Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2902/2023 04.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, Ərizəçi İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin X3 qarşı tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2-02811 saylı Barışıq sazişinin təsdiq edilməsi, sazişə görə X1 5000 (beş min) manat borc məbləğinin, iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 100 (yüz) manat dövlət rüsumunun, ümumilikdə 5100 (beş min yüz) manat məbləğin, İddiaçı MMC-nin xeyrinə birdəfəlik ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN: **********) Şəmkir rayonu, Sarıtəpə kənd ərazisində istixana şəraitində qızılgül yetişdirilməsi ilə məşğul olur. Müəssisə istehsal etdiyi qızıl güllərin satışını işçi kimi cəlb olunaraq əmək müqaviləsi bağlanmış satış menecerləri və anbardarlar vasitəsilə müvafiq satış nöqtələrinə paylamaqla həyata keçirir. Satışa paylanmış məhsullara görə satış nöqtələrinin etdiyi ödənişlər satış menecerləri və anbardarlar vasitəsilə müəssisəyə çatdırılır və müəssisə tərəfindən bu prosesin müvafiq qaydada mühasibatlığı aparılmaqla satış menecerlərinə verilmiş mallar üzrə mədaxil-məxaric sənədləri tərtib olunur. Eyni ilə X4 da xx.xx.2019-cı il tarixində şirkətin ünvan 1 ünvanda yerləşən anbarına anbardar kimi cəlb olunmuş və onunla əmək və tam maddi məsuliyyət haqqında nümunəvi müqavilələr imzalanmışdır. Orxan Ələskərovla bağlanmış əmək müqaviləsinə öz xahişi ilə xx.xx.2022-ci ildə xitam verilərkən aparılan təhvil-təslim zamanı müəyyən olunmuşdir ki, o işlədiyi müddət ərzində qəbul etdiyi güllərin 6000 (altı min) dəyərində hissəsini özünə məxsus gül satışı ilə məşğul olan mağazaya apararaq məhsulun satışını həyata keçirmiş, lakin həmin məbləği də müəssisənin kassasma ödəməmişdir. Araşdırma zamanı, Orxan Ələskərov müəssisəyə 6000 (altı min) manat borcunun olduğunu etiraf etmiş və bu barədə üzləşmə aktı imzalanmışdır, (aktın surəti əlavə ounur) X8 həmin məbləğdən yalnız 500 (beş yüz) manat ödəmişdir. Qalan 5500 manat məbləğin tələb edilməsi üçün tərəfimizdən xx.xx.2023-cü il tarixdə Bakı 2 saylı mediasiya təşkilatına müraciət olunmuş, xx.xx.2023-cü il tarixdə tərəflər arasında mediasiya prosesi keçirilmiş və 2-02811 saylı Barışıq sazişi imzalanmışdır. (Sazişin surəti əlavə olunur) Sazişə əsasən Orxan Ələskərov 5500 manat məbləğ bitənədək hər ay (beş yüz) manat olmaqla İddiaçı MMC-nin hesabına ödəməlidir. Ödəmə hər ayın 10-dək aparılmalıdır. Yalnız bir dəfə - xx.xx.2023-cü il tarixdə Orxan Ələskərov müəssisənin kassasına 500 (beş yüz) manat ödəmişdir. Kassa mədaxil orderinin surəti əlavə olunur) Lakin sonrakı ödəniş vaxtlarında heç bir ödəniş aparılmamışdır. Aylıq ödəniş vaxtından 2 (iki) ay müddət keçməsi barədə xəbərdarlıq edilsə də, o ödəniş etməkdən imtina etmişdir. Yuxarıda göstərilənlərdən aydın olur ki, X4 mediasiya prosesinda imzalanmış barışıq sazişinin tələbləri pozur, məbləğ bitənədək borc öhdəliyini hissə-hissə icra etməkdən imtina edir. Ərizəçi «Azaqro” MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilib, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs X4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin keçmiş satış təmsilçisi Ələskərov Orxan və İddiaçı MMC-nin baş mühasibi X5 arasında olan xx.xx.2022-ci il tarixli Üzləşmə aktından görünür ki, qızılgül satışı nəticəsində həmin tarixə X4 tərəfindən İddiaçı MMCyə ödənilməli olan debitor borcun məbləği 6000 manat təşkil edir. Akt hər iki iştirakçı tərəfindən imzalanmışdır. İşdə olan «Azaqro” MMC və X4 arasında xx.xx.2023-cü il tarixli 2-02811 nömrəli mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişindən görünür ki, tərəflər razılaşmışdır ki, X4 5500 manat məbləğində pul tələbini ayda 500 manat olmaqla İddiaçı MMC-nin hesabına ödəyəcəkdir. İlk aylıq ödəmə xx.xx.2023-cü il tarixdə ödəniləcək və bu qayda ilə hər növbəti ayın 10-u ödəmə borc bitənədək davam etdiriləcəkdir. Sazişin bəndlərində bunlar qeyd edilmişdir: 1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar birbirini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. 4. Saziş könüllü icra olunmalıdır. 6. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 7. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 8. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26.1.1 və 355- 26.1.2-ci maddələrinə görə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda, məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191.2-ci maddəsinə əsasən ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. 192.2-ci maddəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Lakin mülki işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin digər hissələri qanuna zidd deyildir və barışıq sazişinin həmin hissələri mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa ərizəçi ərizəsində ümumilikdə 5100 (beş min yüz) manat məbləğin, İddiaçı MMC-nin xeyrinə birdəfəlik ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, X4 5500 manat məbləğində pul tələbini ayda 500 manat olmaqla İddiaçı MMC-nin hesabına ödəməsi ilə bağlı barışıq sazişi bağladıqlarında, məhkəmə də yalnız barışıq sazişini təsdiq etidyindən barışıq sazişinin məzumuna uyğun olaraq «Azaqro” MMC-nin ərizəsi qismən təmin edilməli, «Azaqro” MMC və X4 arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilməli, X1 hər ay 500 manat olmaqla, cəmi 5000 (beş min) manat pul və 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 5100 (beş min yüz) manat pul məbləği «Azaqro” MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: «Azaqro” MMC-nin ərizəsi qismən təmin edilsin. «Azaqro” MMC və X4 arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. X1 hər ay 500 manat olmaqla, cəmi 5000 (beş min) manat pul və 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 5100 (beş min yüz) manat pul məbləği «Azaqro” MMC-nin xeyrinə tutulsun. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Həvayət Məhəmmədi