Məhkəmə qərarları › İş №2(076)-3489/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3489/2024

06.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3489/2024 06.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kamaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Ərizəçi İddiaçı, Maraqlı şəxs Cavabdeh iştirakları ilə, Ərizəçi İddiaçı mediyasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi İddiaçı və Cavabdeh arasında mediasiya prosesi nəticəsində 24 yanvar 2023-cü il tarixdə bağlanmış, Cavabdeh Mehriban adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat alimenti ona ödəməyi öhdəsinə götürməsinə və xx.xx.2014-cü il təvllüdlü Adil adlı uşağ ilə onun hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 17:00-a dək sərbəst ünsiyyətdə olmağına dair 0010/2023 saylı barışıq sazişinin təsdiq edilməsinə dair, həmçinin ödənilmiş 100 manat rüsumun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, maraqlı şəxs Cavabdeh ilə Şəmkir şəhərində fəaliyyət göstərən, Gəncə 1 saylı Mediasiya Təşkilatının mediatoru X2 iştirakı ilə bağladığı 24 yanvar 2023-cü il tarixli, 0010/2023 saylı Barışıq Sazişinə əsasən Cavabdeh 01 mart 2023-cü il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü Mehriban adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (yüz ǝlli) manat alimenti ona ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin onun yanında qalan xx.xx.2014-cü il tarixli Adil adlı uşaqla hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 17:00-a dək sərbəst ünsiyyətlə bağlı öhdəlik götürmüşdür. Lakin, maraqlı şəxs Cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina edərək, artıq 3 aydır ki, alimenti ödəmir həmçinin Adil adlı uşaqla sərbəst ünsiyyətdə olmağına ümumiyyətlə imkan vermir. O, "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq barışıq sazişinin könüllü icrası üçün həmin Qanununun 34.1-ci maddəsində müəyyən olunmuş müddəti keçirmişdir. Belə ki, Barışıq Sazişi üzrə alimenti ödəməkdən həmçinin uşaqla görüşdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən Cavabdeh arasında mediasiya prosesi nəticəsində 24 yanvar 20023-cü il tarixdə bağlanmış, Cavabdeh Mehriban adlı uşağımızın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat alimenti ödəməyi öhdəsinə götürməsinə və xx.xx.2014-cü il təvllüdlü Adil adlı uşağı ilə onun hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 17:00-a dək sərbəst ünsiyyətdə olmasına dair 0010/2023 saylı barışıq sazişinin təsdiq edilməsinə dair həmçinin ödədiyi 100 manat rüsumun alınıb ona öhdənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizəyə uyğun ifadə verərək, əlavə olaraq bildirdi ki, Cavabdeh yanında olan Adil adlı uşaq hazırda Turalla birlikdə Rusiya Federasiyasında qalır və orada orta məktəbdə təhsil alır. Hazırda həmin uşaqla şəxsən görüşə bilməsə də Tural ona uşağı ilə həftədə bir dəfə telefonla əlaqə saxlamasına da şərait yaratmır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Cavabdeh izahatında bildirdi ki, Mehriban adlı uşağına alimenti vaxtında ödəyir və müalicəsi üçün əlavə ödənişlər edir və oğlu Adil Rusiya federasiyasında onunla birgə yaşadığına görə ünsiyyətdə ola bilmir. Hesab edir ki, tələb rədd edilməlidir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialında olan Mediasiya Şurasının xx.xx.2023-cü il tarixli 0010/2023 nömrəli barışıq sazışından görünür ki, tərəflərin aralarında olan nikah pozulduqdan sonra 24 aprel 2017-ci il təvəllüdlü X3 anası İsmayılova (Əliyeva) Esmira İsmayıl qızının və xx.xx.2014-cü il təvəllüdlü X6 atası Cavabdeh himayəsində olmasına tərəflərin etirazı olmamış və bu barədə razılığa gəlmişlər. 01 mart 2023-cü il tarixdən başlayaraq 24 aprel 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşa çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat alimenti İsmayılov Cavabdeh (Əliyeva) Esmira İsmayıl qızının hesabına ödəyəcəyi barədə öhdəlik götürməsi, tərəflər himayəsində olan uşaqlardan ayrı olan valideynlərlə hər həftənin altı və bazargünləri saat 10:00-dan 17:00-a dək sərbəst ünsiyyətdə olmasına tərəflərin etirazı olmaması və tərəflər himayəsində olmayan uşaq üçün digər valideynə uşağın ölkə məhdudlarından kənara aparılıb gətirilməsi barədə Notariat orqanında razılıq ərizəsi vermələri barədə öhdəlik götürmüşlər. Belə ki, iş materiallarında olan AZ-İİİ 845889 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2017-ci il tarixdə doğulmuşdur. Şəhadətnamədə ata qrafasında Cavabdeh, ana adı qrafasında isə İsmayılova (Əliyeva) Esmira İsmayıl qızı qeyd olunmuşdur. İş materialında olan 21 avqust 2024-cü il tarixli arayışdan görünür ki, X6 xx.xx.2014-ci il tarixdə doğulmuşdur. Arayışda ata qrafasında Cavabdeh, ana adı qrafasında isə İsmayılova (Əliyeva) Esmira İsmayıl qızı qeyd olunmuşdur. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, Mediasiya Şurasının xx.xx.2023-cü il tarixli 0010/2023 saylı barışıq sazişinə əsasən Cavabdeh və İsmayılova (Əliyeva) Esmira İsmayıl qızı barışıq sazişi bağlamış, həmin sazişə əsasən Cavabdeh 01 mart 2023-cü il tarixdən başlayaraq 24 aprel 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşa çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat İsmayılova (Əliyeva) Esmira İsmayıl qızına ödəməyi və İsmayılova (Əliyeva) X4 Adil Tural oğlu ilə hər həftənin altı və bazar günləri saat 10:00-dan 17:00-a dək sərbəst ünsiyyətdə olmasını öhdəsinə götürmüşdür. Lakin Cavabdeh barışıq sazişini könüllü qaydada icra etməmiş, bu səbəbdən ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi maraqlı şəxs Cavabdeh tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM–nin 305.1.17–ci maddəsinin tələblərinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355–23.1–ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2.1–ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355–24–cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1–ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355–25.1–ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355–25.2–ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355–25.3–cü maddəsinin tələblərinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355–26–cı maddəsində sadalanmış halların olub–olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1–ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3–cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4–cü maddəsinəəsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5–ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İsmayılova (Əliyeva) Esmira İsmayıl qızı və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 0010/2023 saylı barışıq sazişi alimentə və uşaqla ünsiyyətdə olmasına dair hissələrdə təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi İddiaçın qızının ərizəsi təmin edilsin. İddiaçı və Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. 01 iyun 2024-cü il tarixdən başlayaraq 24 aprel 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat aliment Cavabdeh alınaraq İsmayılova (Əliyeva) Esmira İsmayıl qızına ödənilsin.

2. İsmayılova (Əliyeva) Esmira İsmayıl qızı xx.xx.2014-cü il təvəllüdlü X6 ilə hər həftənin altı və bazar günləri saat 10:00-dan 17:00-a dək sərbəst ünsiyyətdə olma hüququ təmin edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumu 100 (yüz) manat tutularaq İddiaçı ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar