Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2265/2025 30.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “vəfat etmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1996-cı il tarixdə Şəmkir rayonu Zǝyǝm-Cırdaxan kəndində anadan olmuş X2 xx.xx.2025-ci il tarixdə ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu xx.xx.1996-cı il tarixdə Şəmkir rayonu Zǝyǝm-Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: 640LQNO), azərbaycanlı, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Şəmkir rayonu Zəyəm qəsəbəsində yaşamış X8 xx.xx.2025-ci il tarixdə intihar edərək ölmüşdür. O, xx.xx.2025-ci il tarixdə Şəmkir rayonu Zəyəm-Cırdaxan kənd qəbiristanlığında torpağa təhvil verilmişdir. X2 xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu Zəyəm qəsəbəsində intihar edərək vəfat etməsi faktında cinayət hadisəsi olmadığından Şəmkir rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas X7 xx.xx.2025-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra oğlum Kənan Şəmkirlinin ölüm fakıtının qeydə alınmasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə müraciət etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 3-16-5/8- 15-M-1084/2025 nömrəli məktubu ilə bundan imtina edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası" nın 8.5-ci bəndinə əsasən "ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən olunduğu, ölüm faktının qeydə alınması üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Qeyd edilənlərə əsasən oğlu xx.xx.1996-cı il tarixdə Şəmkir rayonu Zǝyǝm-Cırdaxan kəndində anadan olmuş X2 xx.xx.2025-ci il tarixdə ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, oğlu Kənan xx.xx.1996-cı il tarixdə anadan olmuş və xx.xx.2025-ci ildə intihar etmişdir. Odur ki, ərizəni nəzərə alınaraq xx.xx.1996-cı il tarixdə anadan olmuş X2 xx.xx.2025-ci il tarixdə ölməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin, Şöbənin rəisi ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılıb qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçi Kənan adlı oğlu xx.xx.2025-ci ildə özünü asaraq intihar etmişdir. Kənanın yas mərasimlərində və dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki. Kənan Şəmkirli onun əmisi oğludur. Kənan xx.xx.2025-ci il tarixdə intihar etmişdir. Onun Yas mərasiminlərində və dəfnində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi X2 xx.xx.2025-ci il tarixdə Şəmkir rayonunda ölməsi faktı müəyyən edilməlidir. Belə ki, iş materiallarında olan “cinayət işinin başlanmasına rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X3 intihar etməsi faktında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-1084 nömrəli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları “X1 Sistemi üzrə yoxlama aparılmış X3 ölümü barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 18-1-73/2-391/2025 nömrəli “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” X14 tərəfindən verilmiş məktubdan görünür ki, Şəmkir rayonu, Zəyəm qəsəbə sakini xx.xx.1996-cı il təvəllüdlü X6 Şəmkir rayon Mərkəzi Xəstəxanasından ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Ona görə də haqqında tibbi arayış verilməsi mümkün olmamışdır. Odur ki, məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X8 ərizəçinin doğma oğludur. X8 xx.xx.1996-cı ildə anadan olmuş, valideyni Ərizəçi olmuşdur. xx.xx.2025-ci ildə vəfat etmişdir. Şəmkir rayonu Zəyəm-Cırdaxan qəbiristanlığında dəfn olunmuşdur. Bu fakt şahidlərin bir-biri ilə və ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri ilə təsdiq olunur. Ölüm qəfil baş verdiyi üçün ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni almamış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində aparılması mümkün olmamışdır. X3 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli və xx.xx.1996-cı il tarixdə Şəmkir rayonu Zǝyǝm-Cırdaxan kəndində anadan olmuş X2 xx.xx.2025-ci il tarixdə ölməsi faktının müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.1996-cı il tarixdə Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində doğulmuş X3 23 fevral 2025-ci il tarixdə Şəmkir rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2265/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2265/2025
30.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver