Məhkəmə qərarları › İş №2(076)-3826/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-3826/2024

21.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-3826/2024 21.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Ərizəçi: İddiaçı iştirakı ilə Ərizəçi İddiaçı “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi İddiaçı “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində Cavabdeh ilə aralarında 06 sentyabr 2023-cü il tarixdə bağlanmış sazişə əsasən, 25 mart 2016-cı il təvəllüdlü X3 və 28 sentyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 100 manat alimentin ödənilməsini öhdəsinə götürməsinə dair barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, hazırda Şəmkir rayonu Çaparlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Maraqlı şəxs Cavabdeh ilə birgə ailə həyatından 25 mart 2016-cı il təvəllüdlü X3 və 28 sentyabr 2018-ci il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. Cavabdeh ilə baş vermiş narazılıqlara görə ayrılmışlar. Şəmkir şəhərində mediatorun iştirakı ilə bağladıqları xx.xx.2023-cü il tarixli, 00923 saylı Barışıq Sazişinə əsasən Cavabdeh ilə arasında olan nikah pozulduqdan sonra 25 mart 2016cı il təvəllüdlü Sunay və 28 sentyabr 2018-ci il təvəllüdlü Gülnar adlı uşaqların onun yanında və himayəsində olmasına etiraz olmamışdır. 01 oktyabr 2023-cü il tarixdən başlayaraq 25 mart 2016-cı il təvəllüdlü Sunay və 28 sentyabr 2018-ci il təvəllüdlü Gülnar adlı uşaqların yetkinlik yaşa çatanadək saxlanılması üçün hər ay hər uşağa 100 manat olmaqla cəmi 200 (iki yüz) manat alimenti Cavabdeh onun hesabına ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Lakin, maraqlı şəxs Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina edərək, yetkinlik yaşına çatmamış uşaqlar üçün ödəməli olduğu alimenti ödəməkdən imtina edir. Cavabdeh müəyyən olunmuş müddəti keçirmişdir. Belə ki, Barışıq sazişi üzrə alimenti ödəməkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi İddiaçı məhkəmə iclası zamanı ərizənin dəlillərini müdafiə edərək, əsasən ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh ilə ailə həyatı qurmuşdur, birgə evlilik zamanı iki azyaşlı uşaqları doğulmuşdur, daha sonra birgə ailə həyatlarına aralarındakı narazılıqlara görə davam edə bilməmişlər. Bu səbəbdən də ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-3101/2023 saylı qətnaməsinə əsasən aralarındakı xx.xx.2016-cı il tarixli 1055 nömrəli rəsmi nikah qeydi pozulmuşdur. Hazırda məhkəməyə qədər mediasiya prosesindən keçən zaman zəruri məsələlər, habelə alimentlə bağlı aralarında razılıq olmuş və bu barədə barışıq sazişi imzalanmışdır. Hazırda Cavabdeh ilə aralarında bağlanmış barışıq sazişini qarşı tərəf icra etmədiyindən məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM–nin 355-25.2-ci maddəsinə əsasən işə mövcud vəziyyətdə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında təsdiq edilmiş arayışlardan görünür ki, Cavabdeh ilə, İddiaçı birgə nikahda olduqları zaman, 25 mart 2016-cı il təvəllüdlü X3 və 28 sentyabr 2018-ci il təvəllüdlü X2 olmaqla iki ümumi uşaqları doğulmuşdur. İşdə olan Mediasiya Şurasının xx.xx.2023-cü il tarixli, 00923 saylı barışıq sazişindən görünür ki, Cavabdeh, 25 mart 2016-cı il təvəllüdlü X3 və 28 sentyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 100 manat alimenti ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa tərəflər arasında uşağın valideynlərinin hansının yanında qalması və uşaqla ünsiyyət hüququ barədə razılıq müəyyən edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)- 3101/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə, İddiaçı xx.xx.2016-cı il tarixli 1055 nömrəli rəsmi nikah qeydinin pozulması qət edilmişdir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə, İddiaçı birgə nikahına xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, Mediasiya Şurasının xx.xx.2023-cü il tarixli, 00923 saylı barışıq sazişinə əsasən Cavabdeh 25 mart 2016-cı il təvəllüdlü X3 və 28 sentyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 100 manat alimenti ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa tərəflər arasında uşağın valideynlərinin hansının yanında qalması və uşaqla ünsiyyət hüququ barədə razılıq müəyyən edilmişdir. Lakin, Cavabdeh barışıq sazişini könüllü qaydada icra etməmiş, bu səbəbdən ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi maraqlı şəxs Cavabdeh tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM–nin 305.1.17–ci maddəsinin tələblərinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355–23.1–ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2.1–ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355–24–cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1–ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355–25.1–ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355–25.2–ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355–25.3–cü maddəsinin tələblərinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355–26–cı maddəsində sadalanmış halların olub–olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1–ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3–cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4–cü maddəsinəəsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5–ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 00923 saylı barışıq sazişi təsdiq edilməlidir. Həmçinin, ödənilmiş dövlət rüsumu maraqlı şəxsə aid edilməlidir. Azərbaycan Respublikası MPM–in 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. İddiaçı və Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanmış, 25 mart 2016-cı il təvəllüdlü X3 və 28 sentyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 100 manat alimenti Cavabdeh ödəməyi barədə xx.xx.2023-cü il tarixli, 00923 saylı barışıq sazişi təsdiq edilsin. Ödənilmiş dövlət rüsumu maraqlı şəxsə aid edilsin. Maraqlı şəxs Cavabdeh 100 (bir yüz) manat məbləğində pul tutulub ərizəçi İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar