Məhkəmə qərarları › İş №2(076)-2642/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2642/2023

05.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2642/2023 05.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair (maraqlı şəxs – Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 08 yanvar 2023-cü il tarixdə Krım Muxtar Respublikasının Simferopol şəhərində ölmüş oğlu – X4 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X8 onun oğludur. O, 31 avqust 1981-ci ildə Şəmkir rayonunun Sabirkənd kəndində onun X1 birgə nikahından doğulmuşdur. Oğlu Elnur uzun müddət Krım Muxtar Respublikasının Simferopol şəhərində yaşamış və işləmiş, xx.xx.2023-cü ildə orada ürək tutmasından ölmüşdür, onun nəşini Azərbaycana gətirib Sabirkənd kənd qəbirstanlığında dəfn etmişlər. xx.xx.2023-cü il tarixdə Krım Respublikası 7 saylı Simferopol şəhər klinik xəstəxanası tərəfindən oğlu Elnurun ölümü haqqında tibbi şəhadətnamə verilmişdir. O, oğlunun ölümü haqqında qeydiyyat aparılması və ölüm şəhadətnaməsinin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin, Maraqlı şəxs ona imtina məktubu verərək qeyd etmişdir ki, Krım Muxtar .Respublikası ərazisində Ukrayna suvereniteti və Ukrayna qanunvericiliyi qüvvədədir. RF hakimiyyəti orqanları tərəfindən Krım Muxtar Respublikası ilə bağlı tərtib edilmiş sənədlər etibarsızdır, bilavasitə və dolayı yolla təqdim edilməsindən asılı olmayaraq heç bir hüquqi nəticə yaratmır. Odur ki, ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması bildirilməklə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Şəmkir rayon Aqrar İslahat Komissiyasının qərarı ilə 1998-ci ildə «Torpağa mülkiyyət hüququna dair» Dövlət Aktı əsasında Şəmkir rayonunun Sabirkənd kəndinin ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün onun və qızının mülkiyyətinə torpaq sahəsi verilmişdir. Oğlunun ölümündən sonra ondan miras qalmış torpağı o və digər ailə üzvləri faktiki olaraq qəbul etmişlər. Hazırda o oğlundan miras qalmış torpağa görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir. Lakin, onun ölüm haqqında şəhadətnaməsi olmadığına görə bunu qanuniləşdirə bilmir. Hüquqlarından istifadə edə bilmədiyinə görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, 31 avqust 1981-ci ildə doğulmuş X4 08 yanvar 2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1960-cı il tarixdə, Gədəbəy rayonunda doğulmuş Ərizəçi Şəmkir rayonu, Sabirkənd kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ-İV № 115811 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü X4 atası X5, anası Ərizəçidır. İş materiallarında olan AZE № 06134206 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1981-ci il tarixdə, Şəmkir rayonu, Sabirkənd kəndində doğulmuş və həmin kəndə qeydiyyatda olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-1616 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Krım Muxtar Respublikası ərazisində Ukrayna suvereniteti və Ukrayna qanunvericiliyi qüvvədədir. RF hakimiyyəti orqanları tərəfindən Krım Muxtar Respublikası ilə bağlı tərtib edilmiş sənədlər etibarsızdır, bilavasitə və dolayı yolla təqdim edilməsindən asılı olmayaraq heç bir hüquqi nəticə yaratmır. İş materiallarında olan Simferopol şəhəri X13 Müəssisəsi “7 saylı Simferopol şəhər Klinik Xəstəxanası” ƏDQN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Ölüm haqqında tibbi şəhadətnamə”dən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü X8 xx.xx.2023-cü il tarixdə saat 22:30-da xəstəxanada ölmüşdür. İş materiallarında olan foto şəkillərdən görünür ki, xx.xx.1981-ci il tarixdə doğulmuş X8 xx.xx.2023-cü il tarixdə dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlər reyestrindən” Çıxarışların surətlərindən görünür ki, X4 Şəmkir rayonu Sabirkənd ərazisində yerləşən 3 ayrı torpaq sahəsində hər birində 1/5 hissədə payı mövcuddur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, mərhum Elnur Əsgərov onun qaynı Alırzanın oğlu olmuşdur. Qaynı Alırza ilə həyat yoldaşı Pərnisənin 3 övladı var idi. Onlardan Elnur bu ilin yanvar ayında yaşadığı Krım Muxtar Respublikasının Simferopol şəhərində vəfat etmiş, onun nəşi Şəmkir rayonuna gətirilmiş və o Şəmkir rayon Sabirkənd kənd qəbirstanlığında dəfn edilmişdir. O, Elnurun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, mərhum X8 Ərizəçi oğlu olmuşdur. Elnur 2023-cü ilin yanvar ayında Krım Muxtar Respublikasının Simferopol şəhərində vəfat etmişdir. Onu Şəmkir rayon Sabirkənd kənd qəristanlığında dəfn etmişlər. o, Elnurun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1981-ci ildə doğulmuş X4 xx.xx.2023-cü il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum oğlu X2 qalan mirasın vərəsələr tərəfindən qəbul edilməsi ilə bağlı mərhum oğlunun ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X4 xx.xx.2023-cü il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 31 avqust 1981-ci ildə doğulmuş X4 08 yanvar 2023-cü il tarixdə Krım Muxtar Respublikasının Simferopol şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar