Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2732/2023 18.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Hüseynli Xəyal Azər oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediasiya prosesində xx.xx.2023-cü il tarixdə MŞT/MT024/2023-0301 nömrəli bağlanılmış barışıq sazişinin, yəni 17 mart 2023-cü il tarixdən başlayaraq 02 noyabr 2019-cu ildə anadan olmuş X1 üçün Maraqlı şəxs hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) manat məbləğində alimenti Ərizəçi ödəməsinə dair bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o Maraqlı şəxs ilə 2019-cu ildə ailə qurmuşdur, nikahlarını xx.xx.2019-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2019-cu ildə Səbinə adlı bir övladları olmuşdur. Cavabdehlə ailə qurduqları ilk vaxtlar ailə münasibətləri normal olmuş, lakin sonradan cavabdehin günahı üzündən ailədə olan normal münasibətlər pozulmuşdur. 2022-ci ilin noyabr ayında ayrılmışlar. Ayrıldaıqdan sonra o uşağıla birlikdə valideyinlərinin yanında yaşamışdır. 2023-cü ilin mart ayında Maraqlı şəxs ilə birlikdə nikahın pozulması və uşaqların saxlanılması üçün alimentin müəyyən edilməsi barədə mübahisənin məhkəməyə qədər həlli üçün mediatora müraciət etdilər. Mediasiya prosesində onunla Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə MŞT/MT024/2023-0301 nömrəli barışıq sazişi bağlanıldı. Həmin barışıq sazişinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2019-cu ildə anadan olmuş X1 üçün Maraqlı şəxs hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) manat məbləğində alimenti Ərizəçi ödəməsi barədə razılşadı. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-1486/2023 saylı qətnaməsi ilə Maraqlı şəxs ilə aralarında olan nikah pozulmuşdur. Lakin Maraqlı şəxs xx.xx.2023-ci il tarixdən başlayaraq uşaqların saxlanılması üçün öhdəsinə götürdüyü alimenti hazırkı vaxtdadək heç bir məbləğini ödəməmişdir, bir neçə dəfə Maraqlı şəxs alimenti ödəməsini xahiş etsə də lakin sonuncu bəhanələr kətirərək bu günədək aliment ödəməkdən yayınmışdır. Hesab edir ki, onların aralarında bağlanmış xx.xx.2023-cü il tarixdə MŞT/MT024/2023-0301 nömrəli barışıq sazişi məhkəmə qaydasında təsdiq edilməlidir. Ərizəçi ərizə təqdim edərək, onunla Maraqlı şəxs arasında mediasiya prosesində xx.xx.2023-cü il tarixdə MŞT/MT024/2023-0301 nömrəli bağlanılmış barışıq sazişinin, yəni 17 mart 2023-cü il tarixdən başlayaraq 02 noyabr 2019-cu ildə anadan olmuş X1 üçün Maraqlı şəxs hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) manat məbləğində alimenti Ərizəçi ödəməsinə dair bağlanmış barışıq sazişinin təsdiq edilməsinə və ödənilmiş 100 manat dövlət rüsumunun maraqlı şəxsdən alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, barışıq sazişinin şərtlərinə əməl etmədiyi üçün barışıq sazişinin məcburi icraya yönəldilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mart ayından bu günədək cəmi bir dəfə ödəniş edilib. Maraqlı şəxs bildirdi ki, onda ərizəçinin kartı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Barışıq sazişinin şərtləri ilə bağlı heç bir narazılığı yoxdur. Hazırda barışıq sazişinin təsdiq edilərək məcburi icraya yönəldilməsinə etiraz etmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan, mediasiya prosesinin nəticəsində mediator X5 iştirakı ilə bağlanmış xx.xx.2023-cü il tarixli, MŞT/MT024/2023-0301 saylı barışıq sazişindən görünür ki, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2019-cu ildə doğulmuş X2 üçün atası Maraqlı şəxs hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimenti Ərizəçi hesabına ödəyəcəyi barədə razılıq əldə etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Tərəflər arasında qanunvericiliyə uyğun olaraq könüllü şəkildə xx.xx.2023-cü il tarixli, MŞT/MT024/2023-0301 saylı barışıq sazişi bağlanılmış, barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, lakin Maraqlı şəxs tərəfindən barışıq sazişi icra olunmamışdır. Qanunvericiliyin tələbindən göründüyü kimi, əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün müraciət edə bilər. Buna görə ərizəçinin barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi əsaslı hesab edildiyindən təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Hazırki barışıq sazişinin təsdiq olunması barədə qətnamə alimentin tutulması ilə bağlı olduğundan qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu ödənildiyindən və ərizə təmin edildiyindən, həmin məhkəmə xərci Maraqlı şəxs alınaraq Ərizəçi verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin olunsun. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış, “xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2019-cu ildə doğulmuş X2 üçün atası Maraqlı şəxs hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi hesabına ödəyəcəyinə dair” xx.xx.2023-cü il tarixli, MŞT/MT024/2023-0301 saylı nömrəli barışıq sazişi təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Məhkəmə xərci olaraq Maraqlı şəxs 100 (bir yüz) manat alınaraq Ərizəçi verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-2732/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2732/2023
18.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver