Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3226/2024 21.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, 16 iyul 1963-cü il tarixdə Şəmkir rayonu Keçili kəndində anadan olmuş, X6 31 may 2024–cü il tarixdə Şəmkir rayonu, Yeni Həyat kəndində vəfat etməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1984-cü il tarixdə Maraqlı şəxsndə 64 saylı akt qeydi tərtib olunmaqla əri X8 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. X14, 31 may 2024-cü il tarixdə, saat 17 radələrində, Şəmkir rayonun Yeni-Həyat kəndi ərazisində yerləşən otlaq sahəsində heyvanları otararkən ildırım vurması nəticəsində ölmüşdür. O, Şəmkir rayonun Qədimqala kənd qəbirsanlığında dəfn edilmişdir. X4 ölümü haqqında qeydiyyat aparılması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin, X6 ölümünü təsdiq edən həkim arayışı olmadığına görə Maraqlı şəxs ölüm qeydi aparmaqdan imtina etmiş və məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Beləliklə, o, vərəsəlik hüquqlarından istifadə edə bilmir. X2 31 may 2024-cü il tarixdə vəfat etməsi barədə ərizəsinə əlavə etdiyi Şəmkir rayon prokurorluğunun qərarı, digər sənədlər və Şəmkir rayonun Qədimqala kəndində yaşayan şahid X11 da təsdiq edir. Ərizəçi məhkəmə iclası zamanı izahatında göstərdi ki, Şəmkir rayonu, Qədimqala kəndində yaşayır. X8 onun mərhum əridir. Əri 31 may 2024-cü ildə Şəmkir rayonu Yeni Həyat kəndində mal-qara otaran zaman ildırım vurma nəticəsində vəfat etmiş və şəriət qaydalarına uyğun dəfn olunmuşdur. X6 ölümü barədə müvafiq qeyd aparılması üçün, müraciət etdikdə ölümün qeyd olunmasından imtina olunmuş, imtinan əsası olaraq ölüm qeydiyyatının, ölüm faktının təsdiq edən tibbi şəhadətnamə olmaması göstərilmişdir. Hazırda ona mərhumdan qalan miras əmlak üzrə sənədləşdirmələrin aparılması üçün, X6 ölümünü qeyd etdirmək lazımdır. Odur ki məhkəmədən X6 31 may 2024–cü il tarixdə Şəmkir rayonu, Yeni Həyat kəndində vəfat etməsi faktının müəyyən edilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, hazırda Şəmkir rayonu, Qədimqala kəndində yaşayır. X5 onun qonşusu olmuşdur. Mərhum qonşusu kimi o da, mal-qara otarır, amma qonşusu ilə ayrıayrı yerlərdə heyvandarlıqla məşğul olurdular. X8 2024-cü il tarixdə onun dəqiq xatırlamadığı vaxtda şimşək vurmasından vəfat etmiş və dəfn edilmişdir. O özü də yas mərasimində yaxından iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 ilə Ərizəçi arasında xx.xx.1984-cü il tarixdə rəsmi nikah bağlanmışdır. İşdə olan doğum haqqında arayışdan görünür ki, X8 16 iyul 1963-cü il tarixdə Şəmkir rayonu, Keçili kəndində anadan olmuşdur. İşdə olan Qədimqala kənd İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, X8 ailəsi ilə birlikdə Şəmkir rayonu, Qədimqala kəndində yaşamışdır. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, X3 rayonu, Yeni Həyat kəndində otlaq sahəsində ildırım vurma səbəbindən vəfat etmiş və bununla bağlı cinayət hadisəsi müəyyən edilməmişdir. İşdə olan TTTYS tərəfindən verilmiş xəbərdarlıq vərəqəsi və arayışdan görünür ki, 31 may 2024-cü ildə Şəmkir rayonu Yeni Həyat kəndinə çağırış olmuşdur və hadisə yerinə çatdıqda X6 ildırım vurma nəticəsində artıq vəfat etməsi məlum olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəmkir Rayon X7 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli məktubdan görünür ki, X6 ölümü haqqında məlumat daxil olmadığından onun ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə verə bilmirlər. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli məktubdan görünür ki, X6 ölümünün qeydiyyata alınmasından imtina edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X5 16 iyul 1963-cü il tarixdə Şəmkir rayonu, Keçili kəndində anadan olmuşdur, 31 may 2024–cü il tarixdə Şəmkir rayonu, Yeni Həyat kəndində vəfat etmiş və şəriət qaydalarına uyğun dəfn edilmişdir. Lakin, dövlət qeydiyyatını aparan orqanların ölümü vaxtında qeydiyyata alınması üçün müvafiq sənədləşmə aparmamaları səbəbindən onun ölümü qeydiyyata alınmamışdır. X1 Ərizəçi əri olduğu təsdiq olunur. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8–ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İş materialları ilə müəyyən olunur ki, ərinin ölüm faktının təsdiq edilməsi ərizəçiyə müvafiq sənədlər almaq üçün lazımdır. Ölüm tarixindən uzun müddət keçdiyindən, bununla bağlı hər hansı tibbi sənəd olmadığından Maraqlı şəxs ərizəçinin mərhum ərinin ölümünə dair hüquqi sənəd verilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, ərizəçinin tələbi haqlıdır və bu səbəbdən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 16 iyul 1963-cü il tarixdə Şəmkir rayonu, Keçili kəndində doğulmuş X6, 31 may 2024–cü il tarixdə Şəmkir rayonu, Yeni Həyat kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-3226/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3226/2024
21.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver