Məhkəmə qərarları › İş №2(076)-2627/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2627/2023

13.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2627/2023 13.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 31 mart 1960-cı il tarixdə Şəmkir (sabiq Şamxor) rayonun Zəyəm-Cirdaxan kəndində anadan olması, X2 xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyası, Krım Respublikası, Feodosiya şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək, mərhum ərinin doğum faktının müəyyən edilməsi tələbini səhvən qeyd etdiyini, iddianın həmin hissədə azaldılmasını, mərhum ərinin ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum əri - X6 31,03.1960-cı ildə Şəmkir rayonun (sabiq Şamxor) rayonun Zəyəm-Cırdaxan kəndində anadan olmuşdur. Əri - Mütəllim Vəliyev 03 iyul 2018-ci il tarixdə Rusiya Federasiyası, Krım Respublikası, Feodosiya şəhərində vəfat etmiş və cənazəsi Azərbaycan Respublikası Şəmkir rayonun Zəyəm Cirdaxan kəndinə gətirilərək həmin kəndin qəbirsanlığında dəfn olunmuşdur. Ancaq ərinin vəfatı müvafiq icra hakimiyyəti orqanı olan Maraqlı şəxsndə qeydiyyata alınmamış və ona ölümü haqqında şəhadətnamə verilməmişdir. Ona görə mərhum əri Mütəllim Vəliyevevin vərəsəlik hüququndan istifadə edə bilmir. X13 ölümünün rəsmi qeydə alınması, ölümü haqqında şəhadətnamə verilməsi üçün maraqlı şəxsə, yəni Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxs ona ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5/8-1511 saylı məktubunda ərinin ölümü barədə müvafiq sənədlərin təqdim edilməməsinə görə ölüm qeydinin bərpa edilməsinin mümkün olmaması bildirmişdir. Beləliklə, mərhum Mütəllim Vəliyevin vəfat etməsi barədə sənədi, yəni ölümü haqqında şəhadətnaməni müvafiq icra hakimiyyəti orqanından əldə edə bilməmişdir. Ona görə hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, 31 mart 1960-cı ildə doğulmuş əri - X2 03 iyul 2018-ci il tarixdə Rusiya Federasiyasının Krım Muxtar Respublikasının Feodosiya şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AZE № 09772530 nömrəli şəxsiyyət vəsiqəsinin, P4791248 nömrəli pasportun surətlərindən və Maraqlı şəxs tərəfindən verilmiş 1711 nömrəli arayışdan görünür ki, X6 31 mart 1960-cı il tarixdə, Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində doğulmuş və həmin kəndə qeydiyyatda olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 1711 nömrəli arayışdan görünür ki, X6 və X5 nikahı 30 oktyabr 1990-cı il tarixdə Şəmkir rayon Zəyəm Cırdaxan kənd icra nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 49 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə - Vəliyev, arvada – Vəliyeva soyadları verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrin surətindən görünür ki, X2 xx.xx.1991-ci il təvəllüdlü X3, xx.xx.1993-cü il təvəllüdlü X7 və xx.xx.1997-ci il təvəllüldü X4 adlı uşaqları vardır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-1511 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Krım Muxtar Respublikası ərazisində Ukrayna suvereniteti və Ukrayna qanunvericiliyi qüvvədədir. RF hakimiyyəti orqanları tərəfindən Krım Muxtar Respublikası ilə bağlı tərtib edilmiş sənədlər etibarsızdır, bilavasitə və dolayı yolla təqdim edilməsindən asılı olmayaraq heç bir hüquqi nəticə yaratmır. İş materiallarında olan məzar daşını əks etdirən foto şəkildən görünür ki, 31 mart 1960-ci il tarixdə doğulmuş X6 xx.xx.2018-cü il tarixdə dəfn olunmuşdur. İş materiallarında olan JN-412 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətlərindən görünür ki, X2 mülkiyyətinə 1,36 ha torpaq sahəsi verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək bildirdi ki, mərhum Mütəllim Vəliyev onun qohumu olmuşdur. Mütəllim Vəliyeva ilə həyat yoldaşı Vəsilənin 3 övladı olmuşdur. O, uzun müddət X11 Muxtar Respublikasının Feodesiya şəhərində yaşamış 2018-ci ildə elə orada da vəfat etmişdir. Onun nəşi Şəmkir rayonuna gətirilmiş və o, Şəmkir rayon Zəyəm Cırdaxan kənd qəbirstanlığında dəfn edilmişdir. O, Mütəllim Vəliyevin dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, mərhum X6 onun atası olmuşdur. Ərizəçi isə onun anasıdır. X15 2018-ci ilin iyul ayının 3-ündə uzun müddət yaşadığı Krım Muxtar Respublikasının Feodosiya şəhərində vəfat etmişdir. Onlar ailəsi olaraq onun nəşini yaşadıqları Şəmkir rayonuna gətirtmiş və 04 iyul 2018-ci il tarixdə Şəmkir rayon Zəyəm Cırdaxan kənd qəristanlığında dəfn etmişlər. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, 31 mart 1960-ci ildə doğulmuş X2 03 iyul 2018-ci il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum əri X1 qalan mirasın vərəsələr tərəfindən qəbul edilməsi ilə bağlı mərhum ərinin ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 03 iyul 2018-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 31 mart 1960-cı ildə doğulmuş X2 03 iyul 2018-ci il tarixdə Krım Muxtar Respublikasının Feodosiya şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar