Məhkəmə qərarları › İş №2(076)-3477/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3477/2024

18.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3477/2024 18.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Ərizəçi: Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, 14 iyun 2021–ci il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində anadan olmuş X2 vəfat etməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum oğlu X3 26 iyul 2006-cı ildə Şəmkir rayonunun Qaracəmirli kəndində anadan olmuşdur. O, 14 iyun 2021-ci ildə vəfat etmiş və Qaracəmirli kənd qəbirstanlığında dəfn olunmuşdur. Lakin, oğlunun ölümünün qeydiyyata alınması üçün müvafiq sənədlərlə vaxtında Maraqlı şəxsnə ərizə ilə müraciət edilmədiyindən, onun ölümü qeydiyyata alınmamışdır. Hərbi xidmətə çağırışla bağlı ondan mərhumun ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. Odur ki Maraqlı şəxsnə ərizə ilə müraciət edərək oğlunun ölümü haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin, Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-1559 nömrəli məktubu ilə ona oğlunun barəsində ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilərək, ölümü barədə akt qeydi aşkar edilmədiyi bildirilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Odur ki “ölüm faktının müəyyən edilməsi tələbi” barədə ərizə ilə Şəmkir rayon Məhkəməsinə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-2896/2024 saylı qərardadı ilə ərizə və ona əlavə edilmiş sənədləri özünə qaytarılmışdır. Buna səbəb kimi, onun müvfaiq səhiyyə qurumuna müraciət etmədiyi qeyd edilmişdir. Belə olan təqdirdə o ərizə ilə Şəmkir MTE və PA şöbəsinə müraciət edərək mərhum oğlunun adına olan tibbi şəhadətnamə verilməsini xahiş etmiş, lakin meyid daxili müayinə olunmadığı üçün imtina edilmişdir. Bundan sonra o, ərizə ilə Maraqlı şəxsnə müraciət etsə də ölüm faktının müəyyən edilməsindən imtina edilmişdir. Hazırda mərhum oğlunun ölməsi faktı qəbir daşından çəkilmiş fotoşəkilllə və şəmkir rayon prokurorluğunda toplanmış materialla və şahidlərlə də təsdiq edilir. Odur ki ərizəsinin təmin edilməsini xahiş edir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin dəlillərini müdafiə edərək, bildirdi ki, o, bəzi sənədləşmə işləri aparmaq istəmiş, lakin, ölüm haqqında şəhadətnamə təqdim edə bilmədiyindən buna nail ola bilməmişdir. Bu məqsədlə Maraqlı şəxsnə müraciət etsə də, həmin orqan ölüm qeydinin bərpa edilməsindən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölüm faktını başqa qaydada əldə edə bilmir. Odur ki məhkəmədən 14 iyun 2021–ci il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində anadan olmuş X2 vəfat etməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2006-cı il tarixdə anadan olmuşdur. İşdə olan Qaracəmirili kənd İƏD üzrə nümayəndəliyinin arayışından görünür ki, X3 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və Qaracəmirli kənd qəbiristanlığında vəfat etmişdir. İşdə olan qəbir daşının çəkilmiş fotoşəklindən görünür ki, X3 2006-cı il tarixdə anadan olmuş və 2021-ci il tarixdə vəfat etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli məktubdan görünür ki, X2 ölümünün qeydiyyata alınmasından imtina edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X2 vəfat etməsi ilə bağlı toplanmış materialda cinayət tərkibi müəyyən edilməyərək cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X2 ölüm haqqında tibbi şəhadətnaməsinin onun meyidinin daxili müayinəsi aparılmadığından verilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X3 26 iyul 2006-cı il tarixdə doğulmuş, 14 iyun 2021–ci il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində vəfat etmiş və kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin, dövlət qeydiyyatını aparan orqanların ölümü vaxtında qeydiyyata alınması üçün müvafiq sənədləşmə aparmamaları səbəbindən onun ölümü qeydiyyata alınmamışdır. X1 Ərizəçi övladı olduğu təsdiq olunur. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.8–ci madəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310–cu maddəsində göstərilmişdir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın ona hansı məqsəd üçün lazım olduğunu göstərməlidir. İş materialları ilə müəyyən olunur ki, ərinin ölüm faktının təsdiq edilməsi ərizəçiyə müvafiq sənədlər almaq üçün lazımdır. Ölüm tarixindən uzun müddət keçdiyindən, bununla bağlı hər hansı tibbi sənəd olmadığından Maraqlı şəxs ərizəçinin mərhum övladının ölümünə dair hüquqi sənəd verilməsindən imtina etmişdir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, ərizəçinin tələbi haqlıdır və bu səbəbdən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233, 312–316 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 26 iyul 2006-cı il tarixdə doğulmuş X2 14 iyun 2021–ci il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar