Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3220/2024 07.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qızıl əşyaları və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 4 adda qızıl əşyalarının özləri, olmadıqda isə cəmi dəyərləri 5500 (beş min beş yüz) manat pulun və 1000 (bir min) manat nağd aldıqları pulun və 85 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər mərhum ərinin yaxın qohumları olaraq uzun müddətdir ki, tanıyır, onlarla əvvəllər aralarında ədavətləri və düşmənçilikləri olmamışdır. X1 1988-ci ildə Rusiya Federasiyasının Penza şəhərindən hərbi xidmətdən qayıdarkən cavabdehlər tərəfindən girov götürülərək müxtəlif ünvanlarda saxlanılmış, oğlunun ona qaytarılması bəhanəsi ilə cavabdehlər müxtəlif vaxtlarda ondan qızıl üzüyünü, boyunbağını, bilərziyini və nəğd pullarını almışlar. Dəfələrlə cavabdehlərdən ondan aldıqları qızı əşyalarını və pullarını könüllü olaraq qaytarmalarını tələb etsə də nəticəsi olmamış, həmçinin onların qanunsuz əməlləri barəsində müxtəlif orqanlara etdiyi şikayətlərə cavab olaraq məhkəmədə onlara iddia qaldırmaq hüququnun olması ona tövsiyyə edilmişdir. Ona görə cavabdehlərdən ondan aldıqları qızıl əşyalarını və pullarının ona qaytarılmasına dair məlum iddianı qaldırmışdır. Qızıl əşyalar 600 man dəyərində olan 1 ədəd 6 qram qaşsız qızıl üzük, 400 manat dəyərində 1 ədəd 4 qram qaşsız qızıl üzük, 3000 manat dəyərində 1 ədəd 30 qram tros toxunuşlu qızıl boyunbaği və 1500 manat dəyərində 1 ədəd 15 qram tros toxunuşlu qızıl bilərzik, cəmi 5500 manat dəyərində olmaqla qeyd edilənlərdən ibarətdir. Cavabdehlərin ondan aldıqları pullar məbləğ 1000 (bir min) manatdır. Qeyd edilənlərə əsasən cavabdehlərdən 4 adda qızıl əşyalarının özləri, olmadıqda isə cəmi dəyərləri 5500 (beş min beş yüz) manat pulun və 1000 (bir min) manat nağd aldıqları pulun və 85 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehlər Cavabdeh1 Nürəddin oğlu, Cavabdeh2 və Cavabdeh3 iddianı qəbul etmiyib izahatlarında bildirdilər ki, iddiaçını tanımırlar. İddia ərizəsində bildirdikləri onlarla heç bir əlaqəsi yoxdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 564-cü maddəsi ilə (bilə-bilə yalandan ixtisaslaşmış xidmətləri çağırma) inzibati tənbeh görülməsi üçün təhqiqat orqanına göndərilmişdir. İddiaçı tələbində ona məxsus qızıl-zinət əşyalarının və pulunun cavabdehlərdə olduğunu bildirərək, həmin əşyaların və ya onların dəyərinin cavabdehdən alınaraq ona geri verilməsini xahiş etmişdir. Cavabdehlər isə məhkəmə iclasında bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdikləri həqiqəti əks etdirmir. Belə ki, iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları və pulu iddiaçı cavabdehlərə verməsini qeyd etsə də bu halı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçıya məxsus qızıl-zinət əşyalarının və pulun cavabdehlər tərəfindən alınaraq geri qaytarılmamasnın həqiqiliyini sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, İddiaçı həqiqətən də ona məxsus qızıl-zinət əşyalarının və 1000 manat pulun cavabdehlərə verməsinə dair sübutlarını iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını, mülki işin materiallarını araşdıraraq hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçıya məxsus qızıl-zinət əşyalarının və pulun cavabdehlər tərəfindən oğurlanması və ya götürülməsi öz təsdiqini tapmadığından, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qızıl əşyaları və pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-3220/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3220/2024
07.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver