Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-275/2024 30.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X10 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi Nümayəndə1 və vəkili Vəkil Cavabdeh: Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad edilməsi, torpaq sahəsində quraşdırılmış istilikxananın cavabdehin vəsaiti hesabına söklüməsi və cavabdehin əşyaları ilə birlikdə çıxarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad edilməsi, torpaq sahəsində quraşdırılmış istilikxananın cavabdehin vəsaiti hesabına söklüməsi və cavabdehin əşyaları ilə birlikdə çıxarılması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********20 reyestr nömrəli Çıxarış əsasında mülkiyyətində olan, Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.3209 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi, torpaq sahəsində quraşdırılmış istilikxananın cavabdehin vəsaiti hesabına söklüməsi və cavabdehin əşyaları ilə birlikdə çıxarılaraq torpaq sahəsinin qaytarılması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********20 reyestr nömrəli Çıxarış əsasında Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.3209 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi onun və digər ailə üzvlərinin mülkiyyətindədir. Lakin cavabdeh onların icazəsi olmadan torpaq sahəsini zəbt edərək orada istilikxana quraşdırmış, yonca əkib–becərməklə özbaşına torpaq sahəsində istifadə etmişdir. Dəfələrlə cavabdehə qanunsuz əməllərinə son qoymağı təklif etsə də, cavabdeh buna məhəl qoymamış, ona və ailə üzvlərinə məxsus torpaq sahəsini zəbtdən azad etməmişdir. Hazırda onlar mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edə bilmirlər. Bu səbəbdən məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Odur ki, xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********20 reyestr nömrəli Çıxarış əsasında mülkiyyətində olan, Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.3209 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi, torpaq sahəsində quraşdırılmış istilikxananın cavabdehin vəsaiti hesabına söklüməsi və cavabdehin əşyaları ilə birlikdə çıxarılaraq torpaq sahəsinin qaytarılması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” əlavə ərizə təqdim edərək, xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********20 reyestr nömrəli Çıxarış əsasında mülkiyyətində olan, Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.3206 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi, torpaq sahəsində quraşdırılmış istilikxananın cavabdehin vəsaiti hesabına söklüməsi və cavabdehin əşyaları ilə birlikdə çıxarılaraq torpaq sahəsinin qaytarılması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********20 reyestr nömrəli Çıxarış əsasında Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.3209 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi təmsil etdiyi şəxsin və digər ailə üzvlərinin mülkiyyətindədir. Lakin cavabdeh həmin torpaq sahəsini özbaşına zəbt edərək, orada qanunsuz istilikxana inşa etmiş və torpaq sahəsini təyinatına uyğun istifadə etmişdir. Təmsil etdiyi şəxs dəfələrlə cavabdehdən torpaq sahəsindən çıxmasını, habelə qanunsuz inşa etdiyi istilikxananı sökməsini tələb etsə də, cavabdeh ona məhəl qoymamış və qanunsuz hərəkətlərini davam etdirmişdir. Hesab edir ki, cavabdehin sahibliyi qanunsuzdur. Belə ki, iddiaçı qanuni əsaslarla mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir, öz hüquqlarını həyata keçirməkdən məhrum olmuşdur. Ona görə də cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılmalı, quraşdırılmış istilikxananın cavabdehin vəsaiti hesabına sökülməli və torpaq sahəsi iddiaçıya qaytarılmalıdır. Odur ki, xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********20 reyestr nömrəli Çıxarış əsasında mülkiyyətində olan, Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.3206 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi, torpaq sahəsində quraşdırılmış istilikxananın cavabdehin vəsaiti hesabına söklüməsi və cavabdehin əşyaları ilə birlikdə çıxarılaraq torpaq sahəsinin qaytarılması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh nümayəndəsi X2 təmsil etdiyi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərdi ki, mübahisəli torpaq sahəsi uzun illər əvvəl Keçili Bələdiyyəsi tərəfindən təmsil etdiyi şəxsin icarəsinə verilmişdir. Təmsil etdiyi şəxs də həmin torpaq sahəsində istilikxana inşa etdirmiş və torpaq sahəsindən təyinatına uyğun istifadə etmişdir. Hesab edir ki, iddiaçının adına verilmiş Çıxarış qanunsuz olmuşdur. Belə ki, torpaq sahəsi cavabdehin icarəsində olduğu halda iddiaçının adına Çıxarış tərtib edilə bilməzdi. Cavabdeh isə tam qanuni əsaslarla icarəsində olan torpaq sahəsindən istifadə etmişdir. Belə olan halda təmsil etdiyi şəxsə qarşı qaldırılmış iddianı əsassız hesab edir. Odur ki, izahatında göstərdikləri halları nəzərə alaraq, iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Üçüncü şəxs Keçili Bələdiyyəsinə, üçüncü şəxs qismində cəlb edilmiş X7 və X4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, vəkilin çıxışını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********20 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.3209 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı, X9, X3, X5 və X6 adına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2022–ci il tarixli, AA 855948 saylı “X11 və Ölçüsü”ndən görünür ki, Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.3209 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024–cü il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan, Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.3206 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi bütünlüklə cavabdeh tərəfindən istifadə edilir və həmin torpaq sahəsində istilikxana quraşdırılmışdır. İşdə olan məhkəmə tikinti–texniki ekspertizasının xx.xx.2024–cü il tarixli 3–16–16/2– 10/4375 nömrəli rəyindən görünür ki, xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan, Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.3206 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi bütünlüklə cavabdeh tərəfindən istifadə edilir və həmin torpaq sahəsində istilikxana quraşdırılmışdır. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.3209 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********20 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı, onun digər ailə üzvləri X9, X3, X5 və X6 paylı mülkiyyətindədir. Lakin həmin torpaq sahəsi bütünlüklə cavabdeh tərəfindən istifadə edilir və həmin torpaq sahəsində istilikxana quraşdırılmışdır. İddiaçı dəfələrlə həmin torpaq sahəsini könüllü olaraq qaytarmağı təklif etmiş, lakin cavabdeh iddiaçıya məxsus torpaq sahəsini qaytarmaqdan imtina etmişlər. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə qanunsuz zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, həmin kənd təsərrüfat təyinatlı torpaq sahəsi cavabdehin istifadəsində və sahibliyindədir. Cavabdehin həmin torpaq sahəsi üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84–cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********20 reyestr nömrəli Çıxarış əsasında Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.3206 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh zəbtindən azad edilməli, torpaq sahəsində quraşdırılmış istilikxana cavabdehin vəsaiti hesabına sökülməli və cavabdeh əşyaları ilə birlikdə çıxarılaraq torpaq sahəsi iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, təyin edilmiş məhkəmə tikinti–texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 100 manat məhkəmə xərci cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********20 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı və digər ailə üzvlərinin paylı mülkiyyətində olan, Şəmkir rayonu, Keçili kəndində yerləşən 0.3206 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh zəbtindən azad edilsin, həmin torpaq sahəsində quraşdırılmış istilikxana cavabdehin vəsaiti hesabına sökülsün, cavabdeh əşyaları ilə birlikdə çıxarılaraq torpaq sahəsi iddiaçıya qaytarılsın. Cavabdeh aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X12
Məhkəmə qərarları › İş №2(076)-275/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-275/2024
30.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver