Məhkəmə qərarları › İş №2(076)-2573/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2573/2023

27.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2573/2023 27.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Bayramov Vüsal Rafik oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs X3 iştirakları ilə, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun X6 ilə arasında mediasiya prosesi nəticəsində 06 may 2023-cü il tarixdə bağlanmış, X3 Hüseyn adlı uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 (bir yüz otuz) manat alimenti ödəməyi öhdəsinə götürməsinə dair MŞG/MT0032/2023- 00418 saylı barışıq sazişinin təsdiq edilməsinə və ödənilmiş 100 manat dövlət rüsumunun maraqlı şəxsdən alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, maraqlı şəxs, X6 ilə Şəmkir şəhərində fəaliyyət göstərən, Goranboy 1 saylı Mediaisya Təşkilatının mediatoru X5 iştirakı ilə bağladığı 06 may 2023-cü il tarixli, MŞG/MT0032/2023-00418 saylı Barışıq Sazişinə əsasən X6 01 iyun 2023-cü il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü Hüseyn adlı uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 (yüz otuz) manat alimenti ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin uşaqla ünsiyyətlə bağlı razılaşmışlar. Lakin, maraqlı şəxs X6 götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina edərək, yetkinlik yaşına çatmamış uşağı üçün ödəməli olduğu alimenti ödəməkdən imtina edir. O, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq barışıq sazişinin könüllü icrası üçün həmin Qanununun 34.1-ci maddəsində müəyyən olunmuş müddəti keçirmişdir. Belə ki, Barışıq sazişi üzrə 4 ay alimenti ödədikdən sonra alimenti ödəməkədən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, barışıq sazişinin şərtlərinə əməl etmədiyi üçün barışıq sazişinin məcburi icraya yönəldilməsini xahiş edir. Maraqlı şəxs X6 bildirdi ki, maddi imkanı olmadığı üçün barışıq sazişinin şərtlərinə uyğun aliment ödənişi etməmişdir. Hazırda barışıq sazişinin təsdiq edilərək məcburi icraya yönəldilməsinə etiraz etmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə Ərizəçi doğulmuş X4 atası hesab edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2017ci il tarixdə doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan, mediasiya prosesinin nəticəsində mediator X5 iştirakı ilə bağlanmış 06 may 2023-cü il tarixli, MŞG/MT0032/2023-00418 saylı barışıq sazişindən görünür ki, 13 fevral 2017-ci ildə doğulmuş X1 üçün atası Maraqlı şəxs 01 iyun 2023-cü il tarixdən başlayaraq hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində alimenti Ərizəçi hesabına ödəyəcəyi barədə öhdəlik götürməsi, 13 fevral 2017-ci ildə doğulmuş X8 ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 17:00-dək atası Maraqlı şəxs ilə sərbəst ünsiyyətdə olmasına anası Ərizəçi etirazı olmaması barədə razılıq əldə etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Tərəflər arasında qanunvericiliyə uyğun olaraq könüllü şəkildə 06 may 2023-cü il tarixli, MŞG/MT0032/2023-00418 saylı barışıq sazişi bağlanılmış, barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, lakin maraqlı şəxs X6 tərəfindən barışıq sazişi icra olunmamışdır. Qanunvericiliyin tələbindən göründüyü kimi, əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün müraciət edə bilər. Buna görə ərizəçinin barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi əsaslı hesab edildiyindən təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Hazırki barışıq sazişinin təsdiq olunması barədə qətnamə alimentin tutulması ilə bağlı olduğundan qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu ödənildiyindən və ərizə təmin edildiyindən, həmin məhkəmə xərci X2 alınaraq Ərizəçi verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Ərizəçi ilə maraqlı şəxs X6 arasında mediasiya prosesində bağlanmış, “13 fevral 2017-ci ildə doğulmuş X1 üçün atası Maraqlı şəxs 01 iyun 2023-cü il tarixdən başlayaraq hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində alimenti Ərizəçi hesabına ödəyəcəyinə, 13 fevral 2017-ci ildə doğulmuş X8 ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 17:00-dək atası Maraqlı şəxs ilə sərbəst ünsiyyətdə olmasına Ərizəçi etirazı olmamasına dair” 06 may 2023-cü il tarixli, MŞG/MT0032/2023-00418 saylı nömrəli barışıq sazişi təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Məhkəmə xərci olaraq X2 100 (bir yüz) manat alınaraq Ərizəçi verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar