Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3243/2023 16.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı, Maraqlı şəxs Cavabdeh iştirakları ilə Ərizəçi İddiaçı “barışıq sazişinin tədiq edilməsi’’ barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi Budaqov X6 xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla X5 arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə bağlanmış Cavabdeh övladı xx.xx.2022-ci il təvəllüdlü X2 atası İddiaçı ilə ünsiyyətinə mane olmayacağı və istənilən vaxtı ata ilə uşağın görüşməsinə təmin edəcəyini öhdəsinə götürməsinə dair barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi hazırda Şəmkir şəhərində yaşayır. Maraqlı şəxs Cavabdeh ilə birgə nikahlarından xx.xx.2022-ci ildə X4 adlı uşağımız doğulmuşdur. Cavabdeh ilə arasında baş vermiş narazılıqlara görə ayrılmışlar. Maraqlı şəxslə ayrıldıqdan sonra ərizəsi onun himayəsində olan azyaşlı uşağı ilə görüşmək üçün Mediasiya Şurasına müraciət etmişdir. Şəmkir şəhərində mediator X1 iştirakı ilə bağladıqları xx.xx.2023-cü il tarixli, MŞG/1/MT007/2023-00868 saylı Barışıq Sazişinə əsasən onlar maraqlı şəxslə birgə nikahlarından doğulmuş övladı xx.xx.2022-ci il təvəllüdlü X2 anası Cavabdeh himayəsində qalacağına, həmçinin, Cavabdeh övladları xx.xx.2022-ci il təvəllüdlü X2 atası İddiaçı ilə ünsiyyətinə mane olmayacağına və istənilən vaxt ata ilə uşağın görüşməsini təmin edəcəyinə dair razılaşmışdır. Lakin, maraqlı şəxs Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina edərək, azyaşlı uşağı ilə ərizəçinin görüşməyinə maneçilik törədir. O, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq barışıq sazişinin könüllü icrası üçün həmin Qanununun 34.1-ci maddəsində müəyyən olunmuş müddəti keçirmişdir. Belə ki. Cavabdeh Barışıq sazişində göstərilən şərtləri yerinə yetirməkdən imtina etmişdir. Ona görə də ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi İddiaçı məhkəmə iclasında izahat verərək, uşağı ilə maneəsiz görüşməsi üçün barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasında izahat verərək, xx.xx.2023-cü il tarixli barışıq sazişinin onun onun iradəsi olmadan məcburiyyət qarşısında sazişin onun evinə gətirilərək imzalanmasını bildirmiş, buna görə də ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsassızdır və aşağıdakılara görə rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı və Cavabdeh arasında mediator X3 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, Barışıq sazişinin təsdiq edilməsi barədə ərizəyə baxarkən məhkəmə ilk addım olaraq Barışıq sazişinin şərtlərinin, eləcə də bütövlükdə Barışıq sazişinin etibarlı olub-olmadığını yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 №-li qərardadının 31-ci bəndində qeyd olunmuşdur ki, “...mübahisələndirilən əqdi etibarsız hala gətirən hüquqi səbəb məhkəmə qərarı deyil, mübahisələndirmə faktının özüdür. Konstitusiya Məhkəməsinin də qərarında “Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. ...istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır.” kimi hüquqi mövqeləri ona dəlalət edir ki, mübahisə edilən əqdin etibarsız sayılması üçün məhkəmədə tələb irəli sürmək zərurəti yoxdur, etibarsızlıq nəticəsini mübahisələndirmə faktı (iddiadan və məhkəmədən kənarda) əmələ gətirir. Çünki, etibarsızlıq bir nəticədirsə həmin nəticəni əqdi mübahisə etmək hüququna malik olan şəxsin hərəkəti təmin edir. Bu hərəkətlə, yəni iradə ifadəsi qarşı tərəfə bildirilməklə etibarsızlıq nəticəsi qanuna əsasən yaranmış olur. Bunun üçün hüquq sistemimiz əlavə şərtlər - iddia tələbinin irəli sürülməsi, məhkəmənin qərar çıxarması və s. tələb etmir. Amma bu məsələlərlə bağlı tərəflər arasında mübahisə yarandıqda həmin ixtilaf təbii ki, məhkəmə tərəfindən həll olunur.” Sözügedən qərarın 37-ci bəndində qeyd olunmuşdur ki, “... əqdə əsaslanan iddia tələbinə mahiyyəti üzrə qiymət verildikdən sonra, eyni tərəflər arasında müvafiq iddianın əsasını təşkil etmiş həmin əqdin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin aşağıdakı tələbləri baxımından yolverilməzdir.” Qərarın 45-ci bəndində qeyd olunmuşdur ki, “... əqdə əsaslanan iddialara baxılması ilə bağlı yuxarıda ifadə edilmiş hüquqi mövqe ədalətli məhkəmə hüququ ilə uyğunsuzluq yaratmır. Belə ki, əqdlə bağlı hər hansı mübahisəyə baxıldıqda qarşı tərəfin əqdin etibarsız olması ilə etiraz və ya qarşılıqlı iddia irəli sürmək, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatsız olduqda, etiraz və dəlilləri əsassız olaraq nəzərə alınmadıqda isə qəbul edilmiş məhkəmə aktından şikayət vermək hüquqları vardır.” Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh razılığı olmadan, məcburiuyyət qarşısında imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtləri etibarsız hesab edilməli və barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Göründüyü kimi barışıq sazişi tərtib edilərkən 1 yaşlı X2 mənafeyi qorunmamış, istənilən vaxt atası ilə görüşməsi qeyd edilmişdir. Halbuki, uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edilərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedibgetməməsini, səhhətini, məktəbəqədər və ya ümumi təhsil rejimini hansı valideynə daha çox bağlılığını ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynlə uşağın yaşayış yerləri arasındakı məsafənin uzaqlığını, nəqliyyat vasitələri ilə uşağın aparılması və gətirilməsi müddətlərini, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: İddiaçı və Cavabdeh arasında mediator X3 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-3243/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3243/2023
16.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver