Məhkəmə qərarları › İş №2(076)-3581/2024

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-3581/2024

15.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-3581/2024 15.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, özbaşına tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və fermanın əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddia ərizəsini məhkəmənin hazırlıq iclasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, özbaşına tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və fermanın əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi Tovuz rayonu, Qovlar şəhərində (əvvəlki Qovlar qəsəbəsi) yerləşir. Belə ki, işdə olan “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2001–ci il tarixli müqavilədən görünür ki, Tovuz rayonu, Qovlar qəsəbəsində yerləşən 0.65 ha torpaq sahəsi ferma binası ilə birlikdə Qovlar Bələdiyyəsi tərəfindən uzun müddətə İddiaçı icarəyə verilmişdir. İşdə olan xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Tovuz rayonu, Qovlar qəsəbəsində 0.0447 ha torpaq sahəsində yerləşən qeyri–yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki mülki iş ərazi aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmənin hazırlıq iclası zamanı İddiaçı işin aidiyyəti üzrə baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM–in 39.1–ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri–qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.2.2–ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.2–ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21–ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3–cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, hazırki mülki iş üzrə mübahisəli torpaq sahəsi Tovuz rayonu, Qovlar şəhərində yerləşir, bu səbəbdən hazırki mülki iş Tovuz Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 263, 264, 267 və 268–ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, özbaşına tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və fermanın əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar