Məhkəmə qərarları › İş №2(076)-3503/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3503/2024

09.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3503/2024 09.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Ərizəçi: İddiaçı iştirakı ilə Ərizəçi İddiaçı “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi İddiaçı “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində Cavabdeh ilə aralarında 31 oktyabr 2023cü il tarixdə bağlanmış sazişə əsasən, xx.xx.2023-cü il tarixdən başlayaraq 17 iyul 2014-cü il təvəllüdlü X1, 24 avqust 2016-cı il təvəllüdlü X3 və 07 oktyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, üç uşaq üçün ümumilikdə 300 manat alimentin ödənilməsini öhdəsinə götürməsinə dair barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi İddiaçı məhkəmə iclası zamanı ərizəsini müdafiə edərək əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, hazırda Şəmkir rayonu Zəyəm qəsəbəsində yaşayır. Maraqlı şəxs Cavabdeh ilə birgə ailə həyatlarından 17 iyul 2014-cü ildə X4, 24 avqust 2016-cı ildə X6 və 07 oktyabr 2020-ci ildə X5 olmaqla ümumi uşaqları doğulmuşdur. Cavabdehlə aralarında baş vermiş narazılıqlara görə ayrılmışlar, Şəmkir şəhərində bağladıqları 31 oktyabr 2023-cü il tarixli barışıq sazişinə əsasən, Cavabdeh aralarında olan nikahın pozulmasına, xx.xx.2023-cü il tarixdən başlayaraq, 12 iyul 2014-cü il təvəllüdlü X4, 24 avqust 2016-cı il təvəllüdlü X6 və 07 oktyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay hər uşağa görə 100 manat olmaqla, üç uşaq üçün ümumilikdə 300 manat alimentin verilməsinə razılıq vermişdir. Lakin, maraqlı şəxs Cavabdeh alimenti ilk aylarda bir-neçə dəfə ödəsə də, sonradan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina edərək, yetkinlik yaşına çatmamış uşaqları üçün ödəməli olduğu alimenti ödəməkdən imtina edir. O, qanunla müəyyən olunmuş müddəti keçirmişdir. Belə ki, barışıq sazişi üzrə bir-neçə ay alimenti ödədikdən sonra alimenti ödəməkdən imtina etmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM–nin 355-25.2-ci maddəsinə əsasən işə mövcud vəziyyətdə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında təsdiq edilmiş arayışlardan görünür ki, Cavabdeh ilə, İddiaçı birgə nikahlarından, xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5 olmaqla üç ümumi uşaqları doğulmuşdur. İşdə olan Mediasiya Şurasının xx.xx.2023-cü il tarixli, M-00218 saylı barışıq sazişindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq 17 iyul 2014-cü il təvəllüdlü X1, 24 avqust 2016-cı il təvəllüdlü X3 və 07 oktyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, üç uşaq üçün ümumilikdə 300 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, Mediasiya Şurasının xx.xx.2023-cü il tarixli, M-00218 saylı barışıq sazişinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq 17 iyul 2014-cü il təvəllüdlü X1, 24 avqust 2016-cı il təvəllüdlü X3 və 07 oktyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, üç uşaq üçün ümumilikdə 300 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh barışıq sazişini könüllü qaydada icra etməmiş, bu səbəbdən ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi maraqlı şəxs Cavabdeh tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM–nin 305.1.17–ci maddəsinin tələblərinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355–23.1–ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2.1–ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355–24–cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1–ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355–25.1–ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355–25.2–ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355–25.3–cü maddəsinin tələblərinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355–26–cı maddəsində sadalanmış halların olub–olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1–ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3–cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4–cü maddəsinəəsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5–ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, M-00218 saylı barışıq sazişi təsdiq edilməlidir. Həmçinin, ödənilmiş dövlət rüsumu maraqlı şəxsə aid edilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. İddiaçı və Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanmış, xx.xx.2023-cü il tarixdən başlayaraq 17 iyul 2014-cü il təvəllüdlü X1, 24 avqust 2016-cı il təvəllüdlü X3 və 07 oktyabr 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 100 manat olmaqla, üç uşaq üçün ümumilikdə 300 manat alimentin Cavabdeh tərəfindən İddiaçı ödənilməsi barədə xx.xx.2023-cü il tarixli, M-00218 saylı barışıq sazişi təsdiq edilsin. Ödənilmiş dövlət rüsumu maraqlı şəxsə aid edilsin. Maraqlı şəxs Cavabdeh 100 (bir yüz) manat məbləğində pul tutulub ərizəçi İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar