Məhkəmə qərarları › İş №2(076)-2583/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2583/2024

24.06.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2583/2024 24.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X3 Mirzağa oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2021–ci il tarixli MŞİH–09359 saylı barışıq sazişinin təsdiq edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizənin dəlillərini müdafiə edərək, əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Maraqlı şəxs ilə evlənmiş, birgə nikahdan 08 yanvar 2018–ci il tarixdə Yusif adlı uşaqları doğulmuşdur. Lakin ailə münasibətlərinin pozulması zəmnində ayrılmışlar. Bundan sonra iddiaçı aliment təyin edilməsi məqsədilə Mediasiya Şurasına müraciət etmiş və mediator X1 tərəfindən xx.xx.2021–ci il tarixli MŞİH–09359 saylı barışıq sazişi təsdiq olunmuşdur. Həmin sazişə əsasən o, xx.xx.2022–ci il tarixdən başlayaraq, Yusif adlı uşağın saxlanması üçün 18 yaşına çatanadək hər ay 150 manat alimenti Maraqlı şəxs ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, həmin sazişə əsasən Maraqlı şəxs onun 08 yanvar 2018–ci il təvəllüdlü Yusif adlı uşağı ilə hər həftənin şənbə günü saat 12:00– dan bazar günü saat 10:00–dək 1 gün qalmaq şərtilə görüşməsinə razılıq vermişdir. Barışıq sazişinin bağlandığı ilk vaxtlar alimenti hər ay ödəmiş, lakin sonradan Maraqlı şəxs onun uşağı ilə görüşməsinə imkan verməmişdir. Bu səbəbdən məcbur olub barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Odur ki, mediasiya prosesi nəticəsində Maraqlı şəxs ilə bağlanılmış xx.xx.2021–ci il tarixli MŞİH–09359 saylı barışıq sazişinin təsdiq edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında arayışdan görünür ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahından 08 yanvar 2018–ci il tarixdə Yusif adlı uşaqları doğulmuşdur. İşdə olan Mediasiya Şurasının xx.xx.2021–ci il tarixli MŞİH–09359 saylı barışıq sazişindən görünür ki, Ərizəçi və Maraqlı şəxs arasında barışıq sazişi bağlanmış, həmin sazişə əsasən Ərizəçi xx.xx.2022–ci il tarixdən başlayaraq, Yusif adlı uşağın saxlanması üçün 18 yaşına çatanadək hər ay 150 manat alimenti Maraqlı şəxs ödəməyi öhdəsinə götürmüş, Maraqlı şəxs isə Ərizəçi 08 yanvar 2018–ci il təvəllüdlü Yusif adlı uşağı ilə hər həftənin şənbə günü saat 12:00–dan bazar günü saat 10:00–dək 1 gün qalmaq şərtilə görüşməsinə razılıq vermişdir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, Mediasiya Şurasının xx.xx.2021–ci il tarixli MŞİH–09359 saylı barışıq sazişinə əsasən Ərizəçi xx.xx.2022–ci il tarixdən başlayaraq, Yusif adlı uşağın saxlanması üçün 18 yaşına çatanadək hər ay 150 manat alimenti Maraqlı şəxs ödəməyi öhdəsinə götürmüş, Maraqlı şəxs isə Ərizəçi 08 yanvar 2018–ci il təvəllüdlü Yusif adlı uşağı ilə hər həftənin şənbə günü saat 12:00– dan bazar günü saat 10:00–dək 1 gün qalmaq şərtilə görüşməsinə razılıq vermişdir. Lakin Maraqlı şəxs barışıq sazişini könüllü qaydada icra etməmiş, bu səbəbdən ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM–nin 305.1.17–ci maddəsinin tələblərinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355–23.1–ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2.1–ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355–24–cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1–ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355–25.1–ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355–25.3–cü maddəsinin tələblərinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355–26–cı maddəsində sadalanmış halların olub–olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1–ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3–cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4–cü maddəsinəəsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5–ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2021–ci il tarixli MŞİH– 09359 saylı barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış, Ərizəçi 08 yanvar 2018–ci il tarixdə doğulmuş Yusif adlı uşağı ilə görüşüb ünsiyyətdə olma hüququnun hər həftənin şənbə günü saat 12:00– dan bazar günü saat 10:00–dək 1 gün qalmaq şərtilə müəyyən edilməsi barədə xx.xx.2021–ci il tarixli MŞİH–09359 saylı barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar