Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-296/2024 09.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X3 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin hazırlıq iclası zamanı İddiaçı nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını və iddiaçının nümayəndəsinin ərizəsini araşdıraraq hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–nin 170.1–ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə iş materiallarını hərtərəfli şəkildə təhlil edərək hesab edir ki, iddiaçının nümayəndəsinin iddia ərizəsinin qaytarılmasını tələb etməsində qanuna zidd hal müəyyən olunmur və bu hal hər hansı başqa şəxslərin hüquq və mənafelərinə toxunmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 170, 263, 264, 267 və 268–ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(076)-296/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-296/2024
09.09.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver