Məhkəmə qərarları › İş №2(076)-3753/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3753/2025

07.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3753/2025 07.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X18 Məsail oğlunun sədrliyi, Rzazadə Leyla Elçin qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1973-cü il tarixdə Şəmkir rayonu Şiştəpə kəndində anadan olmuş X4 xx.xx.2001-ci il tarixdə Şəmkir rayonu Şiştəpə kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o xx.xx.1973-cü il tarixdə Şəmkir rayonunun Şiştəpə kəndində doğulmuşdur və Şəmkir rayonu Siştəpə kəndində yaşayır. Onun atası X5r. X13, 1945-ci ildə Şəmkir rayonunda Şiştəpə kəndində doğulmuşdur. X3, xx.xx.2001-ci ildə Şiştəpə kəndində öz evində vəfat vəfat etmişdir, Şiştəpə qəbiristanlığında dəfn edilmişlər. Lakin qanunu bilmədiyinə görə X2 ölümü ilə əlaqədar müvafiq orqanlara müraciət etməmişlər və ona ölüm haqqında səhadətnamə almamışlar. O, hazırda mərhum atasından qalmış miras əmlakla bağlı sənədləşmə işlərini aparmaq üçün Şəmkir rayon 1 saylı Notariat Ofisinə müraciət etdikdə ondan atasının ölüm sənədini tələb etdilər. Lakin o ölüm haqqında şəhadətnamə almadığı üçün təqdim edə bilmədi. Bununla bağlı müvafiq orqanlara müraciət etmiş olsa da atası X6 ölüm haqqında şəhadətnamə almadığı üçün tələbindən imtina edilmişdir. Bu məqsədlə Maraqlı şəxsnə müraciət etsə də, həmin orqan mərhum atasının ölüm qeydinin bərpa edilməsindən imtina etmiş və məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mərhum atasının ölüm faktını başqa qaydada əldə edə bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək xx.xx.1973-cü il tarixdə Şəmkir rayonu Şiştəpə kəndində anadan olmuş Ərizəçi xx.xx.2001-ci il tarixdə Şəmkir rayonu Şiştəpə kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin, Şöbənin rəisi ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılıb qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirdi ki, mərhum onun atasıdır, ərizəçi isə qardaşıdır. X2 ölümü ilə əlaqədar müvafiq orqanlara müraciət etməmişlər və ona ölüm haqqında səhadətnamə almamışlar. X7 xx.xx.2001-ci il tarixdə Şəmkir rayonu Şiştəpə kəndində ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirdi ki, ərizəçi əmisi oğludur, X7 xx.xx.2001-ci il tarixdə Şəmkir rayonu Şiştəpə kəndində ölmüşdür. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq belə qənaətə gəlir ki, ərizə təmin edilməli, X7 xx.xx.2001-ci il tarixdə Şəmkir rayonu Şiştəpə kəndində ölməsi faktı müəyyən edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları “X1 Sistemi üzrə yoxlama aparılmış X4 ölümü barədə məlumat aşkar olunmamışdır. Odur ki, məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Şəmkir Rayon Mərkəzi X9 Şəxsi tərəfindən verilmiş məktubdan görünür ki, X4 ölümü barədə məlumat olmamışdır, tibbi arayış verilməmişdir. Odur ki, məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, X7 ərizəçinin doğma atasıdır. X7 xx.xx.2001-ci il tarixdə Şəmkir rayonu Şiştəpə kəndində ölmüş və kənd qəbiristanlığında dəfn olunmuşdur. Bu fakt şahidlərin bir-biri ilə və ərizəçinin izahatı ilə üstüstə düşən ifadələri ilə təsdiq olunur. Ərizəçi ölümü təsdiq edən tibbi şəhadətnaməni almamış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində aparılması mümkün olmamışdır. X4 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli və xx.xx.1973-cü il tarixdə Şəmkir rayonu Şiştəpə kəndində anadan olmuş X4 xx.xx.2001-ci il tarixdə Şəmkir rayonu Şiştəpə kəndində ölməsi faktının müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.1973-cü il tarixdə Şəmkir rayonu Şiştəpə kəndində anadan olmuş X4 xx.xx.2001-ci il tarixdə Şəmkir rayonu Şiştəpə kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar