəxsinin xx.xx.2024–cü il tarixli məktubundan görünür ki, X2 ölümü haqqında məlumat Şəmkir Rayon Mərkəzi Xəstəxanasına daxil olmamışdır. Bu səbəbdən ölüm haqqında tibbi arayışın verilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, mərhum X3 27 mart 2000–ci il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində doğulmuş, 29 fevral 2024–cü il tarixdə Şəmkir rayonu, Aşağı Seyfəli kəndində intihar edərək vəfat etmiş və kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin, dövlət qeydiyyatını aparan orqanların ölümü vaxtında qeydiyyata alınması üçün müvafiq sənədləşmə aparmamaları səbəbindən onun ölümü qeydiyyata alınmamışdır. X1 Ərizəçi oğlu olduğu təsdiq olunur. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8–ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İş materialları ilə müəyyən olunur ki, oğlunun ölüm faktının təsdiq edilməsi ərizəçiyə müvafiq sənədlər almaq üçün lazımdır. Oğlunun ölümü ilə bağlı hər hansı tibbi sənəd olmadığından Maraqlı şəxs ərizəçinin mərhum oğlunun ölümünə dair hüquqi sənəd verilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, ərizəçinin tələbi haqlıdır və bu səbəbdən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 27 mart 2000–ci il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində doğulmuş X2 29 fevral 2024–cü il tarixdə Şəmkir rayonu, Aşağı Seyfəli kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X12
Məhkəmə qərarları › İş №2(076)-2223/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2223/2024
15.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver