Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2468/2024 14.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında mediasiya prosesində bağlanmış 25 aprel 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilərək məcburi icraya yönəlməklə, həmin saziş üzrə qalan 8500 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 01 iyun 2023-cü il tarixdən, 01 may 2025-ci il tarixədək hər ay 500 manat ödəmək şərti ilə, cəmi 13000 manat məbləğində pulun ödənilməsinə dair 25 aprel 2023-cü il tarixdə Gəncə 2 saylı Mediasiya Təşkilatında barışıq sazişi imzaladıq və Cavabdeh həmin məbləği aylara bölməklə ödəməyi öhdəsinə götürdü. İlk vaxtlar ödənişlər etsə də, sonradan ödənişləri tamamilə dayandırdı və hazırda onun telefon zənglərinə cavab vermir və nömrələrimi də, blok etmişdir, yəni borcunu ödəməkdən qərəzli şəkildə yayınmadadır. Sözügedən barışıq sazişi üzrə olan 13000 manat borcdan 4500 manatı ödənilmiş, hazırda isə Cavabdeh ona 8500 manat məbləğində borcu qalmışdır. 2023-cü ilin oktyabr ayından başlayaraq Cavabdeh barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyini icra etməməyə başladı və yuxarıda qeyd etdiyi kimi qərəzli şəkildə yayınmaqdadır. Hazırda o həmin barışıq sazişinin icra edilməsi ilə əlaqədar problemlərlə qarşılaşır. Cavabdeh ona olan borcunu ödəməkdən imtina edir, bununla da, mediasiya prosesi zamanı bağlanmış barışıq sazişinin şərtlərini yerinə yetirmir. O məcbur qalıb sözügedən barışıq sazişinin təsdiqlənərək icraya yönəlməsi ilə əlaqədar məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən Cavabdeh ilə onun arasında mediasiya prosesində bağlanmış 25 aprel 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilərək məcburi icraya yönəlməklə, həmin saziş üzrə qalan 8500 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəyə uyğun ifadə verərək, onu təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli MŞG/MT033/2023-00016 barışıq sazişindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında hər iki tərəfin üzv olduğu X1 adlı şəxs tərəfindən yaradılmış whatsapp platformasında yatırım etdiyi 16340 manatın ödənilməmiş qalan 13000 (on üç min) manatı ilə bağlı hissəsində yaranmış zərərin ödənilməsini Cavabdeh öz üzərinə götürür. Tərəflər öz aralarında razılaşırlar ki, mübahisə predmeti olan biznes münasibətində yaranmış zərərin əvəzi olaraq 13000 (on üç min) AZN məbləğində vəsait 1000 manatını nağd şəkildə ödənilməklə qalan 12000 (on iki min) AZN məbləği 24 aylıq müddətə bölməklə hər ay 500 (beş yüz) AZN olmaqla İkinci tərəfin Birinci tərəfə ödənilməsi ilə bağlı barışığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26.1.1 və 355-26.1.2-ci maddələrinə görə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda, məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Lakin mülki işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin digər hissələri qanuna zidd deyildir və barışıq sazişinin həmin hissələri mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Ona görə məhkəmə hesab edir ki, 13000 manat borcdan 4500 manatı ödənilmiş, hazırda isə Cavabdeh ona 8500 manat məbləğində borcu qalmış, həmin borcun tələb etməsinin haqlıdır. İddiaçı və Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixdən (ilk ödəniş günü) başlayaraq hər ay 500 manat olmaqla, cəmi 8500 (səkkiz min beş yüz) manat pul və 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 8600 (səkkiz min altı yüz) manat pul məbləği İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı və Cavabdeh ilə arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. Cavabdeh xx.xx.2024-cü il tarixdən (ilk ödəniş günü) başlayaraq hər ay 500 manat olmaqla, cəmi 8500 (səkkiz min beş yüz) manat pul və 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 8600 (səkkiz min altı yüz) manat pul məbləği İddiaçı xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Həvayət Məhəmmədi