Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3499/2024 13.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kamaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı mediyasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi İddiaçı və Cavabdeh arasında mediasiya prosesi nəticəsində 03 iyun 2023-cü il tarixdə bağlanmış, Cavabdeh Rüzgar adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat alimenti ona ödəməyi öhdəsinə götürməsinə dair MŞG/MT024/2023-00518 saylı barışıq sazişinin təsdiq edilməsinə dair, həmçinin ödənilmiş 100 manat rüsumun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, maraqlı şəxs Cavabdeh ilə Şəmkir şəhərində fəaliyyət göstərən, Tovuz 1 saylı Mediasiya Təşkilatının mediatoru X1 iştirakı ilə bağladığı 03 iyun 2023-cü il tarixli, MŞG/MT024/2023-00518 saylı Barışıq Sazişinə əsasən Cavabdeh 09 fevral 2019-cu il təvəllüdlü Rüzgar adlı uşağına atalıq barədə Qeydiyyat Şöbəsinə ərizə verəcəyi və 06 iyun 2023-cü il tarixdən tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat alimenti ona ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin uşaqla ünsiyyətlə bağlı razılıq olunmuşdu. Lakin, maraqlı şəxs Cavabdeh götürdüyü öhdəlikdən atalıq barədə ərizə versə də alimenti ödəməkdən imtina etmişdir, artıq 1 ildir ki aliment ödəmir. O, "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq barışıq sazişinin könüllü icrası üçün həmin Qanununun 34.1-ci maddəsində müəyyən olunmuş müddəti keçirmişdir. Belə ki, Barışıq Sazişi üzrə alimenti ödəməkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən ərizəçi İddiaçı və Cavabdeh arasında mediasiya prosesi nəticəsində 03 iyun 2023-cü il tarixdə bağlanmış, Cavabdeh Rüzgar adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat alimenti ona ödəməyi öhdəsinə götürməsinə dair MŞG/MT024/2023-00518 saylı barışıq sazişinin təsdiq edilməsinə dair, həmçinin ödənilmiş 100 manat rüsumun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizəyə uyğun ifadə verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialında olan Mediasiya Şurasının xx.xx.2023-cü il tarixli MŞG/MT024/2023-00518 nömrəli barışıq sazışından görünür ki, xx.xx.2019-cu ildə doğulmuş Süleymanov (Cəbrayılov) Rüzgar Vüsal oğlunun atalığının müəyyən olunması üçün atası Cavabdeh xx.xx.2023-cü ildə Şəmkir Rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət edəcəyi barədə öhdəlik götürdü. xx.xx.2019-cu ildə doğulmuş Süleymanov (Cəbrayılov) Rüzgar Vüsal oğlunun saxlanılması üçün atası Cavabdeh 06 iyun 2023-cü il tarixdən başlayaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimenti İddiaçı hesabına ödəyəcəyi barədə öhdəlik götürdü. xx.xx.2019-cu ildə doğulmuş Süleymanov (Cəbrayılov) Rüzgar Vüsal oğlu ilə hər həftənin altı və bazar günləri saat 10:00-dan 17:00-adək atası Cavabdeh ilə sərbəst ünsiyyətdə olmasına anası İddiaçı etirazı olmadı. Belə ki, iş materiallarında olan Şəmkir Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli 1938 saylı arayışından görünür ki, X2 xx.xx.2019-cu il tarixdə Şəmkir rayonu, Kür qəsəbəsində anadan olmuşdur. Şəhadətnamədə ata qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, Mediasiya Şurasının xx.xx.2023-cü il tarixli MŞG/MT024/2023-00518 saylı barışıq sazişinə əsasən Cavabdeh və İddiaçı barışıq sazişi bağlamış, həmin sazişə əsasən Cavabdeh xx.xx.2019-cu ildə doğulmuş Süleymanov (Cəbrayılov) Rüzgar Vüsal oğlunun saxlanılması üçün atası Cavabdeh 06 iyun 2023-cü il tarixdən başlayaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimenti İddiaçı hesabına ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il təvəllüdlü X3 ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 17:00-dək atası Cavabdeh ilə sərbəst ünsiyyətdə olmasına anası İddiaçı etirazı olmamışdır. Lakin Cavabdeh barışıq sazişini könüllü qaydada icra etməmiş, bu səbəbdən ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi maraqlı şəxs Cavabdeh tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM–nin 305.1.17–ci maddəsinin tələblərinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355–23.1–ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2.1–ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355–24–cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1–ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355–25.1–ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355–25.2–ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355–25.3–cü maddəsinin tələblərinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355–26–cı maddəsində sadalanmış halların olub–olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1–ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3–cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4–cü maddəsinəəsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5–ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞG/MT024/2023-00518 saylı barışıq sazişində göstərilən şərtlər təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi İddiaçın qızının ərizəsi təmin edilsin. İddiaçı və Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. 06 iyun 2023-cü il tarixdən başlayaraq 09 fevral 2019-cu il təvəllüdlü Cəbrayılov (Süleymanov) Rüzgar Vüsal oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat aliment Cavabdeh alınaraq İddiaçı ödənilsin.
2. Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X3 ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 17:00-dək sərbəst ünsiyyətdə olsun. Cavabdeh ödənilmiş dövlət rüsumu 100 (yüz) manat tutularaq İddiaçı ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Həvayət Məhəmmədi