Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-2916/2023 11.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmalədin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, Ərizəçi İddiaçı, Maraqlı şəxs Cavabdeh iştirakları ilə, Ərizəçi İddiaçı (Maraqlı şəxs Cavabdeh) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair iş üzrə ərizəsinə baxaraq, müəyyənetdi: Ərizəçi İddiaçı (Maraqlı şəxs Cavabdeh) ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında mediasiya prosesi nəticəsində 11 dekabr 2021ci il tarixdə bağlanmış Cavabdeh 08 yanvar 2018-ci il təvəllüdlü Yusif adlı uşağı ilə hər həftənin altıncı günü saat 12:00-dan bazar günü saat 10:00-dək 1 gün qalmaq şərtilə onunla sərbəst ünsiyyətdə olmasına etiraz etməyəcəyini öhdəsinə götürməsinə dair barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını etmişdir. Bundan sonra, ərizəçi məhkəmə iclasında ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılmadan ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Məhkəmə, ərizəçi tərəfindən verilən ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizəçi İddiaçı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanıla bilər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi İddiaçı (Maraqlı şəxs Cavabdeh) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-2916/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-2916/2023
11.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver