Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-29/2024 29.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdehlərin nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “daşınmaz əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “daşınmaz əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir şəhərində yerləşən 0,0297 ha, 0,1016 ha və 0,9512 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin cavabdehlərlə aralarında bölünməsinə və konkret payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 keçmiş əri, Cavabdeh2 - qızı, Cavabdeh3 isə oğludur. Cavabdeh1la aralarında olan nikah xx.xx.2014-cü il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Şəmkir rayonu ərazisində cavabdehlərlə birlikdə 0,0297 ha, 0,1016 ha və 0,9512 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri almışlar. Həmin torpaq sahələri xx.xx.2010-cu il tarixdə mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, adlarına 0092084, ******* və ******* nömrəli DƏDRX-nin reyestrdən çıxarışlar verilmişdir. Mübahisəli torpaq sahələrinin hər birində onun və cavabdehlərin 1/4 hissədə payı vardır. Hazırda o torpaq sahələrinin ona məxsus olan hissəsini satmaq istəyir. Cavabdehlərə torpaq sahələrinin aralarında könüllü qaydada bölünməsini təklif etməsinə baxmayaraq, onlar buna razı olmamışlar. Ona görə də payının naturada ayrılmasını, mülkiyyətdə olan 0,0297 ha, 0,1016 ha və 0,9512 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər birinin 1/4 hissəsinin naturada bölünərək ona verilməsini istəyir. Mübahisənin həll olunması üçün hər üç torpaq sahəsi aralarında real bölünməli, hər kəsin payı konkret müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbini müfadiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ələva olaraq bildirdi ki, xx.xx.2023-cü il tarixli ekspertiza rəyi ilə razıdırlar. İddiaçı müalicə xərclərini ödəmək üçün həmin torpaqları satmaq istəyir. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə1 iddianı qəbul etməyərək, verdiyi izahatında bildirdi ki, qeyd olunan torpaq sahələrində istilikxana mövcuddur. Ekspertiza rəyi ilə razı deyillər. Belə ki, torpaq sahələrinin bölünməsi onların istifadə hüquqlarını məhdudlaşdıracaqdır. Qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan seriya MA ******* nömrəli, xx.xx.2010-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Şəmkir şəhərində yerləşən 0.0297 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi **********08 daşınmaz əmlakın reyestr nömrəsi ilə Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X2 paylı mülkiyyətindədir. İş materiallarında olan seriya MA ******* nömrəli, xx.xx.2010-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Şəmkir şəhərində yerləşən 0.1016 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi **********09 daşınmaz əmlakın reyestr nömrəsi ilə Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X2 paylı mülkiyyətindədir. İş materiallarında olan seriya MA ******* nömrəli, xx.xx.2010-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Şəmkir şəhərində yerləşən 0.9512 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi **********10 daşınmaz əmlakın reyestr nömrəsi ilə Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X2 paylı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6620 nömrəli Məhkəmə ekspertizasının ekspert rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Seriya MA 0092085, reyestr nömrəsi **********09, qeydiyyat ********** nömrəsi ilə qeydə alınmış Şəmkir şəhərində yerləşən 0,1016 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Seriya MA 0092086, reyestr nömrəsi **********10, qeydiyyat ********** nömrəsi ilə qeydə alınmış Şəmkir şəhərində yerləşən 0,9512 ha kənd təsərrüfatı təyinatlı ümumi paylı mülkiyyətdə olan torpaq sahələri üzərində, İddiaçı 1/4 hissədə payına mütənasib surətdə naturada ayrılması texniki cəhətdən mümkündür. Lakin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Seriya MA 0092084, reyestr nömrəsi **********08, qeydiyyat **********2 nömrəsi ilə qeydə alınmış, Şəmkir şəhərində yerləşən 0,0297 ha kand təsərrüfatı təyinatlı torpaq sahəsi bölünən zaman kiçik hissələrdən ibarət torpaq istifadəçiləri (kiçik servitut istifadəçilik) yaranır. Bu isə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin səmərəsiz istifadəsi ilə nəticələnir. Tərəflərin payları naturada ayrılacağı təqdirdə həmin torpaq sahəsinin təyinatı üzrə istifadə olunmasında məhdudiyyət yaranacaqdır. Bu səbəbdən də 0,0297 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bölünməsi mümkün deyildir. Şəmkir şəhəri ərazisində yerləşən 0,1016 ha kənd təsərrüfatı təyinatlı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsi üzərində İddiaçı 1/4 hissədə payına uyğun naturada ayrıldığı halda bölgü yerin cənubi şərqindən şimali qərbinə doğru istiqamətdə, 0,9512 ha kənd təsərrüfatlı ümumi paylı mülkiyyətdə olan torpaq sahəsi üzərində İddiaçı ¼ hissədə payına uyğun ayrıldığı halda bölgü yerin cənubi qərbindən şimali qərbə doğru istiqamətdə aparılmalıdı. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, mübahisəli daşınmaz əmlaklar tərəflərin ümumi paylı mülkiyyətindədir və tərəflərin daşınmaz əmlakların dövlət reyestrində qeydə alınmışdır. Həmin torpaq sahələrində tərəflərin hər birinin 1/4 hissədə paylı mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Belə ki, tərəflərin, yəni paylı mülkiyyətçilərin hər birinin mübahisəli əmlakdan istifadə hüquqları vardır. Lakin, paylı mülkiyyətçilər tərəfindən mülkiyyətin öz aralarında bölünməsində də razılıq əldə edilməmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının nəticəsinə görə mübahisəli Şəmkir şəhərində yerləşən 0,1016 ha və 0,9512 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin iddiaçının payına müvafiq olaraq naturada ayrılması da mümkündür. Məhkəmə iddia tələbinin 0.0297 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlərlə aralarında bölünməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbinin həmin hissəsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində göstərilən şərtlər əsasında 0.0297 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada bölgüsü mümkün deyildir. Belə ki, 0.0297 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində tərəflərin ümumi paylı mülkiyyət hüquqları dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. İddiaçı paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payının ayrılmasını tələb etmişdir. Lakin, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2- 10/6620 saylı rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Seriya MA 0092084, reyestr nömrəsi **********08, qeydiyyat **********2 nömrəsi ilə qeydə alınmış, Şəmkir şəhərində yerləşən 0,0297 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bölünən zaman kiçik hissələrdən ibarət torpaq istifadəçiləri (kiçik servitut istifadəçilik) yarandığından kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin səmərəsiz istifadəsi ilə nəticələnir. Tərəflərin payları naturada ayrılacağı təqdirdə həmin torpaq sahəsinin təyinatı üzrə istifadə olunmasında məhdudiyyət yaranacağından 0,0297 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bölünməsi mümkün deyildir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, seriya MA ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X2 mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 0.1016 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və seriya MA ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X2 mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 0.9512 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Vəliyeva (Həsənova) Şərafət İmran qızının payına mütənasib olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2- 10/6620 saylı ekspertiza rəyinə əlavə edilmiş bölgü layihəsinin sxemlərinə uyğun olaraq iddiaçı Vəliyeva (Həsənova) Şərafət İmran qızının payı 1/4 hissədə naturada ayrılaraq ona verilməlidir. Azərbaycan Respublikası MPM–in 124.1–ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin edildiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərcinin 50 manatı İddiaçı, 50 manatı isə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Seriya MA ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X2 mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 0.1016 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və seriya MA ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X2 mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 0.9512 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Vəliyeva (Həsənova) Şərafət İmran qızının payına mütənasib olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3- 16-16/2-10/6620 saylı ekspertiza rəyinə əlavə edilmiş bölgü layihəsinin sxemlərinə uyğun olaraq iddiaçı Vəliyeva (Həsənova) Şərafət İmran qızının payı 1/4 hissədə naturada ayrılaraq ona təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərcinin 50 manatı İddiaçı, 50 manatı isə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-29/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-29/2024
29.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver