Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2744/2024 23.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Ərizəçi: X4 iştirakı ilə Ərizəçi X4 şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi X10 şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, X3 08 dekabr 2021–ci il tarixdə Şəmkir rayonu, Düzqışlaq kəndində vəfat etməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu, Təzəkənd kəndində yaşayır. xx.xx.1997-ci ildə X6 ilə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2001-ci ildə X11 dünyaya gəlmişdir. X7 xx.xx.2021-ci ildə Şəmkir rayonu Düzqışlaq kəndində vəfat etmiş və Şəmkir rayon Düzqışlaq kənd qəbirstanlığında dəfn olunmuşdur. X7 xx.xx.1959-cu ildə Şəmkir rayonu, Təzəkənd kəndində anadan olmuş, sonradan Rusiya Federasiyası vətəndaşlığını qəbul edərək Rusiya Federasiyasında yaşamışdır. Rusiya Federasiyasında yaşamasına baxmayaraq ailəsinin yanına gəlib-getmiş və 2021-ci ildə xəstələndiyi üçün Azərbaycan Respublikasına qayıtmış və Şəmkir rayonu Düzqışlaq kəndində vəfat etmişdir. X3 ölümü barədə müvafiq qeyd aparılması üçün, müraciət etdikdə ölümün qeyd olunamsında imtina olunmuş, imtinan əsası olaraq ölüm qeydiyyatının, ölüm faktının təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeyd alınması göstərilmişdir. X7 evdə vəfat etmişdir. X7 öldükdən sonra xəstəxanaya aparılmamış və təcili tibbi yardım çağırılmadığı üçün hazırda xəstəxana tərəfindən ölüm faktının təsdiq edən tibbi şəhadətnamə verilməməkdədir. Hazırda ona və oğlu X8 müvafiq sənədləşdirmələrin aparılması üçün, X3 ölümünü qeyd etdirmək lazımdır. Ərizəçi X10 məhkəmə iclası zamanı ərizəsinin dəlillərini müdafiə edərək, bildirdi ki, o, bəzi sənədləşmə işləri aparmaq istəmiş, lakin, ölüm haqqında şəhadətnamə təqdim edə bilmədiyindən buna nail ola bilməmişdir. Bu məqsədlə Maraqlı şəxsnə müraciət etsə də, həmin orqan ölüm qeydinin bərpa edilməsindən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölüm faktını başqa qaydada əldə edə bilmir. Odur ki məhkəmədən X3 08 dekabr 2021– ci il tarixdə Şəmkir rayonu, Düzqışlaq kəndində vəfat etməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, hazırda Şəmkir rayonu, Düzqışlaq kəndində yaşayır. Mərhum Arzuman cəfərov qardaşı olmuşdur. O, uzun müddət Rusiya Federasiyasında yaşamışdır. X2 08 dekabr 2021-ci il tarixdə xəstə olduğu üçün vəfat etmiş və Düzqışlaq kənd qəbirstanlığında dəfn edilmişdir. O özü də yas mərasimində yaxından iştirak etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, hazırda Şəmkir rayonu, Düzqışlaq kəndində yaşayır. Ərizəçinin ailəsi ilə qonşudur, bu səbəbdən ərizəçini və ailəsini yaxından tanıyır. Həqiqətən, ərizəçinin əri X7 08 dekabr 2021-ci il tarixdə vəfat etmiş və kənd qəbirstanlığında dəfn edilmişdir. O özü də yas mərasimində yaxından iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 ilə Ərizəçi arasında xx.xx.2005–ci il tarixdə rəsmi nikah bağlanmışdır. İşdə olan doğum haqqında arayışdan görünür ki, X6 22 avqust 1959-cu il tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində anadan olmuşdur. İşdə olan qəbir daşına aid fotoşəkildən görünür ki, X6 22 avqust 1959-cu il tarixdə doğulmuş, 08 dekabr 2021–ci il tarixdə vəfat etmişdir. İşdə olan Düzqışlaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X7 xx.xx.2021-ci ildə Şəmkir rayonu Düzqışlaq kəndində vəfat etmiş və Şəmkir rayon Düzqışlaq kənd qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli məktubdan görünür ki, X3 ölümünün qeydiyyata alınmasından imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəmkir Rayon X9 X18 Həkim Məntəqəsi tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli tibbi arayışdan görünür ki, X7 xx.xx.2021-ci ildə Şəmkir rayonu Düzqışlaq kəndində vəfat etmiş, Arzuman Cəfərovun yaxınları xəstəxanaya müraciət etmədiyindən onun ölümünü təsdiq edən ölüm haqqında tibbi arayış verə bilmirlər. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, mərhum X7 22 avqust 1959–cu il tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində doğulmuş, 08 dekabr 2021–ci il tarixdə Şəmkir rayonu, Düzqışlaq kəndində vəfat etmiş və kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin, dövlət qeydiyyatını aparan orqanların ölümü vaxtında qeydiyyata alınması üçün müvafiq sənədləşmə aparmamaları səbəbindən onun ölümü qeydiyyata alınmamışdır. X1 ərizəçi X4 əri olduğu təsdiq olunur. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8–ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İş materialları ilə müəyyən olunur ki, ərinin ölüm faktının təsdiq edilməsi ərizəçiyə müvafiq sənədlər almaq üçün lazımdır. Ölüm tarixindən uzun müddət keçdiyindən, bununla bağlı hər hansı tibbi sənəd olmadığından Maraqlı şəxs ərizəçinin mərhum ərinin ölümünə dair hüquqi sənəd verilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, ərizəçinin tələbi haqlıdır və bu səbəbdən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 22 avqust 1959–cu il tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində doğulmuş X3, 08 dekabr 2021–ci il tarixdə Şəmkir rayonu, Düzqışlaq kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-2744/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2744/2024
23.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver