Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3195/2024 16.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs X10) “şəxsin ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1997-ci ildə Şəmkir rayonu Tatarlı kəndində doğulmuş X3nın xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu Tatarlı kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o və onun ailə üzvləri birlikdə Şəmkir rayonunun Tatarlı kəndində yaşayırlar. X2 onun arvadıdır. X3 xx.xx.1997-ci ildə Şəmkir rayonu Tatarlı kəndində anadan olmuşdur. O, Ayşən Həsənova ilə xx.xx.2015-ci ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdur. X3 atası Eyvaz Həsənovun xərçəng xəstəliyindən əziyyət çəkdiyini eşidib pisxoloji sarsıntı keçirərək xx.xx.2024-cü il tarixdə özünü asaraq intihar etmişdir. Arvadı X1 rayonunun Tatarlı kənd qəbirstanlığında dəfn olunmuşdur. Mərhum X3nın ölümü haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, həmin orqan mərhum arvadının ölümünü qeyd etməkdən imtina etmişdir. Mərhum arvadının ölüm faktını başqa qaydada əldə edə bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, X11 onun qaynı qızıdır, X11 atası Eyvaz Həsənovun xərçəng xəstəliyindən əziyyət çəkdiyini eşidib pisxoloji sarsıntı keçirərək xx.xx.2024-cü il tarixdə özünü asaraq intihar etmiş və Şəmkir rayonu Tatarlı kəndində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi X3nın xx.xx.2024-cü il tarixdə Şəmkir rayonunun Tatarlı kəndində ölməsi faktı müəyyən edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1427 nömrəli arayışdan görünür ki, X11 xx.xx.1997-ci ildə Şəmkir rayonunun Tatarlı kəndində anadan olmuşdur. X5, anası X4r. İş materiallarında olan AZ-İİ № 002635 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 və Ərizəçi xx.xx.2015-ci ildə rəsmi nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Həsənov”, arvada “Həsənova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-1389 nömrəli məktubundan görünür ki, X11 barəsində ölüm akt qeydinin müəyyən edilməsi məqsədi ilə Maraqlı şəxs arxivində və Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat sistemində yoxlama aparılmış və ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Bu səbəbdəndə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir İş materiallarında olan Şəmkir rayon X9 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 18-173/2-460/2024 nömrəli məktubundan görünür ki, Şəmkir rayonu Tatarlı kənd sakini xx.xx.1997-ci il təvəllüdlü X8 Şəmkir rayon Mərkəzi xəstəxanasında ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Ona görə də, ölüm haqqında tibbi arayış verilməsi mümkün olmamışdır. İş materiallarında olan Şəmkir rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, X11 atası Eyvaz Həsənovun xərçəng xəstəliyindən əziyyət çəkdiyini və səhhətinin ağırlaşmasını eşidib pisxoloji sarsıntı keçirərək xx.xx.2024-cü il tarixdə özünü asaraq intihar etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X11 ərizəçinin arvadıdır. X11 xx.xx.1997-ci ildə doğulmuşdur. X11 atası Eyvaz Həsənovun xərçəng xəstəliyindən əziyyət çəkdiyini eşidib pisxoloji sarsıntı keçirərək xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu Tatarlı kəndində özünü asaraq intihar etmiş və Şəmkir rayonu Tatarlı kəndində dəfn olunmuşdur. Bu fakt cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla, şahid və ərizəçinin izahatı ilə təsdiq olunur. Ərizəçi X6 ölümü ilə əlaqədar müvafiq orqanlara müraciət etmiş, lakin ona ölüm haqqında şəhadətnamə verilməmişdir. X6 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı və X6 xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu Tatarlı kəndində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1997-ci ildə Şəmkir rayonu Tatarlı kəndində doğulmuş X6 xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu Tatarlı kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-3195/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3195/2024
16.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver