Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2660/2025 14.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Həşimov Ağaxan Habil oğlunun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, 1982-ci il tarixdə Şəmkir rayonu, Düyərli kəndində doğulmuş X6 1992-ci ilin noyabr ayının 20-də Şəmkir rayonu, Düyərli kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1982-ci il tarixdə Şəmkir rayonu, Düyərli kəndində doğulmuş X10 1992-ci il noyabr ayının 20-da, 10 yaşında Şəmkir rayonu, Düyərli kəndində yaşadığı evdə ölmüşdür. Güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün DSMF-yə müraciət etdikdə, ona bildirmişlər ki, X6 adına verilmiş «ölüm haqqında şəhadətnamə»ni təqdim etməlidir. Bundan sonra o X6 adına «ölüm haqqında şəhadətnamə»nin verilməsindən ötrü Maraqlı şəxsnə müraciət etmiş, lakin ona imtina olunmuşdur. Belə ki, ona təqdim olunmuş 08 sentyabr 2024-cü il tarixli 3-16-5/8-1989 qeydiyyat nömrəli məktubda göstərilir ki, ölüm haqqında akt qeydinin müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxivində və vətəndaşlaq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Həqiqətən də «ölüm haqqında şəhadətnamə»nin verilməsindən ötrü, ölüm faktını, vaxtını və yerini təsdiq edən müvafiq sənəd, yəni «ölüm haqqında həkim şəhadətnaməsi» Qeydiyyat Şöbəsinə onun tərəfindən təqdim edilməmişdir. Odur ki, o da məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, «ölüm haqqında həkim şəhadətnamə»si olmadığı üçün mərhum övladı X6 ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Eləcə də ölüm faktının müəyyənləşdirilməsi, ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün DSMF-yə təqdim etmək üçün lazımdır. İddia ərizəsinə əlavə etdiyi Şəmkir rayonu, Düyəli kəndində qeydiyyatda olmaqla yaşayan X7, X3, X12 və X4 tərəfindən imzalanmış Şəmkir RİH Başçısının Düyəli kənd İƏÜ Nümayəndəliyi tərəfındən təsdiq olunmuş 19 avqust 2024-cü il tarixli aktdan da görünür ki, 1982-ci il tarixdə Şəmkir rayonu Düyəli kəndində doğulmuş X6 1992-ci ilin noyabr ayının 20-də ölmüşdür. Mərhum X1 rayonu, Düyəli kəndinin ərazisində yerələşən qəbiristanlıqda dəfn olunmuşdur. Odur ki, məhkəmə X6 ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarmalıdır. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin dəlillərini müdafiə edərək, bildirdi ki, o, bəzi sənədləşmə işləri aparmaq istəmiş, lakin, ölüm haqqında şəhadətnamə təqdim edə bilmədiyindən buna nail ola bilməmişdir. Bu məqsədlə Maraqlı şəxsnə müraciət etsə də, həmin orqan ölüm qeydinin bərpa edilməsindən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölüm faktını başqa qaydada əldə edə bilmir. Odur ki, 1982-ci il tarixdə Şəmkir rayonu, Düyərli kəndində doğulmuş X6 1992-ci ilin noyabr ayının 20-də Şəmkir rayonu, Düyərli kəndində ölməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid olaraq X7 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşının yoldaşıdır. Onlar 1981-ci ildə evlənmişlər və birgə nikahlarından 6 nəfər uşaqları doğulmuşdur. Onlardan ikisi vəfat etmişdir. Uşaqlardan biri doğulan zamanı ğlmüş, digəri isə Əli Seyidov adlı uşaqları 10 yaşında ölmüşdür. Məhkəmə iclası zamanı şahid olaraq X3 ifadəsində göstərdi ki, ərizəçi onun qonşusudur. Onun hazırda 4 uşağı var. X17 adlı uşağı iflic xəstəsi idi. Həmin uşaq 10 yaşında evlərində vəfat etmişdir. Məhkəmə iclası zamanı şahid olaraq X4 ifadəsində göstərdi ki, ərizəçi onun əmisinin yoldaşıdır. Uşağının biri iflic və yataq xəstəsi idi. Həmin uşaq 1982-ci ildə doğulmuş, 1992-ci ildə vəfat etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan arayışdan görünür ki, X10 xx.xx.1982-ci il tarixdə Şəmkir rayonu, Düyərli kəndində doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəmkir Rayon X5 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X6 ölümü haqqında tibbi şəhadətnamə olmadığından onun ölümünü təsdiq edən ölüm haqqında tibbi arayış verə bilmirlər. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli məktubdan görünür ki, X6 ölümünün qeydiyyata alınmasından imtina edilmişdir. İşdə olan Şəmkir rayonu, Düyəli kəndində qeydiyyatda olmaqla yaşayan X7, X3, X12 və X4 tərəfindən imzalanmış Şəmkir RİH Başçısının Düyəli kənd İƏÜ Nümayəndəliyi tərəfındən təsdiq olunmuş 19 avqust 2024-cü il tarixli aktdan görünür ki, 1982-ci il tarixdə Şəmkir rayonu Düyəli kəndində doğulmuş X10 1992-ci ilin noyabr ayının 20-də ölmüşdür. Mərhum X1 rayonu, Düyəli kəndinin ərazisində yerələşən qəbiristanlıqda dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Ərizəçi məhkəmə iclasındakı izahatından, mülki işin materiallarından və şahid ifadələrindən müəyyən olundu ki, ərizəçinin oğlu (ərizəçinin mərhumun anası olması işə əlavə edilmiş doğum haqqında arayış ilə təsdiq edilir) X10 xx.xx.1992–ci il tarixdə Şəmkir rayonu, Düyərli kəndində vəfat etmiş və kəndin qəbiristanlığında dəfn edilmişdir, lakin ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Faktın müəyyən olunması ərizəçiyə, güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün DSMF-yə müraciət etmək üçün lazımdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1982-ci il təvəllüdlü X6 Şəmkir rayonu, Düyərli kəndində vəfat etməsi faktının müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməli, xx.xx.1982-ci il təvəllüdlü X6 xx.xx.1992–ci il tarixdə Şəmkir rayonu, Düyərli kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1982-ci il tarixdə doğulmuş X6, xx.xx.1992–ci il tarixdə Şəmkir rayonu, Düyərli kəndində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-2660/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2660/2025
14.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver