Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2266/2023 05.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Мüəyyənеtdi: Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, mərhum əri Şəmkir rayonu, Seyfəli kənd sakini X3 26 sentyabr 2022-ci ildə Ukrayna Respublikasının Donetski şəhərində vəfat etməsinin qeyd edilmə faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu, Aşağı Seyfəli kənd sakini X5 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Aralarında olan nikah 08 fevral 2013-cü ildə Şəmkir rayonu, Aşağı Seyfəli İƏD üzrə nümayəndəlikdə qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2013-cü ildə X8, xx.xx.2014-cü ildə X6 və xx.xx.2018-ci ildə X7 adlı üç uşağları doğulmuşdur. Mərhum əri işləmək üçün Ukraynaya getmiş və 26 sentyabr 2022-ci ildə Ukraynada vəfat etmişdir. Lakin hazırda Maraqlı şəxs1 mərhum ərinin ölümünü qeydə almaqdan və ona ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. O və azyaşlı uşaqları mərhum ərinin vərəsəsidilər. Lakin mərhum ərinin ölümü haqqında şəhadətnamə təqdim edə bilmədiyi üçün, nə əindən qalan miras əmlaka vərəsə tanına bilmirlər, nə də digər hüquqlarından istifadə edə bilmirlər. Ona görə də, mərhum əri Şəmkir rayonu, Seyfəli kənd sakini X3 26 sentyabr 2022-ci ildə Ukrayna Respublikasının Donetski şəhərində vəfat etməsinin qeyd edilmə faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsində texniki yalnışlığa yol verdiklərini bildirmiş, mərhum əri Şəmkir rayonu, Seyfəli kənd sakini X3 26 sentyabr 2022-ci ildə deyil, xx.xx.2021-ci ildə Ukrayna Respublikasının Donetski şəhərində vəfat etməsinin qeyd edilmə faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs1nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. İşdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 ilə Ərizəçi nikahı xx.xx.2013-cü ildə Şəmkir rayon, Aşağı Seyfəli kənd İƏD üzrə nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan tərəfindən verilmiş xx.xx.2021-cü il tarixli “Ölüm haqqında tibbi şəhadətnamə”dən görünür ki, 18 oktyabr 1989-cü ildə X5 xx.xx.2021-ci il tarixdə Donetsk şəhəri, Voroşilovski şəhərində ölmüşdür. İşdə olan Maraqlı şəxs1 29 aprel 2023-cü il tarixli 1030 nömrəli arayışdan görünür ki, X5 barəsində xx.xx.2021-ci il traixdə Donetsk Xalq Respublikası Ədliyyə Nazirliyi Donetsk şəhər İdarəsi Kuybışev VVAQ şöbəsində 1299 nömrə ilə qeyd edilmişdir. X4 məxsus ölüm haqqında şəhadətnamə Azərbaycan Respublikasının Əhalisinin dövlət reyestrinə daxil edilməsi üçün Maraqlı şəxs1 tərəfindən Ədliyyə Nazirliyinin avtomatlaşdırılmış X1 xx.xx.2021-ci il tarixdə 654 nömrəli ölüm aktı işlənmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8-ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum əri X2 qalan mirasın vərəsələr tərəfindən qəbul edilməsi ilə bağlı mərhum oğlunun ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, ərizəçinin tələbi haqlıdır və bu səbəbdən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 18 oktyabr 1989-cü ildə X3 26 sentyabr 2021-ci ildə Ukrayna Respublikasının Donetski şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-2266/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2266/2023
05.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver