Məhkəmə qərarları › İş №2(076)-2897/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2897/2025

16.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2897/2025 16.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Həşimov Ağaxan Habil oğlunun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1952-ci ildə Şəmkir şəhərində doğulmuş X3nun xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi və xx.xx.2025-ci il tarixdə Şəmkir şəhəri, Sərxan qəbirsanlığında dəfn edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o xx.xx.1982-ci ildə ünvan 1 ünvanında yaşayır. Onun atası X2 xx.xx.1952-ci ildə anadan olmuş, Şəmkir şəhəri, Sabir küçəsi-3 nömrəli evdə onlarla birgə yaşamışdır. X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində Semaşqa xəstəxanasında Ürək çatışmamazlığından bioloji ölüm baş verdiyindən vəfat etmiş və xx.xx.2025-ci ildə Şəmkir şəhəri Sərxan qəbirsanlığında dəfn edilmişdir. Lakin o qanunu bilmədiyinə görə X3nun ölümü ilə əlaqədar müvafiq orqanlara müraciət etməmiş və ona ölüm haqqında şəhadətnamə almamışdır. O atasının ölümü il bağlı dəfn xərclərinin və digər işlərin görülməsi ilə bağlı müvafiq orqanlara müraciət etmiş olsa da atasının ölüm haqqında şəhadətnaməsini almadığı üçün tələbindən imtina edilmişdir. Bu məqsədlə Maraqlı şəxsnə müraciət etsə də, həmin orqan mərhum atasının ölüm qeydinin bərpa edilməsindən imtina etmiş və məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mərhum X3nun ölüm faktının başqa qaydada əldə edə bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin dəlillərini müdafiə edərək, bildirdi ki, o, bəzi sənədləşmə işləri aparmaq istəmiş, lakin, ölüm haqqında şəhadətnamə təqdim edə bilmədiyindən buna nail ola bilməmişdir. Bu məqsədlə Maraqlı şəxsnə müraciət etsə də, həmin orqan ölüm qeydinin bərpa edilməsindən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölüm faktını başqa qaydada əldə edə bilmir. Odur ki, xx.xx.1952-ci ildə Şəmkir şəhərində doğulmuş X3nun xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi və xx.xx.2025-ci il tarixdə Şəmkir şəhəri, Sərxan qəbirsanlığında dəfn edilməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid olaraq Şahid1 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşıdır. X2 onun atasıdır. X2 xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə keçən gecə vəfat etmişdir. Atası Bakı şəhərində Semaşqa xəstəxanasında ürək çatışmamazlığından vəfat etmişdir. Məhkəmə iclası zamanı şahid olaraq Şahid2 ifadəsində göstərdi ki, ərizəçi onun qaynıdır. X2 onun qaynatasıdır. X2 xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə keçən gecə vəfat etmişdir. Mərhum X1 qəbirsanlığında dəfn edilmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1952-ci il tarixdə Şəmkir şəhərində doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “X11” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 1952-ci il təvəllüdlü X5 xx.xx.2025-ci il tarixdə saat 03:45-də TTTY briqadası tərəfindən X10 acil şöbəsinə gətirilmişdir. Dərhal aparılan reanimasion tədbirlərə baxmayaraq xəstədə xx.xx.2025-ci il tarixdə saat 04:35-də bioloji ölüm baş vermişdir. Hadisə barəsində Yasamal RPİ-nin 29-cu PB-nin əməkdaşı Həsənova məlumat verilmişdir (432 30 28). A. Əmiraslanovun meyidi polis baş leytenantı Pərviz Qəmbərova təhvil verilmişdir. Bu səbəbdən X11 ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025–ci il tarixli məktubdan görünür ki, X4 ölümünün qeydiyyata alınmasından imtina edilmişdir. İşdə olan Şəmkir rayonu Şəmkir Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan, xx.xx.1952-ci il təvəllüdlü X5 xx.xx.2025-ci il tarixdə vəfat etmiş və Şəmkir şəhərinin Sərxan qəbirsanlığında dəfn edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 xx.xx.1952-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Ərizəçi məhkəmə iclasındakı izahatından, mülki işin materiallarından və şahid ifadələrindən müəyyən olundu ki, ərizəçinin atası X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Sərxan qəbirsanlığında dəfn edilmişdir, lakin ərizəçi atasının ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1952-ci ildə Şəmkir şəhərində doğulmuş X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməli, xx.xx.1952-ci ildə Şəmkir şəhərində doğulmuş X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1952-ci ildə Şəmkir şəhərində doğulmuş X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar