Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2365/2023 24.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Мüəyyənеtdi: Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1986-cı ildə anadan olmuş oğlu X2 xx.xx.2008-ci ildə axşam saatlarında vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ailə üzvləri ilə birlikdə Şəmkir şəhərində yaşayır. X1 ilə birgə nikahlarından 13 dekabr 1986-cı ildə Şəmkir rayonunda X5 adlı övladları doğulmuşdur. 13 iyul 2008-ci il tarixdə axşam saatlarında oğlu Natiq öz həyətlərində intihar etmişdir. 14 iyul 2008-ci ildə isə Şəmkir şəhər qəbiristanlığında dəfn edilmişdir. Oğlu Natiq vəfat etdikdən sonra o qanunu bilmədiyinə görə onun ölümü ilə əlaqədar müvafiq orqanlara müraciət etməmişdir və ona ölüm haqqında şəhadətnamə almamışdır. Onlar hazırda ünvan 1 ünvanında yerləşən evlərini sənədləşdirmk istəyirlər, oğlu Natiq də evdə rəsmi qeydiyyatda olduğundan və onun ölüm kağızı olmadığından onlar sənədləşmə işlərini apara bilmirlər. Onlardan oğlunun ölüm sənədini tələb edirlər.Lakin o ölüm haqqında şəhadətnamə almadığı üçün təqdim edə bilmir. Bununla bağlı müvafiq orqanlara müraciət etmiş olsa da oğluna ölüm haqqında şəhadətnamə almadığı üçün tələbi imtina edilmişdir. Bu məqsədlə Şəmkir Rayon Qeydiyyat Qeydiyyat Şöbəsinə müraciət etsə də həmin orqan mərhum oğlunun ölüm qeydinin bərpa edilməsindən imtina etmiş və məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mərhum övladının ölüm faktını başqa qaydada əld edə bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, 13 dekabr 1986-cı ildə Şəmkir rayonunda doğulmuş oğlu X2 13 iyul 2008-ci il tarixdə Şəmkir şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri, fotoşəkili və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. İşdə olan xx.xx.1986-cı il tarixli, 296326 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 xx.xx.1986-cı ildə doğulmuşdur, atası X4, Ərizəçidır. İşdə olan X2 qəbir daşının fotoşəklindən görünür ki, X2 doğum tarixi xx.xx.1986-cı il, ölüm tarixi xx.xx.2008-ci il kimi qeyd edilmişdir. İşdə olan Maraqlı şəxs 18 may 2023-cü il tarixli 3-16-5/8-1152 nömrəli məktubundan görünür ki, Maraqlı şəxs arxivində və “Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış X3 üzrə yoxlama aparılmış X2 ölümü barədə məlumat aşkar olunmamışdır. Ölüm haqqında həkimin tibbi şəhadətnaməsi və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi təqdim olunmadığından müraciətin təmin olunması mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8-ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İş materialları ilə müəyyən olunur ki, Maraqlı şəxs ərizəçinin mərhum oğlunun ölüm faktının müəyyən edilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, ərizəçinin tələbi haqlıdır və bu səbəbdən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 13 dekabr 1986-cı ildə doğulmuş X2 13 iyul 2008-ci ildə Şəmkir şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-2365/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2365/2023
24.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver