Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-2959/2024 25.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Ərizəçi: Ərizəçi Maraqlı şəxs: Maraqlı şəxs iştirakı ilə Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024–cü il tarixli barışıq sazişinin təsdiq edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizənin dəlillərini müdafiə edərək, əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Maraqlı şəxs ilə faktiki olaraq evlənməklə, 10 fevral 2021–ci il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan 08 yanvar 2021–ci il tarixdə Miran adlı uşaqları doğulmuşdur. Lakin ailə münasibətlərinin pozulması zəmnində ayrılmış və məhkəmə qətnaməsi əsasında aralarında olan rəsmi nikah qeydi pozulmuşdur. Ayrıldıqdan sonra birgə nikahdan doğulmuş uşağı maraqlı şəxsin yanında qalmışdır. Bundan sonra maraqlı şəxslə arasında alimentin artırılması və uşaqla görüş vaxtının müəyyən edlməsi barədə mediasiya prosesi həyata keçirilmiş və mediator tərəfindən xx.xx.2024–cü il tarixli barışıq sazişi təsdiq olunmuşdur. Həmin sazişə əsasən Miran adlı uşağın saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(076)– 856/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş 150 manat alimentin miqdarı artırılaraq 200 manat müəyyən edilmiş və o, xx.xx.2024–cü il tarixdən başlayaraq, həmin məbləğdə alimenti ödəməyə razılıq vermişdir. Həmçinin, maraqlı şəxs Miran adlı uşağı ilə onun ünsiyyətinə mane olmayacağına, həftənin şənbə və bazar günləri onunla uşağın görüşməsinə razılıq vermişdir. O, üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək alimenti ödəsə də, Maraqlı şəxs onun uşağı ilə görüşməsinə imkan verməmişdir. Belə ki, aralarında narazılıq olduğundan maraqlı şəxs uşağını onunla görüşdürmür və icra məmurunun iştirakı ilə uşaqla görüşmək istəyir. Bu səbəbdən məcbur olub barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Odur ki, mediasiya prosesi nəticəsində Maraqlı şəxs ilə bağlanılmış xx.xx.2024–cü il tarixli barışıq sazişinin təsdiq edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Maraqlı şəxs izahatında göstərdi ki, həqiqətən Ərizəçi ilə arasında alimentin artırılması və uşaqla görüş vaxtının müəyyən edlməsi barədə mediasiya prosesi həyata keçirilmiş və mediator tərəfindən xx.xx.2024–cü il tarixli barışıq sazişi təsdiq olunmuşdur. Həmin sazişə əsasən Miran adlı uşağın saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(076)–856/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş 150 manat alimentin miqdarı artırılaraq 200 manat müəyyən edilmiş və Ərizəçi xx.xx.2024–cü il tarixdən başlayaraq, həmin məbləğdə alimenti ödəməyə razılıq vermişdir. Həmçinin, o, Miran adlı uşağı ilə atasının ünsiyyətinə mane olmayacağına, həftənin şənbə və bazar günləri onunla uşağın görüşməsinə razılıq vermişdir. O, ərizəçinin uşağı ilə görüşüb ünsiyyətdə olmasına heç bir maneçilik yaratmamış, hazırda da barışıq sazişində müəyyən edilmiş qaydada uşağın atası ilə görüşməsinə razıdır. Odur ki, ərizənin təmin edilməsinə heç bir etirazı yoxdur. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında arayışdan görünür ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahından xx.xx.2021–ci il tarixdə Miran adlı uşaqları doğulmuşdur. İşdə olan Mediasiya Şurasının xx.xx.2024–cü il tarixli barışıq sazişindən görünür ki, Miran adlı uşağın saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(076)–856/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş 150 manat alimentin miqdarı artırılaraq 200 manat müəyyən edilmiş və Ərizəçi xx.xx.2024–cü il tarixdən başlayaraq, həmin məbləğdə alimenti ödəməyə razılıq vermişdir. Həmçinin, Maraqlı şəxs Miran adlı uşağı ilə atası Ərizəçi ünsiyyətinə mane olmayacağına, həftənin şənbə və bazar günləri atası ilə uşağın görüşməsinə razılıq vermişdir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, Mediasiya Şurasının xx.xx.2024–cü il tarixli barışıq sazişinə əsasən Miran adlı uşağın saxlanması üçün əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(076)–856/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş 150 manat alimentin miqdarı artırılaraq 200 manat müəyyən edilmiş və Ərizəçi xx.xx.2024–cü il tarixdən başlayaraq, həmin məbləğdə alimenti ödəməyə razılıq vermişdir. Həmçinin, Maraqlı şəxs Miran adlı uşağı ilə atası Ərizəçi ünsiyyətinə mane olmayacağına, həftənin şənbə və bazar günləri atası ilə uşağın görüşməsinə razılıq vermişdir. Lakin Maraqlı şəxs barışıq sazişinin “uşaqla ünsiyyət olma” hissəsini könüllü qaydada icra etməmiş, bu səbəbdən ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM–nin 305.1.17–ci maddəsinin tələblərinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355–23.1–ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2.1–ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355–24–cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1–ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355–25.1–ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355–25.3–cü maddəsinin tələblərinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355–26–cı maddəsində sadalanmış halların olub–olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1–ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3–cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4–cü maddəsinəəsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5–ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024–cü il tarixli barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki–Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış, Ərizəçi xx.xx.2021–ci il tarixdə doğulmuş Miran adlı uşağı ilə görüşüb ünsiyyətdə olma hüququnun hər həftənin şənbə və bazar günləri müəyyən edilməsi barədə xx.xx.2024–cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-2959/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-2959/2024
25.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver