Məhkəmə qərarları › İş №2(076)-3521/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-3521/2024

07.10.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-3521/2024 07.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı, İddiaçı, cavabdeh X1 qarşı “Mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin zəbtdən azad edilməsi və özbaşına inşa edilmiş tikililərin sökülməsi tələbi”nə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı, İddiaçı, cavabdeh X1 qarşı “Mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin zəbtdən azad edilməsi və özbaşına inşa edilmiş tikililərin sökülməsi tələbi”nə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin hazırlıq iclası zamanı İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Cavabdeh, X1 məhkəmə iclasının vaxtı və yeri haqda lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM– nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və iddiaçının ərizəsini araşdıraraq hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–nin 170.1–ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə iş materiallarını hərtərəfli şəkildə təhlil edərək hesab edir ki, iddiaçının nümayəndəsinin iddia ərizəsinin qaytarılmasını tələb etməsində qanuna zidd hal müəyyən olunmur və bu hal hər hansı başqa şəxslərin hüquq və mənafelərinə toxunmur. Həmçinin, məhkəmə qeyd edir ki, iddia ərizəsi geri qaytarıldığından ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən Şəmkir Rayon Məhkəməsinin hesabına xx.xx.2024-cü il tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu tam şəkildə iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 170, 263, 264, 267 və 268–ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı, İddiaçı, cavabdeh X1 qarşı “Mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin zəbtdən azad edilməsi və özbaşına inşa edilmiş tikililərin sökülməsi tələbi”nə dair iddia ərizəsi geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar