Məhkəmə qərarları › İş №2(076)-3244/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-3244/2023

16.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-3244/2023 16.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı (maraqlı şəxs Cavabdeh) mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məcburi icra edilməsi barədə ərizəsinə Şəmkir Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı (maraqlı şəxs Cavabdeh) mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məcburi icra edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında 06 sentyabr 2022-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış, 25 sentyabr 2022-ci il tarixdən başlayaraq, 05 mart 2022-ci il təvəllüdlü X1 üçün hər ay 120 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi və Cavabdeh 07 sentyabr 2022-ci il tarixdə Şəmkir rayon Qeydiyyat şöbəsinə gedərək, 05 mart 2022-ci il təvəllüdlü X2 atası olması barədə ərizə verəcəyini öhdəsinə götürməsinə dair barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizə verərək, ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərin ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə ərizəçinin ərizəsini, ərizəsinə əlavə edilmiş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyindən və işə mahiyyəti üzrə baxılması tələb edilmədiyindən ərizəsi baxılmamış saxlanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. İddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat Şəmkir rayon Məhkəməsinin hesabına dövlət rüsumu ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu tam şəkildə İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 259.0.6, 260, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi İddiaçı (maraqlı şəxs Cavabdeh) mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məcburi icra edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 101 (yüz bir) manat dövlət rüsumu ərizəçi İddiaçı qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar